Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili Atotsi kəndinə yollanıb" />

Rusiya hərbçiləri Cənubi Osetiya münaqişə zonasında yenidən “sərhəd” quruculuğuna başlayıblar

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili Atotsi kəndinə yollanıb

Atotsi kəndi, Rusiya hərbçilərinin tikanlı məftil çəkdiyi sahə. Foto: Azadlıq Radiosu/Qoqa Aptsiauri

Cənubi Osetiya münaqişə zonasında, Karel bələdiyyəsinin Atotsi kəndi yaxınlığında Rusiya hərbçiləri “sərhəd çəkmə” işlərinə başlayıblar. Əraziyə artıq metal konstruksiyalar və tikanlı məftil gətirilib.

“Azadlıq Radiosu” xəbər verir ki, işlərin bu mərhələsində “sərhəd çəkmə” təxminən 1 kilometr məsafəni əhatə edir. Rusiya hərbçiləri tikanlı məftillərin dolaşdırılacağı dirəklərin basdırılması üçün xəndəklər qazır.

Gürcüstanın baş naziri bildirir ki, Abxaziya və Cənubi Osetiya humanitar fəlakət astanasındadır

Cənubi Osetiya münaqisəsi zonasında rusiyalı hərbçilər Gürcüstan vətəndaşını saxlayıb

• Keçmiş dövlət naziri Paata Zakareişvili münaqişənin nizamlanması ilə bağlı öz nöqteyi-nəzərini yazır

Bundan sonra, noyabrın 7-i səhər barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili Atotsiyə gəlib.

Azadlıq Radiosunun video-çəkilişlərindən görünür ki, nazir Rusiya hərbçilərinin işlədiyi ərazidə olub və yerli əhali ilə görüşüb.

Atotsi kənd sakini Qulo Karapetov jurnalistlərə bildirib ki, işlər başa çatdırılandan sonra onun torpaq sahəsi tikanlı məftilin o tayında, işğal olunmuş ərazidə qalacaq.

Atotsi kəndi Karel bələdiyyəsinə aiddir. Atotsi işğal olunmuş Sxinvali regionunun Balta osetin kəndi ilə sərhəddə yerləşir. Tikanlı məftil çəkiləcək ərazinin təxminən 50-70 metrliyində Gürcüstan polisləri var.

Rusiya hərbçiləri bütün ərazidə tikanlı məftili nə zaman və necə çəkməyə başlayıb?

• Münaqişə zonasının bütün perimetri üzrə duran rusiyalı hərbçilər avqust müharibəsindən sonra inzibati sərhəd boyunca ağ-yaşıl, üzərində “Dövlət sərhədi” və “Cənubi Osetiya” yazılmış bannerlər asıblar

• Sərhəd funksiyasını işarələnmiş yerlərdə çəkilmiş tikanlı məftil daşıyır. Rusiya və Osetiya tərəfləri bu prosesi “borderizasiya” adlandırırlar.

• Onların sözlərinə görə, sərhəd çəkilərkən köhnə, müharibədən əvvəlki vaxtların sovet xəritələrindən istifadə edilir. Bildirirlər ki, Axalqor rayonu boyunca “dövlət sərhədi” elə aparılır ki, Axalqor rayonunun bütün kəndləri Cənubi Osetiyanın ərazisinə düşür.

• Gürcüstan tərəfi bu prosesi “sürünən ilhaq” adlandırır və bildirir ki, Rusiya hər dəfə yeni Gürcüstan ərazilərini mənimsəyir.

• Tikanlı məftil Gürcüstan kəndlərində çox vaxt elə çəkilir ki, kəndlər yarıya bölünür. Nəticədə, onlarla ailənin örüş yerləri, qəbiristanlıqları və digər sahələri “sərhəd”in o biri tayında qalır.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews