“Ermənistanın yeni hakimiyyəti Robert Koçaryanın nə deyəcəyindən qorxur”, - onun nümayəndəsi mətbuat konfransı yarıda kəsiləndən sonra belə deyib" />

“Qatil!” – Yerevanda keçmiş prezidentin mətbuat konfransına mane olan fəallar bu şüarı səsləndirib

“Ermənistanın yeni hakimiyyəti Robert Koçaryanın nə deyəcəyindən qorxur”, - onun nümayəndəsi mətbuat konfransı yarıda kəsiləndən sonra belə deyib

“Qatil!”, “Ermənistanda ona yer yoxdur” – avqustun 14-də jurnalistlərlə birlikdə ötən gün həbsdən azad edilən keçmiş Ermənistan prezidenti Robert Koçaryanın mətbuat konfransına gələn onlarla fəal bu şüarları səsləndirib.

O, iyulun 28-dən 2008-ci ildə Ermənistan prezidenti olduğu dövrdə konstitusiya quruluşunun devrilməsində və etiraz aksiyası zamanı insanların həlak olmasına səbəb olmaqda ittiham edilərək haqqında həbs qətimkan tədbiri seçilmişdi. Amma apellyasiya məhkəməsi onun həbsi haqda qərarı qanunsuz hesab edib. Koçaryanın vəkili Ruben Saakyan jurnalistlərə bildirib ki, Robert Koçaryanın azad edilməsinə konstitusiya ilə təsbit olunmuş keçmiş prezident kimi onun toxunulmazlığı əsas olub.

Fəalların arasında əsasən tələbələr – Ermənistanda bu yaxınlarda baş tutan və tam hakimiyyət dəyişikliyinə səbəb olan “məxməri inqilabın” iştirakçıları olub. Onlar keçmiş prezidentin gəlişini gözləyən jurnalistlərə bildiriblər ki, mətbuat konfrnsına mane olmaq niyyətindədirlər.

Nəticədə belə də olub – Robert Koçaryanın təhlükəsizlik xidmətinin əməkdaşları zaldan çıxıb və tezliklə bəlli olub ki, o, mətbuat konfransının planlaşdırıldığı ərazidən uzaqlaşıb.

Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. Onun həbsi 1-2 mart 2008-ci il hadisələri ilə bağlı idi. 2008-ci il 18 fevral prezident seçkilərindən sonra ölkədə təlatüm başlayıb – Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları bildirirdilər ki, seçkiləri onların lideri qazanıb və nəticələrə yenidən baxılmasını tələb edirdilər.

 

Mərkəzi Seçki Komissiyası səsvermə nəticələrinə əsasən, artıq Serj Sarqsyanı qalib elan etmişdi, amma o, hələ vəzifəsinin başına keşməmişdi, hələ də ölkə prezidenti Robert Koçaryan idi. O, fövqəladə hal elan etmşdi. 2008-ci il martın 1-də nümayiş dağıdılarkən, silah tətbiq olunmuş, on nəfər – səkkizi mülki şəxs, ikisi polis əməkdaşı – həlak olmuşdu.

Vəkil Ruben Saakyan jurnalistlərə bildirib ki, Robert Koçaryana qarşı cinayət işi ümumiyyətlə dayandırıla bilər, yenə də konstitusiyada təsbit olunmuş toxunulmazlıq zəmanətinə əsasən.

Keçmiş prezidentin ofis rəhbəri Viktor Soqomonyan mətbuat konfransında sabotajda Ermənistanın yeni hakimiyyətini günahlandırıb.

“Sizin də gördüyünüz kimi hakimiyyət Robert Koçaryanın sözlərindən qorxur. Buna görə də öz fəallarını göndəriblər ki, konfransı pozsunlar”, – Soqomonyan jurnalistlərə deyib.

Robert Koçaryan daha əvvəl bəyan etmişdi ki, ona qarşı cinayət işinin qaldırılmasını siyasi təqib hesab edir.

Koçaryanın nümayəndələrinin daha sonra bəyanatla çıxış edəcəkləri gözlənilir.


More on JAMnews