Baş nazir bildirib ki, Rusiya tərəfindən işğal olunan bu regionlar humanitar fəlakət həddindədir" />

Baş nazir BMT-nin tribunasından abxazlara və osetinlərə müraciət etdi

Baş nazir bildirib ki, Rusiya tərəfindən işğal olunan bu regionlar humanitar fəlakət həddindədir

Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT Baş Assambleyasının 73-cü sessiyasında. 27 sentyabr, 2018-ci il. Foto: Gürcüstan baş nazirinin mətbuat xidməti

ABŞ-da səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib. Onun 18 dəqiqəlik çıxışının mövzusu Abxaziya və Cənubi Osetiya kimi münaqişəli regionlar ətrafındakı vəziyyət olub. Rusiya tərəfindən işğal olunan bu regionlar humanitar fəlakət astanasındadır – baş nazir bildirib.

BMT tribunasından Gürcüstan hökumətinin rəhbəri Rusiyanı beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham edib, həmçinin abxazlara və osetinlərə müraciət edib.

__________________

İyunda Gürcüstanın hökumət başçısı təyin edilən Mamuka Baxtadze BMT kürsüsündən ilk çıxışı zamanı gürcü dilində danışıb:

“Mənim üçün sizə ən qədim dillərdən biri və dünya sivilizasiyasının ayrılmayan parçası olan doğma dilimdə müraciət etmək mənim üçün böyük fəxrdir”, – o deyib.

Sentyabrın 27-də Baxtadze öz nitqini “bu gün Gürcüstan tarixinin ən ağrılı – Suxuminin işğalı günü”. [1993-cü il sentyabrın 27-də Abxaziyada hərbi əməliyyatların qaynar fazası Gürcüstan ordusunun məğlubiyyətilə sona çatdı. Həmin gün Gürcüstan ordusu Suxumini tərk etdi — JAMnews].

Bu gün “Abxaziyada və Sxinvali regionunda mövcud olan vəziyyət humanitar fəlakətdir, həm də ən pis təzahüründə”, – Gürcüstanın baş naziri deyib.

“Bu regionların hərbləşdirilməsi davam edir… Ağır humanitar, sosial-iqtisadi və hüquqi vəziyyət səbəbindən bu regionların əhalisi işğalın əvvəlindən beş-altı dəfə azalıb. Tikanlı məftildən olan əngəllər və başqa süni maneələr insanların əsas hüquqlarını pozaraq, ailələri dağıdır. İşğal xəttinin o tayında yaşayan insanlar kilsələri və dədə-babalarının qəbirlərini ziyarət edə bilmir. Vətəndaşlarımıza öz övladlarını doğma dildə öyrətmək qadağan edilir, insan oğurluğu, işgəncə və qətllər davam edir”, – “Novosti-Qruziya”baş nazirdən sitat gətirir.  

Baş nazir əmindir ki, Cənubi Qafqaz regionunda mövcud olan münaqişələri nəzərə alsaq, “hətta kiçik insident belə ağır fəsadlarla nəticələnə biləcək idarə olunmayacaq proseslərə gətirib çıxara bilər”.  

Bu vəziyyətdə Baxtadze hesab edir ki, ən vacib olanı “benəlxalq ictimaiyyətin Rusiya-Gürcüstan münaqişəsinin dünc yolla həll olunmasına möhkəm dəstəyidir”.

Gürcüstanın hökumət başçısı Rusiya haqqında da çox danışıb.

O, Rusiyanı atəşkəs haqqında 2008-ci il müqaviləsi də daxil olmaqla beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Baş nazir həm də Rusiyanı Gürcüstan hakimiyyətinin dinc təşəbbüslərinə mane olmamağa və “ölkənin işğal olunmuş regionlarının əhalisinə layiqli həyat sürməyə imkan verməyə” çağırıb.   

Gürcüstan münaqişənin sülh yolu ilə həlli üçün konkret addımlar atır və “Cenevrə beynəlxalq diskussiyalar formatını fəal şəkildə həyata keçirməyə çalışır”, baş nazir deyib. Amma bu cəhdlər “danışıqlar masasında Rusiya tərəfindən tamamilə əsaslandırılmamış müqavimətlə üzləşir”.  

“Biz Rusiya-Gürcüstan danışıqları dalanından çıxmaq istəyirik, amma buna ancaq Gürcüstanın ərazi bütövlüyü, suverenliyinə və beynəlxalq hüquq prinsiplərinə hörmət etməklə nail olmaq mümkündür”, —  deyə Baxtadze bildirib.

Gürcü naziri əmindir ki, “bütün bu ədalətsizliyə baxmayaraq, Gürcüstanın çağırışlara yeganə cavabı sülh və inkişafdır”. O xatırladıb ki, Gürcüstan hökuməti bu yaxınlarda “Daha yaxşı gələcəyə addım” adlı sülh yolu ilə nizamlanmanın planını işləyib hazırlayıb. Bu sənəd “işğal olunmuş ərazilərdə humanitar fəlakəti aradan götürməlidir”, nazirlər kabineti başçısı bildirib.

“Bu təşəbbüsün əsasında biz işğal olunmuş ərazilərdə depopulyasiya prosesinin dayandırılması və əsas insan haqlarına riayət olunmasının təmin edilməsi uğrunda mübarizə aparırıq. Proqram işğal olunmuş ərazilərdə əhali üçün səhiyyə, təhsil xidmətlərinə çıxışı təmin etməli, əhali üçün, onların ailələrini dolandıra bilməsi və onların sağ qalması üçün kommersiya fəaliyyəti ilə məşğul olmağa imkan yaratmalıdır”, — deyə o bildirb.

Baxtadze BMT tribunasından ayrıca “Abxaziya və Cənubi Osetiyadakı həmvətənlərinə” müraciət edərək, bildirib ki, Gürcüstanın istənilən uğuru onların da uğurudur.

“Bizim ümumi tarixi keşmişimiz var və o, bizim ümumi gələcəyimizə yol açmalıdır. Gürcüstan hakimiyyətinin vəzifəsi hər bir vətəndaşının hüquqlarını müdafiə etmək və zəmanət verməkdir, biz bu vəzifəni yerinə yetirməyə hazırıq. İnsanlar Gürcüstanda olan bütün rifahlardan istifadə edə bilməlidir, istər bu, insan hüquqları, təhsil, səhiyyə, istərsə də Avropaya vizasız səfər olsun… ”, — deyə Gürcüstanın baş naziri bildirib.

ABŞ-da səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze Nyu-Yorkda həm də Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda ilə görüşüb. Görüş zamanı 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin araşdırılması müzakirə olunub.

Gürcüstanın baş naziri Mamuka Baxtadze və Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda. Foto: Gürcüstanın baş nazirinin mətbuat xidməti

Görüş zamanı Baxtadze bildirib ki, Gürcüstan Haaqada Beynəlxalq Cinayət Məhkəməsi ilə fəal əməkdaşlığını davam etdirir və tədqiqat prosesinə maksimum kömək göstərmək üçün əlindən gələni edir, Gürcüstanın baş nazirinin mətbuan xidməti xəbər verir.

“Gürcüstan tərəfi ümid edir ki, etnik təmizləmələr, gürcü əsirlərinə qarşı işgəncələr və qətllər, gürcü əhalisinə qarşı hərbi cinayətlər və Qorinin bombardman edilməsi zamanı Rusiya tərəfindən “İsgəndər” raketlərinin istifadəsi hərtərəfli araşdırılacaq”, — baş nazirinin mətbuan xidməti Baxtadzenin sözlərindən sitat gətirir.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews