Eynşteyn isə Brejnevlə rəqabətə dözə bilməyib " />

Stalin, Putin, Puşkin – rusiyalıların qəhrəmanları

Eynşteyn isə Brejnevlə rəqabətə dözə bilməyib

“gazeta.ru”

Rusyada Levada-Mərkəzin apardığı sorğu zamanı belə bir sual verili: “İnsanlıq tarixində 10 ən görkəmli şəxsiyyətin adını çəkin”.

İlk üç yeri İosif Stalin, Vladimir Putin və görkəmli rus şairi Aleksandr Puşkin tutub.

Siyahının sonunda isə II Yekaterina, sovet marşalı Georgi Jukov və məşhur rus şairi Mixail Lermontov yer alıb.

Diqqət çəkən məqam ikinci onluqda Albert Eynşteynin (16-cı yer) də adı var, amma o Leonid Brejnevdən (15-ci yer) geri qalıb.

Rusiyalıların görkəmli hesab etdiyi şəxslərin ilk onluğuna ümumilikdə beş dövlət başçısı, üç ədib, bir hərbçi və bir kosmonavt daxil olub.

Birinci yeri tutan Stalin populyarlıqda Vladimir Putini əminliklə 4 faiz geridə qoyur (müvafiq olaraq 38 və 34 faiz).

Stalinə qarşı müsbət emosiyalar partlayışı onun adının vətəndaşların şüurunda “ölkədəki qyada-qanunla” assosiasiya olunması ilə b ağlıdır, – Rusiyanın RBK agentliyinə “Levada-Mərkəz”in direktor müavini Aleksey Qrajdankin şərh edib.

“Ölkədə vəziyyət nə qədər kəskinləşirsə, kütlə şüurunda sərt mövqeli insanların obrazına gtələbat artır, – o hesab edir. – İndi isə Qərblə münaqişə zamanı və soyuq müharibənin yeni mərhələsidir, odur ki, belə fiqurlara qarşı rəğbət artır”.

Bununla belə bir çox rusiyalı jurnalist iki məqama diqqət yetirirlər.

Birincisi, Rusiya mediasında bir müddət əvvəl Stalin və ionun dövrünün təmizə çıxarılması ilə bağlı təbliğat kampaniyası başlayıb.

İkincisi isə, avtoritar cəmiyyətlərdə sosioloji sorğular zamanı insanlar çox vaxt əslində düşündüklərini deyil, onların fikrincə, onlardan eşitmək istədiklərini dilə gətirirlər.


More on JAMnews