Qız yeni gözəllik salonunu reklam edərkən rəqs edib, cəmiyyətsə bunu abırsızlıq kimi qəbul edib " />

Qadın abırlı olmalıdırmı? Vladiqafqazda küçədə “göbək rəqsi” ilə bağlı sorğu

Qız yeni gözəllik salonunu reklam edərkən rəqs edib, cəmiyyətsə bunu abırsızlıq kimi qəbul edib

Vladiqafqazda küçədə ifa olunan “göbək rəqsi” bir müddətdir ki, Cənubi Osetiyada sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilib.

Qız bu rəqslə yeni gözəllik salonunun açılışını reklam edib. Reallıqda isə o, yerli cəmiyyət üçün köhnə, amma çox vacib bir mövzu ilə bağlı yeni diskussiya açmış olub: patriarxal cəmiyyətdə qadına nə olar və nə olmaz?

Ümumilikdə sosial şəbəkələrdəki müzakirələrin əsas məğzi ondan ibarətdi ki, qız abırsız hərəkətinə görə utanmalıdır. Eyni zamanda müzakirələrdə deyilirdi ki, “qızın yanından ötüb keçən heç bir kişinin onun çiyinlərinə pencək atmaması” da əxlaq pozğunluğu kimi qəbul edilməlidir.

JAMnews Vladiqafqaz sakinlərinin bununla bağlı fikirlərini öyrənib, bu performansı şərh etməyi, “Qadın abırlı olmalıdırmı və bu, hansı şəkildə ifadə edilməlidir?” sualına cavab verməyi xahiş edib. Biz qısa videoda təqdim olunandan xeyli daha çox fikir topladıq, amma cavabları proporsional veririk – respondentlərin mütləq əksəriyyəti patriarxal ənənələri vacib sayır.


More on JAMnews