Yeni qanuna əsasən, ağır siyasi və iqtisadi vəziyyətdə olan, silahlı münaqişələrin baş verdiyi ölkələrin sakinlərinə vətəndaşlıq verilə bilər " />

Rusiya əcnəbilərin vətəndaşlıq alması şərtlərini sadələşdirir

Yeni qanuna əsasən, ağır siyasi və iqtisadi vəziyyətdə olan, silahlı münaqişələrin baş verdiyi ölkələrin sakinlərinə vətəndaşlıq verilə bilər

REUTERS/Maxim Shemetov 

Rusiya prezidenti Vladimir Putin əcnəbilər tərəfindən Rusiya vətəndaşlığının alınmasının sadələşdirilməsi haqqında qanunu imzalayıb. “Novaya qazeta” xəbər verir ki, yeni qanuna əsasən, prezident sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq hüququna malik əcnəbilər kateqoriyasını öz istəyinə uyğun müəyyənləşdirmək hüququ əldə edir.

Ələlxüsus, sənədə görə, Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada əldə edilməsinə “ağır ictimai-siyasi və iqtisadi vəziyyətdə olan, silahlı münaqişələrin və siyasi rejim dəyişikliyinin baş verdiyi” ölkələrin vətəndaşları ümid edə bilərlər.

Eləcə də, Rusiya vətəndaşlığının alınması prosedurunun sadələşdirilməsi artıq Rusiyada müvəqqəti yaşamağa icazə almış, yaxud Rusiyada yaşamaq hüququ olan, Rusiyaya könüllü köçmə üzrə dövlət proqramının iştirakçılarına şamil olunacaq.

Rusiya qanunlarına əsasən, Rusiya vətəndaşlığı almaq arzusunda olan şəxs əvvəlcə ölkədə yaşamaq hüququ almalı, Rusiya ərazisində ən azı 5 il yaşamalıdır və yalnız bundan sonra vətəndaşlıq almaq üçün ərizə verə bilər. Özü də müraciət edən şəxs gəlirinin olmasını sübut etməli və rus dilini bildiyinə dair sertifikat almalıdır.

Rusiya hakimiyyətinin sadələşdirilmiş qaydada vətəndaşlıq alma hüququ verəcəyi əcnəbilər bu prosedurları yan keçərək vətəndaşlıq ala biləcəklər.

Facebook Comments

More on JAMnews