Artıq yeddi namizəd var " />

Putin özünə rəqib olaraq qadın axtarır

Artıq yeddi namizəd var

foto: Pavel Rebrov/Reuters

Rusiyanın kütləvi informasiya vasitələri Rusiyanın prezident administrasiyasının 2018-ci ilin mart ayına təyin olunan prezident seçkilərinə qədər işləyib hazırladığı planlar haqqında məlumat verir.

O cümlədən, seçkilərdə qadın namizəddən istifadə etmək ideyası müzakirə olunur ki, həmin qadın seçicilərdə Vladimir Putinlə rəqabət illüziyası yaratmalıdır. “Vedomosti” qəzetinin məlumatına görə, bu rola artıq yeddi namizəd var.  

Həmin planın məqsədi qarşıdan gələn seçkilərə, xüsusən də gənclər arasında maraq oyatmaq, iştirakın səviyyəsini artırmaq, rəqabətli və ədalətli seçkilər illüziyası yaratmaqdır.

Namizədlərdən biri kimi Sankt-Peterburqun mərhum birinci merinin qızı, teleaparıcı Kseniya Sobçakın adı çəkilir. Kseniyanın özü sosial şəbəkələrdəki hesablarında artıq bu informasiyanı ona məxsus epataj formada təkzib edib.


More on JAMnews