Dağlıq Qarabağ prezidentliyinə namizəd Vitali Balasanyanın Ermənistanın baş nazirinin ünvanına kəskin çıxışları və Ermənistan siyasətçilərinin bununla bağlı rəyləri" />

Qarabağ generalı Ermənistanın baş nazirini ölümlə hədələyib

Dağlıq Qarabağ prezidentliyinə namizəd Vitali Balasanyanın Ermənistanın baş nazirinin ünvanına kəskin çıxışları və Ermənistan siyasətçilərinin bununla bağlı rəyləri

Виталий Баласанян, Никол Пашинян, Армен Григорян, Арман Бабаджанян, президентские выборы в Карабахе, узурпация власти? Vitali Balasanyan, Nikol Paşinyan, Armen Qriqoryan, Arman Babacanyan, Qarabağda prezident seçkiləri, hakimiyyətin qəsb edilməsi

Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının keçmiş katibi və Qarabağ müharibəsinin veteranı general-mayor Vitali Balasanyan artıq ilk dəfə deyil ki, Ermənistanın “inqilabçı” hakimiyyətinə qarşı kəskin tənqidlə çıxış edir. Bu dəfə o, Ermənistanın baş nazirinin ünvanına sərt ifadələrlə və hakimiyyətin “qəsb edilməsi” də daxil olmaqla müxtəlif ittihamlarla kifayətlənməyib, Nikol Paşinyanı fiziki məhv etməktə hədələyib.

Ermənistandan buna cavab ləngiməyib. Yerli siyasətçilər Balasanyanın sözlərindən qəzəbləndiklərini gizlətmirlər və onun məsiliyyətə cəlb olunmasını tələb edirlər.

Bütün bunlar Dağlıq Qarabağda 2020-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində baş verir. Prezident kürsüsünə iddialılardan biri də Vitali Balasanyandır.

“Artsax Ermənistandır, vəssalam!” – Ermənistanın baş naziri

Balasanyanın müsahibəsinin təfərrüatları

Qarabağlı general Ermənistanın inqilabdan sonrakı hakimiyyəti haqda fikirlərini LIVEnews.am nəşrinə verdiyi müsahibəsində bildirib. Üstəlik bu müsahibə iki saata yaxın davam edib. Vitali Balasanyanın müsahibəsinin ən qalmaqallı, Ermənistanda kəskin reaksiya doğuran hissələrini diqqətinizə çatdırırıq.

Birincisi, o bildirib ki, Ermənistanın hazırkı baş naziri hakimiyyətə Qərbdəki “məlum mərkəzlərin” sayəsində gəlib, üstəlik həmin qüvvələr Nikol Paşinyanı hələ də idarə edir və nə etməli olduğunu ona diqtə edirlər. O, belə bir fikir səsləndirib ki, 2018-ci ilin yazında Nikol Paşinyan dövlət çevrilişi həyata keçirərək və hakimiyyəti faktiki “qəsb” edərək hakimiyyətə gəlib.

İkincisi, Balasanyan bilririb ki, 2016-cı ildə Yerevanda “Sasna tsrer” (“Sasunlu divanələr”) qruplaşması tərəfindən polisin post-patrul alayının binası ələ keçirildiyi zaman Nikol Paşinyan etirazı idarə etməyə çalışıb.

Söhbət 2016-cı ilin iyul hadisələrindən gedir. O zaman silahlı qruplaşma müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad edilməsini tələb edirdi, amma onların etirazı tədricən böyüyərək o zamankı prezident Serj Sarqsyanın istefa tələbi ilə yekunlaşdı.

Nikol Paşinyan o zaman müxalif siyasətçi idi və açıq şəkildə hakimiyyət dəyişikliyi haqda danışırdı. Amma silahlı qrup könüllü şəkildə təslim oldu, etirazlar ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq böhran həddinə çatmadı.

Qrup təslim olub

Vitali Balasanyan “Sasna tsveri” terrorçu qruplaşma adlandırıb və onu baş nazirlə əlaqələndirib. Onun fikrincə, Nikol Paşinyan və “Sasna tsver” “eyni terrorçu qrupun elementləridir”. Baş nazirin “Sasna tsver” liderləri ilə bu yaxınlarda baş tutan görüşünü isə fərqli düşüncə sahiblərinə təzyiq cəhdi kimi dəyərləndirib:

“Nikol Paşinyan “Budur, baxın, mənim silahlı qanadım var, hansı ki, bir işarımlə sizi fiziki mənada məhv edər” deməklə hamını, o cümlədən də məni terror etməyə çalışır. Mən Paşinyana və “Sasna tsrerə” demək istəyirəm ki, belə söhbətlər eləməyə çalışmasınlar, onlar buna görə cavab verəcəklər…

2016-cı ildə biz o terrorçuları əfv etdik və öldürmədik, amma indi mən bildirirəm: mənə, bizim xalqımıza, dövlətimizə, dövlətçiliyimizə, sərhədlərimizə, hakimiyyətə qarşı – söhbət Qarabağ hakimiyyətindən gedir – təxribatlar və terrorçi əməllər törətməyə çalışan hər bir kəsi fiziki məhv edəcəyik”.

Ermənistandan gələn cavablar

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Facebook sosial şəbəkəsindəki səhifəsində bunları yazıb:

“Vitali Balasanyan özünü Artsax prezidentliyinə namizəd kimi yox, xuliqan kimi aparır. Stepanakertdə Serjlə [2018-ci ilin “məxməri” inqilabı nəticəsində hakimiyyəti tərk edən keçmiş Ermənistan prezidenti Serj Sarqsyan nəzərdə tutulur – JAMnews] hər görüşdən sonra Vitalidə nəsə gərginlik başlayır və bunlar daha çox əqli geriliyi xatırladır. Öz siyasi karyerasını Serj Sarqsyanla bağlayan Balasanyan hələ 2016-cı ildə qalıb, odur ki, elə lideri kimi o da siyasi zibilliyə getməli olacaq”.

“Sasna tsrer” ümumermənistan partiyası da bəyanatlı çıxış edib:

“Ermənistanın hüquq-mühafizə orqanlarının bu təhdidlərin reallaşdırılması ehtimalının yoxlanılması, vətəndaşlara və dövlətə qarşı zorakılığın qarşısının alınması istiqamətində heç bir addım atmaması faktı narahatlıq və təəccüb doğurur…

Biz israrla hakimiyyəti lazımı siyasi iradə nümayiş etditməyə və hüquq-mühafizə orqanlarına birbaşa vəzifələrini yerinə yetirmələri və dövlət təhlükəsizliyinə və vətəndaşların həyatlarına qarşı real təhdidləri aradan qaldırmaları üçün təlimat verməyə çağırırıq.

Bu təhdidlərin kollektiv mənbəyi hamıya məlum olan 5-ci kolondur: Robert Koçaryan, Serj Sarqsyan [Ermənistanın ikinci və üçüncü prezidenti – JAMnews]”.

Ermənistanın Milli Məclisinin deputatı Arman Babacanyan da Facebook sosial şəbəkəsində məsələ ilə bağlı öz fikirlərini ifadə edib:

“Bu, Vitali Balasanyan tərəfindən səsləndirilən ilk təhdid deyil. Daha əvvəlki bu cür hallara adekvat qiymət verilmədiyi üçün Balasanyan Ermənistanın legitim hakimiyyəti və rəhbərliyinin ünvanına təhdid və şantaj dilində danışmaqdan çəkinmir.

Təəssüf ki, bu, qüvvədə olan Artsax hakimiyyətinin susqun razılığı və Ermənistanın revanşçı qüvvələrinin sevinci və dəstəyi ilə baş verir. Artsaxın qəhrəmanı şərəfli adı heç kimə, o cümlədən də Vitali Balasanyana mənəviyyat və qanun çərçivəsini aşmaq haqqı vermir…”

“Baqramyan 26” Telegram kanalı aşağıdakı mətni dərc edib:

“Vitali Balasanyan Paşinyan və komandasının fiziki məhvinə çağırış etməklə məsuliyyətə cəlb olunması üçün bütün əsasları verib. O, faktiki olaraq, ölkə liderini və onun tərəfdarlarını qətlə yetirməklə təhdid edir. Balasnyan bunu anlamır? Bizdən yaxşı anlayır! Onun məqsədi hakimiyyəti təhrik edir ki, onu cinayət məsuliyyətə cəlb etsin və sonra da boğazını cırsın və qışqırsın ki, baxın, məni siyasi motivlərlə təqib edirlər.

O, məqsədyönlü şəkildə sərt qarşıdurmaya gedir və ümid edir ki, bu yolla Artsaxda prezident seçkiləri ərəfəsində və daha sonrakı mübarizə dövrü üçün siyasi divident qazanacaq. Hakimiyyət çətin durumdadır. Bir tərəfdən Balasanyanı bu cür təhdidlərə görə qanun qarşısında cavab verməyə məcbur etmək, digər tərəfdən isə onun kobud təhriklərinə yenilməmək lazımdır.

Bu vəziyyətdən hansı çıxış yolu var? Balasanyanın cəzalandırılması prosesi Artsaxın özündə, Ermənistan hakimiyyətinin yox, yerli hakimiyyətin əli ilə başlayacaq. Paşinyanın Artsaxdakı tərəfdarları yerli prokurorluğa müraciət edərək Balasanyanın bəyanatının Artsax qanunvericiliyinə müvafiq olaraq nəzərdən keçirilməsini və hüquqi qiymət verilməsini istəyir”.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews