Avstriya ilə Rusiyanın xüsusi münasibətləri barədə və niyə Avstriya mediası və müxalifəti indi öz nazirinin istefasını tələb edir" />

Putin Avstriya XIN başçısının toyuna kazak xoru ilə necə gəlib — foto, video və siyasi kontekst

Avstriya ilə Rusiyanın xüsusi münasibətləri barədə və niyə Avstriya mediası və müxalifəti indi öz nazirinin istefasını tələb edir

Avstriyanın 53 yaşlı xarici işlər naziri Karin Knaysl avqustun 17-də 65 yaşlı sahibkar Volfqanq Maylinqerlə evlənib. Bu tədbir orada Rusiya prezidenti Vladimir Putinin iştirakına görə dünya xəbərinə çevrilib.

Toya hədiyyə olaraq da o, yeni evlənənlər üçün ənənəvi toy mahnısını ifa edən Kuban kazak xorunu gətirib. Vladimir Putin və Karin Knaysl birlikdə rəqs ediblər.

Rusiya liderinin Avstriya nazirinə hədiyyəsi Rusiya vergi ödəyicisinə 20 min dollara başa gəlib, BBC xəbər verir.

Bu səfər təhlükəsizlik tədbirlərinə görə Avstriya vergi ödəyicisinə bir qədər daha baha — bir neçə yüz min avroya başa gəlib, baxmayaraq ki, Putinin toya səfəri şəxsi səfər kimi qələmə verilirdi.

İndi də Avstriya mediası nazirin istefasını tələb edir.

Avstriyanın xarici işlər naziri toyda Rusiya prezidenti ilə rəqs edir. 18 avqust 2018. Foto: Roland Schlager/Pool via Reuters

Avstriya və Rusiyanın — və Karin Knaysl və Vladimir Putinin münasibətləri

Karin Knaysl 2018-ci ilin qışından Avstriya XİN başçısı vəzifəsini tutur. O, dəfələrlə Avropa ilə Rusiya arasında dialoqun tərəfdarı olduğunu bildirib.

Avstriya hakimiyyəti son illərdə Avropa İttifaqının digər ölkələri ilə müqayisədə Rusiyanın addımlarına qarşı daha yumşaq mövqe tutub. Knayslın da daxil olduğu yeni kabinet gələndən sonra Vyandan Moskva ilə münasibətlərin düzəldilməi barədə təkliflər daha tez-tez səsləndirilməyə başlayıb.

Avstriya Avropa İttifaqının Solsberidə DKİ-nin keçmiş polkovniki Sergey Skripal və qızının zəhərləndirilməsindən sonra Rusiya diplomatlarını ölkədən çıxarmayan yeganə iri ölkəsidir.

“Çətin zamanlarda dialoqu davam etdirmək lazımdır”, — o vaxt Knaysl deyib.

2018-ci ilin mart ayında nazir bildirib ki, Avstriya Moskva ilə London arasında vasitəçi olmağa hazırdır.

Knaysl həm də Yaxın Şərqdə Rusiya ilə əməkdaşlığa çağırıb.

Eyni zamanda Vladimir Putin heç də bütün bayramlara dəvətləri qəbul etmir. Misal üçün, iki il əvvəl o, özünün mətbuat katibi Dmitri Peskov ilə fiqurist Tatyana Navkanın toyunda olmayıb.

Avstriyanın xarici işlər naziri və kazak xoru Qamlisdə, toyda 18 avqust 2018. Foto: Roland Schlager/Pool via Reuters

Putinin Avstriyaya toya gətməsinə səbəb kimi qaz satışı

Dünya mediasının fikrincə, Rusiya prezidentinin Avstriyaya gözlənilməz və ekzotik səfəri ilk növbədə onunla bağlıdır ki, bu ölkədə cəmlənən ən mühüm qaz infrastrukturu obyektləri vasitəsilə Rusiya qazının Avropaya təchizi həyata keçirilir. Bu, Rusiya üçün hazırda, ABŞ tərəfindən sərt iqtisadi sanksiyalar şəraitində əsas günədəmə çevrilir.

Avstriyada Putinin kazak xori ilə səfərinə sərt reaksiya

Avstriyanın eyni zamanda bir neçə aparıcı qəzeti yazıb ki, Avstriyanın Xarici İşlər Nazirliyi indi tənqiddən yaxa qurtarmaq və mətbuatı Vyananın xarici siyasi mövqeyinin dəyişmədiyinə inandırmaq üçün “əməllicə səy göstərməli” olacaq.

Avstriya XİN-i cavab bəyanatında bildirib ki, bu, “özəl bayram və şəxsi səfər olub” və “bu da o deməkdir ki, Avstriyanın xarici siyasi kursunda heç bir dəyişiklik olmayacaq”.  

Bununla belə, Avropa Parlamentinin “Yaşıllar” partiyasından olan deputatı Mixel Raymon Knaysldan Putini dəvət etdiyinə görə istefa verməyi tələb edib. Eyni tələb bir neçə yerli nəşrdə də səsləndirilib.

Toy mərasini və Vladimir Putin. 18 avqust 2018. Foto: Alexei Druzhinin/Kremlin via REUTERS

Kuban kazak xoru barədə

Kuban kazak xoru mütəmadi olaraq Rusiyada dövlət tədbirlərində çıxış edir və mədəniyyət sahəsində əhəmiyyətli prezident qrantları alır. Xorun əsas dəstəyi rusiyalı oliqarx Oleq Deripaskinin şirkətlər qrupundan gəlir (biznesmen Krasnodar vilayətində böyüyüb).

Xorun bədii rəhbəri Viktor Zaxarçenko 2018-ci il prezident seçkilərində Vladimir Putinə Krasnodar ictimai dəstək qərargahında həmsədr olub.

Xor 2018-ci il futbol üzrə dünya çempionatında “səfir kollektiv” olub və Soçidə turnirin birinci günü FİFA azarkeşlər festivalında çıxış edib.

Kuban kazak xoru Avstriya xarici işlər nazirinin toyunda


More on JAMnews