Putinə öz şəxsi Putini lazımdır” – Rusiya prezidenti öz hakimiyyətini necə sementləyir və baş nazir bunda hansı rolu oynayır?" />

Putin həmişəlik hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi edib – niyə bu fikir ekspert dəyərləndirmələrində liderlik edir?

Putinə öz şəxsi Putini lazımdır” – Rusiya prezidenti öz hakimiyyətini necə sementləyir və baş nazir bunda hansı rolu oynayır?

“Putinə öz şəxsi Putini lazımdır” – Rusiya prezidenti öz hakimiyyətini necə sementləyir və baş nazir bunda hansı rolu oynayır?

Rusiyada faktiki olaraq konstitusiya çevrilişi baş verdi, bunun təşəbbüskarı da şəxsən ölkənin hakimi-mütləqi – Vladimir Putin oldu.

Son hadisələri həm rusiyalı, həm də beynəlxalq ekspertlər təxminən belə ifadə edirlər.

Hər şey bir sutka ərzində baş verdi. 2020-ci il yanvarın 15-də prezident Putin konstitusiya islahatı haqda anons verdi, bundan cəmi üç saatdan sonra bütün hökumət və baş nazir Dmitri Medvedev istefaya getdi.

Səhəri gün, yanvarın 16-da isə Rusiyada yeni baz nazir təyin edildi – Mixail Mişustin, 53 yaşlı Federal Vergi Xidmətinin rədbəri.

Bütün bunlar nə deməkdir və Mişustin kimdir? Əsas sualların cavabları

Kalininqrad sakinləri yerli kitabxanada televizorda prezident Vladimir Putinin çıxışını izləyirlər. 19 dekabr, 2019. REUTERS/Vitaly Nevar

Putinin prezident postundan getməli olduğu 2024-cü il problemi

Vladimir Putinin əsas problemi Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi və Putinin bu seçkilərdə iştirak edə bilməyəcəyi 2024-cü ildən sonra hakimiyyəti əlində saxlaya bilməsidir.

Konstitusiyaya dəyişikliklər hakimiyyətin sementlənməsidir. Biz başqa reallıqda yaşamağa başlayırıq. Bu, Rusiya üçün mühüm tarixi məqamdır”, — Rusiyanın “Dojd” teleşirkətinin şərhçisi Mixail Fişman hesab edir.

Rusiyada və Qərbdə bir çox ekspertlər hesab edirlər ki, hökumətin istefası, yeni baş nazirin təyinatı və parlamentin rolunun gücləndirilməsi haqda bəyanat böyük əhəmiyyət kəsb etmir, bütün bunları sadəcə imitasiya adlandırmaq mümkündür.

Rusiyada bbaş verən əsas şey Putinin həmişəlik hakimiyyətdə qalmaq və bunu konstitusiya ilə möhkəmləndirmək qərarı almasıdır.

Rusiya oğrular üçün cənnətdir? Putinin dövründə küçə cinayətkarlığı necə mafioz dövlətə çevrildi?

DTK və Vladimir Putin: 20 illik yol

Putin konstitusiyaya hansı dəyişikliklərin ediləcəyini elan edib?

Putinin gözlənilən islahatlar haqda bəyanatı hələlik çox dumanlı və qarışıq görünür və politoloqlar nəyin və nə üçün dəyişəcəyini dəyərləndirməkdə çətinlik çəkirlər.

Konstitusiyaya dəyişikliklərin edilməsi üçün yaradılan işçi qrupun qəribə tərkibi də təəccüb doğurub. 75 nəfərdən orada 11 hüquqşünas var, qalanları idmançılar, musiqiçilər, yazıçılar və kazak hərəkatının liderləridir.

Bu islahatlarla bağlı səsvermə artıq 2020-ci ilin yazında baş tuta bilər.

Ekspertlər bəyan edilmiş iki dəyişikliyi əsas hesab edirlər:

• Təkrar prezident seçilməklə bağlı məhdudiyyətin dəyişdirilməsi

Hələlik nəyan edilib ki, konstitusiya mətnindən bir əsas söz çıxarılacaq. Bu, “Eyni şəxs prezident vəzifəsinə ardıcıl iki dəfədən artıq seçilə bilməz” cümləsindəki “ardıcıl” sözüdür.

Bu sözə görə Putin prezident kürsüsündə 10 ilini tamamlayandan sonra (iki müddət) vəzifəni etibarlı adamı Dmitri Medvedevə əmanət edib dörd il fasilə etmək məcburiyyətində idi – bu yolla o 2012-ci ildə Kremlə qayıtmışdı, daha iki ardıcıl müddətə, yəni 12 illik.

Nəzəri cəhətdən indi yeni konstitusiya qəbul olunandan və “ardıcıl” sözü silinəndən sonra Putin yenidən namizəd ola və daha 12 il hakimiyyətdə qala bilər.

Amma ekspertlər bildirirlər ki, ona iki prezidentlik müddəti ilə bağlı məhdudiyyəti birdəfəlik konstitusiyadan çıxarmağa hem nə mane olmur. Belə daha asan olar.

• Baş nazirin, baş nazir müavinlərinin və nazirlərin təyin olunmasının yeni qaydaları

Yeni sxem üzrə prezident baş nazir vəzifəsinə namizədi Dövlət Dumasına təklif edəcək. Amma baş nazir özü hökumət qura bilməyəcək – indi nazirləri və baş nazirin müavinlərini Duma təsdiq edəcək.

Rusiyalı polittexnoloq Abbas Qallyamov bunu yeni sxemin ən əhəmiyyətli məqamı hesab edir. O deyir ki, bu, Putinin gələcəkdə özünü Dövlət Duasının spikeri vəzifəsində gördüyü anlamına gələ bilər:

“Sxem belə ola bilər: o, sözəbaxan xələfini prezidentliyə təyin edir, özü spiker olur, baş nazir onunla razı olacaq, nazirləri isə o tam olaraq özü təyin edəcək”.

Rusiyanın yeni baş naziri Mixail Mişustin kimdir?

Bacarıqsız ictimai siyasətçi Dmitri Medvedevi bacarıqlı təşkilatçı və qabiliyyətli menecer Mixail Mişustin əvəz edir – ekspertlərin əksəriyyəti Rusiyada baş verən dəyişikliyi belə yozur.

Eyni zamanda artıq Mişustinin hətta Rusiyanın ən yüksək məmurları səviyyəsində ölçüləndə belə hədsiz varlı bir adam olduğundan xəbər verən jurnalist araşdırmaları dərc olunub.

Beləliklə, Rusiyanın yeni baş naziri haqda nə məlumdur?

Rusiyanın yeni baş naziri Mixail Mişustini “Putin üçün Putin” adlandırmağa başlayıblar. Moskva, 16 yanvar, 2020. REUTERS/Evgenia Novozhenina

• Rusiyanın Vergi Xidmətinin başında olduğu 10 il müddətində Mixail Mişustin büdcəyə ödəmələri üç dəfə artırıb. Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində o özü təsirli rəqəmlər sadalayıb: Rusiyada beş il ərzində ÜDM artımı 1,2 faiz, vergi gəlirlərinin artımı isə demək olar ki, 70 faiz (inflyasiyasız 39,6 faiz) olub.

• Mişustin həmçinin bütün vergi ödəmələrini möhtəşəm şəkildə sadələşdirib və onlayn sistemə keçirib, o cümlədən də ölkədəki istənilən işgüzar fəaliyyətə işlək nəzarət sistemi yaradıb.

• Vergi Xidməti Rusiyanın ən rəqamsallaşdırılmış strukturuna çevrilib. Bunu Mişustinin ilk böyük işinin 1990-cı illərdə Rusiyada Qərb texnologiyalarını ilk tətbiq etməyə başlayan Beynəlxalq Kompüter Klubunun yaradılması olması ilə əlaqələndirirlər. Faktiki olaraq məhz bu klub Intel, IBM, Motorola, Hewlett-Packard, daha sonra Apple və digərlərini Rusiya bazarına gətirib.

• Mişustini həmçinin ciddi alim hesab edirlər. 2010-cu ildə o, vergi elmi sahəsində doktorluq disertasiyası müdafiə edib və onun elmi işlərini indiyə qədər heç kim şübhə altına almayıb.

• Bundan başqa, Mişustin prezident Putinin sevimli əyləncəsində iştirak edir – onlar eyni komandada xokkey oynayırlar.

Yeni baş nazirin varidatı haqda:

• “Açıq media” nəşri bildirir ki, onun ailəsi elit Rublyovo-Uspenski şosesində üzərində beş mülk olan 2,6 hektarlıq torpaq sahəsinə sahibdir. Baş nazirin deklarasiyasında bütün bunlar qeyd olunmayıb. Bütün daşınmaz əmlak 25 milyon dollara dəyərləndirilir.

• Korrupsiya ilə Mübarizə Fondu (Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnının nəşri) yazır ki, yeni hökumət başçısının həyat yoldaşı Vladlena Mişustina vergi deklarasiyalarına əsasən son 9 il ərzində təxminən 800 milyon rubl [10 milyon dollara yaxın] qazanc əldə edib.

2016-cı ildə “Forbes” hətta Mişustinin həyat yoldaşını ən imkanlı məmur arvadları siyahısına daxil edib. Amma bununla belə onun üzərinə qeydiyyatdan keçirilmiş bircə şirkət belə yoxdur.

• “Azadlıq Radiosu” Rusiyanın yeni baş nazirinin qohumlarının yaşadığı dəbdəbəli həyat haqda bəhs edib – onlar şəxsi təyyarələrdə səyahət edir, Avropanın ən yaxşı kurortlarında dincəlir, övladları İsveçrənin bahalı məktəblərində təhsil alırlar.

• “Vedomosti” qəzeti isə Mişustinin Rusiyada populyar olan ifaçı Qriqori Lepsin iki mahnısının – “Kül” və “Əsl qadın” – musiqini bəsdələdiyini üzə çıxarıb.

Əgər aralıq nəticə çıxarsaq

Mişustin baş nazir vəzifəsinə ilk növbədə ona görə təyin edilib ki, Putinin iddialı “milli layihələri” həyata keçirilsin və Rusiyada çox açağı düşmüş həyat səviyyəsini qaldırmaq mümkün olsun.

Dəyişməz baş nazir Dmitri Medvedevin əməkhaqlarının qaldırılması da daxil olmaqla bu kimi sosial proqramları yarıtmaması bir çox ekspertlərin fikrincə, onun istefasının əsas səbəbi olub.

Eyni zamanda analitiklər hesab edirlə ki, Mişustin Putinə “Putin elitasının”  daxilindəki qruplaşmalar arasındakı düşmənçiliyi idarə etmək üçün lazımdır.

“Kremli ən çox əhali ilə münasibətlər yox, öz yaxın çevrəsində səhmanın salınması narahat edir. Vergi polisindən gələn adam bilir ki, “meyitlər harada basdırılıb”, çox güman ki, o, bu mənada Putin üçün çox faydalı adamdır”, London Kral Kollecinin Rusiya İnstitutunun direktoru Sem Qrin belə hesab edir.

“Putinə öz şəxsi Putini lazımdır”, – Rusiya reallığına bələd olan professor Mark Qalleotti fikrini belə ifadə edib.

Rusiya prezidenti Vladimir Putin Moskvada xokkey üzrə yoldaşlıq görüşü ərəfəsində. 2019, foto Reuters


More on JAMnews