Niyə Ukrayna kilsəsi Rusiya kilsəsi üçün belə prinsipial məsələyə çevrilib? Bir neçə versiya" />

Rusiya kilsəsi Yunanıstan kilsəsi ilə əlaqələri kəsib – Ukrayna kilsəsinin müstəqilliyini tanıdığı üçün

Niyə Ukrayna kilsəsi Rusiya kilsəsi üçün belə prinsipial məsələyə çevrilib? Bir neçə versiya

Ellada (Yunanıstan) kilsəsi Ukrayna Pravoslav Kilsəsinin avtokefaliyasını (müstəqilliyi) tanıdığı üçün Rusiya Pravoslav Kilsəsi onun rəhbəri ilə yevxaristik əlaqələri kəsib – Rusiyanın “Novaya qazeta” nəşri məlumat verib.

Rusiya kilsəsinin patriarxı Kirill dini mərasimlər zamanı artıq Yunanıstan arxiyepiskopunun adını çəkməyəcək, Konstantinopol patriarxının adını çəkmədiyi kimi. 

Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitopolit İlarion bildirib ki, Rusiya kilsəsi rusiyalı zəvvarlara Ukrayna kilsəsinin müstəqilliyinin tanınması qərarını dəstəkləyən Ellada kilsəsi arxiereylərinin yeparxiyalarını ziyarət etməməyi tövsiyə edəcək.

Şərh: Gürcüstanda kilsə və cəmiyyət – bu qədər dikqə çox deyilmi?

Taxt oyunu. Gürcüstan kilsəsində nə baş verir?

Patriarx Kirill. REUTERS 

Ukrayna kilsəsinin avtokefaliyası: məsələnin tarixçəsi 

Ukraynanın yeni Pravoslav kilsəsinin müstəqilliyinin tanınması haqda qərarı Ellada arxiyepiskopluğunun arxierey kilsəsi Afinada 2019-cu il oktyabrın ortasında qəbul edib.

Ukrayna Pravoslav Kilsəsinin Avtokefaliyası 2019-cu ilin yanvarında İstanbulda rəsmiləşib. Konstantinopol Kilsəsinin rəhbəri patriarx Varfolomey tomos – Ukrayna Pravoslav Kilsəsinin yeni statusu haqda fərman imzalayıb. Tomos Ukrayna kilsəsinin müstəqilliyinitanıyır və elan edir.

Bu yolla Ukrayna Kilsəsi 1686-cı ildə Rusiya Pravoslav Kilsəsinin bir hissəsi olandan sonra ilk dəəfədir ki, müstəqillik əldə edib.

Daha əvvəl Ukraynada üç pravoslav kilsəsi vardı: Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi, Kiyev Patriarxlığının Kilsəsi və Ukrayna Avtokefal Kilsəsi.

Heç bir pravoslav kilsəsi bunların son ikisini rəsmən tanımayıb, Moskva Patriarxlığının Kilsəsi isə Moskvaya tabe olur.

2018-ci ilin sonunda vahid Ukrayna kilsəsinin yaradıldığı elan olunub.

Rusiya Pravoslav Kilsəsi qəti şəkildə Ukrayna Kilsəsinə avtokefaliya verilməsinə qarşı çıxıb və indiyə qədər onun müstəqilliyini tanımır. Ukrayna Kilsəsinin müstəqilliyi elan olunandan dərhal sonra Rusiya Kilsəsi Konstantinopol Patriarxlığı ilə əlaqələri kəsib.

Keçmiş Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Kilsəsinin avtokefaliya əldə etməsini özünün ən əsas siyasi nailiyyətlərindən biri hesab edir. O, dəfələrlə bildirib ki, Ukrayna Ppravoslav Kilsəsinin müstəqillik qazanması milli kimliyinin və milli təhlükəsizliyinin tərkib hissəsidir.

Ukrayna Kilsəsi Rusiya Kilsəsi üçün niyə belə prinsipial məsələyə çevrilib?

Ukrayna Kilsəsi bir neçə səbəbdən Rusiya üçün böyük əhhəmiyyət kəsb edir. 

Birinci və yəqin ki, ən mühüm səbəb – siyasidir. Ukrayna avvtokeliyası Ukraynanı Rusiya orbitindən və onun təsirindən daha da uzaqlaşdıracaq. Rusiya cəmiyyətində bu, Moskva siyasətinin məğlubiyyəti kimi qəbul edilir və bu, son zamanlar bütün təbliğatını Ukraynadakı “qələbəsi” üzərində quran Kremli heç cür təmin etmir.

İkinci səbəb nəhəng əmlakdır – Ukrayna Kilsəsinin sahib olduğu və Rusiya Provoslav Kilsəsi tərəfindən idarə olunan. Ukraynada 12 mindən çox kilsə və dini müəssə fəaliyyət göstərirz. Bu da Rusiya Kilsəsinin sahib olduğu bütün əmlakın yarısını təşkil edir.

Üçüncü vacib səbəblərdən biri də tarixi və rəmzidir. Rusiya və Rusiya Kilsəsi öz tarixlərini məhz Kiyev knyazı Vladimirin Kiyev Rus dövlətini xristianlaşdırması ilə bağlayırlar. Rusiya bu mühüm tarixi irsi Ukrayna Kilsəsinə güzəştə getməyə hazırlaşmır.

Rusiyanın artıq Konstantinopolla münasibətləri kəsmək təcrübəsi var. Səbəb yenə də Rusiyanın itirmək istəmədiyi keçmiş Rusiya metropoliyası olub. Bu, 1996-cı ildə baş verib, Konstantinopol Estoniya Pravoslav Kilsəsinin avtokefaliyasını tanıyıb. O zaman Moskva ilə Konstantinopol arasında əlaqələrin kəsilməsi bir neçə ay çəkib. Amma Estoniya Ukrayna deyil, Rusiyanın sonuncuya qarşı indiyə qədər xüsusi sahibkarlıq hissləri və həssaslığı var. 

“Biz heç vaxt bizim müqəddəs dini qanunlarla müəyyən edilmiş Kilsə sərhədlərimizin dəyişməsinə razı olmayacağıq, çünki Kiyev müqəddəs Rus dövlətinin dini beşiyidir, Mtsxeta Gürcüstan ümün, ya da Kosovo Serbiya üçün olduğu kimi”, – Rusiya patriarxı Kirill 2016-cı ildə deyib.

“Müstəqil Ukrayna Kilsəsinin yaradılması ilə Rusiyanın imperiya layihəsi sadəcə bitəcək. Əgər Rusiya tarixi Kiyev Rus dövlətindən və ya knyaz Vladimirin yüksəlişindən başlamırsa, onda nədən başlayacaq? Rusiya öz tarixini haradan hesablamalı olacaq? Qızıl Ordadan?” – Kiyev Patriarxlığının nümayəndəsi yepiskop Yevstatiy BBC-ə müsahibəsində deyib.

 

 

 


More on JAMnews