Camaat niyə falçıların və türkəçarəçilərin qəbuluna növbə tutur?" />

Azərbaycansayağı möcüzə biznesi

Camaat niyə falçıların və türkəçarəçilərin qəbuluna növbə tutur?

via GIPHY

Falçıların, öncəgörənlərin, çöpçülərin xidmətləri Azərbaycanda o qədər populyardər ki, onların sayəsində ailələr dolandırmaq olur. Biz bu biznesi araşdırmağa cəhd etdik:

B

ütün “falçı bazarını götürsək, biz tərəflərdə üç istiqamət mövcuddur: Onlar müştərinin problemlərini necə həll edəcəkləri üsulları ilə bir birindən fərqlənirlər.

  • xəstəliklərdən başı çıxan “tibbi magiya;
  • qara magiya – həm əlaltı vasitələrin köməyiylə, həm də “peşəkara müraciət etməklə, sizi incidən adamı qəbirə qoymağın min üsulu;
  • və şəxsi həyatınızı düzəltməyə, uğuru cəlb etməyə, ən əsası da “qara magiyadan müdafiəni təmin etməyə söz verən “ağ magiya”.

“Tibbi magiya” konkret nəticələr tələb etdiyi üçün onunla az adam məşğul olur. Adətən bu, xəstəliklərin diaqnostikasıdır. Misal üçün, Bakıda işləyən bir qadın “üçüncü gözlə daxili orqanları rentgenə salma seansından sonra müştərilərə USM nəticələrinə oxşar möhürlü sənəd verir (möhür də təbii ki, gözün şəklindən ibarətdir).

Ağ magiya dini ayinlər, psixoterapiya və bütpərəstlik arasında olan saysız-hesabsız rituallardan istifadə edir. Yəni siz kilsədən gətirilən müqəddəs suyun köməyiylə, ya da hansısa bitkilərin toxumlarını tavada qızardaraq ofisdən cadunu götürə bilərsiz, qaranlıq otaqda mum şamları yandıra bilərsiz və s.

Amma daha böyük fantaziyanı qara qüvvələr göstərir. Bir insana və ya bütöv bir ailəyə cadu etmək üçün evin içinə sehrli əşyalar olan kisəcik atmaq olar, əşyaların nədən ibarət olması cadu edənin fantaziyası və “peşəkarlıq səviyyəsindən asılıdır. Ən maraqlısı odur ki, Azərbaycanda çoxlarının inandığı kimi effektiv hesab olunan, cadu etməyin nisbətən sadə üsulları var. Bu o dərəcədə effektiv üsullardır ki, biz heç istifadə olunan maddələrin adlarını da burada qeyd edə bilmirik. Bir çoxları bunu kiminsə ev şəraitində hidrogen bombasını düzəltmək üsulunu dərc etməsi kimi qəbul edə bilər.

Məryəm, Sevil və Leyla

M

əryəm birinci dəfə falçı yanına gələndə 17 yaşı vardı, özünün danışdığına görə, rəfiqəsi ilə, maraq xatirinə gəlib.

“Qəbuluna gəldiyimiz rus qadın kartla fala baxırdı. Mənə nələr danışmadı: tezliklə ailə quracağımı, həyat yoldaşımın milyoner olacağını, çoxlu övladlarım olacağını, yəni çox xoşbəxt bir həyat yaşayacağımı dedi.

Məryəm bundan sonra da falçı yanına gedib. Bunu ciddiyə almadığını deyir. Amma bir dəfə işləri lap cəncələ düşdü, xüsusən də şəxsi həyatında. Rəfiqəsi ona cadunu götürəcək və ümumiyyətlə “bütün yollarını açacaq” qadına müraciət etməyi məsləhət gördü.

“Qadının adı Almaz idi. O kartla fala baxırdı, bundan başqa da adamı qarşısında əyləşdirib deyirdi ki, onun haqqında hər şeyi başının üstündəki balaca ekran şəklində görür.

Dedi ki, mənə alçaq boylu, sarı saçlı və paqonlu bir qadın cadu edib. Dedi ki, onun oğlu ilə görüşmüşəm, bu da qadının xoşuna gəlmirdi, o bizim ayrılmağımız, şəxsi həyatda xoşbəxt olmamağım və övlad dünyaya gətirə bilməməyim üçün nəsə edib. Bu təsvir keçmiş sevgilimin xarici görünüşü ilə tam üst-üstə düşürdü”.

Almaz qıza dedi ki, arı mumu tapıb, bazar ertəsi ilə cümə axşamından başqa istənilən gün gəlsin, çünki bu günlərdə cadunu götürmək olmaz.

“Almaz nəsə deyə-deyə əridilmiş mumu su ilə dolu qazana tökdü. Yəqin ki, dua pıçıldayırdı, axı müsəlmandır. Mum hava şarı kimi partladı. Sonra da o giriş qapısını açaraq, məni onun yanında əyləşdirdi və yenidən dua oxumağa başladı. Sonra da tualetə gedib, uzun müddət oradan çıxmadı, bunu özünə yapışan neqativdən təmizlənmək üçün etdiyini dedi. O vaxt məndən 100 manat [100 dollara yaxın] götürdü.

Üstündən üç ay keçməmiş qız cavan bir oğlanla tanış olub, onunla ailə qurur. Məryəm Almazın ona kömək etdiyini düşünür.

S

evil deyir ki, istənilən növ xalq təbibləri ilə böyük ünsiyyət təcrübəsi var.

“Mən demək olar ki, onların arasında böyümüşəm. Qonşu mənzildə bütün Bakıda məşhur olan ekstrasens yaşayırdı, o biri həyətdə də deyək ki, başqa konfessiyaya aid rəqibi. Hər ikisi çox vicdanlı adam idi və hər ikisinin də sözsüz ki, qeyri-adı bacarıqları varıydı. Amma onların ətrafı, onlarla məsləhətləşmədən qaşınmağa belə qorxan, onlardan tam asılı olan, gözlərində xəstə parıltı olan bu insanlar vahimə oyadırdı”.

Sevil hesab edir ki, falçıların çin olan sözləri primitiv fənddən başqa bir şey deyil:

“Sizə deyəcəklər ki, qız hansısa falçının məsləhəti ilə səhər saat altında dörd yol ağzına çıxaraq, boşqabı sındırdı, iki həftə sonra da nişanlandı. Bu adamlar başa düşürlər ki, istənilən gənc qız əvvəl-axır nişanlanır. Xüsusən də biz tərəflərdə, axı burada bütün analar ancaq övladlarını evləndirmək barədə düşünürlər. Bu, təxminən ağıllı sifətlə mayda yağışın yağacağını demək kimi bir şeydir. Müştərilərə gəlincə, problemlərinin cadu ilə bağlı olduğuna inanmaq onları normal üsulla həll etməyə başlamaqdan daha asandır”.

A

mma heç də bütün müştərilər razı qalmır, misal üçün, maraq xatirinə ekstrasens yanına gedən Leylanın başına gələnlər:

“Bu çoxdan, hələ tələbəlik illərində olub. O vaxtlar Rövşən adlı ekstrasensi çox tərifləyirdilər. Onu mənə bir qrup yoldaşım məsləhət gördü. Rövşən mənə dedi: “Sizdə böyük potensial görürəm, hətta magistraturaya da qəbul oluna bilərsiz, amma təəssüf ki, bu sizə maraqlı deyil. Bu vaxt ürəyimdə güldüm, çünki həmişə təhsil və karyera barədə düşünmüşəm (yeri gəlmişkən, Leyla sonradan uğurla təhsilini xaricdə davam etdirdi). Məncə, o bu yanlış nəticəni mənim xarici görünüşümdən çıxardı, qısa ətək və çəhrayı corabda idim. Bu ekstrasensin görünüşündə qeyri-adi heç nə yoxuydu, çox adi orta yaşlı rus dilli kişi idi”.

Cəmiyyət və media

Falçılara getməklə bağlı hekayələr ancaq yaxın rəfiqələrə danışmaq üçündür. Ümumilikdə cəmiyyətdə bu, şübhə ilə qarşılanır. Populyar mediada siz xalq təbiblərinin qeyri-adi bacarıqları haqda yazı görməsəz də, ifşa ilə bağlı çoxlu sayda yazı oxuya bilərsiz. Eyni zamanda istənilən qəzetin “Elanlar bölməsində aşağıdakı cümlələrlə dolu bütöv bir səhifəyə rast gələ bilərsiz: “Köklü baxıcı, qədim qaraçı üsulu ilə fala baxıram, cadunu götürürəm, 100 faiz zəmanət verirəm”. Qabaqcıl biznesmenlər də var: onlar frilans iş görür, misal üçün, Skype və ya sosial şəbəkələrdən istifadə edərək, fotoya cadu edir və ya götürür. Xidmət haqqı isə bank hesabına köçürülür.

Bu zaman yerli telekanallarda da ekstrasenslərin iştirakı ilə verilişlər hazırlayır, onları tez-tez tok-şoulara dəvət edirlər. Ən məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın “Битва экстрасенсов” verilişinin iştirakçısıdır.

Zirəddin Rzayev. Foto: cosmopolitan.ru

Amma yerli “ulduzlar” da əz məşhur deyillər. Bu onların qonorarlarının ölçülərinə də öz təsirini göstərir. Misal üçün, deyilənə görə, Anar Abdullayevin qonorarı 15 dəqiqəyə görə 100 manatdır. O, ruh və şeytanı qovmaqla məşğuldur. “Mən adamları qəbiristanlığa aparıb, orada şeytanları tutub, əlimlə boğuram, – o deyir və əlavə edir ki, bu işə görə 1000 manatdan az götürmür.

Elm və din

Kart və qəhvədən başqa, daha bir yerli fala baxma növü var – “Quran açdırma. Bu zaman adam ürəyində sualı deyir, falçı isə müsəlmanların müqəddəs kitabını istənilən səhifədə açaraq, orada müştərinin sualının cavabını axtarır.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirir ki, falçı yanına getmək Allahın işinə qarışmaq deməkdir ki, bu da böyük günah sayılır.

“Allah özünün “Əl Bəqərə surəsində (102-ci ayət) cadu edənlər haqqında deyir: “Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər”.

İlahiyyatçının sözlərinə görə, islam qanunlarında maqları həyatdan məhrum etmək lazımdır, amma bizdə ölüm hökmü olmadığı üçün onları ömürlük həbs cəzasına məhkum etmək lazımdır.

Həkim nevroloq Kərimə Kərimova hesab edir ki, dünyada hər şey fizika qanunları ilə izah olunmur və ekstrasenslər ola bilsin həqiqətən də gələcəyin variantlarından birini görə bilirlər:

“Fikir hələ ki, fizika tərəfindən izah edilməyən bir vahiddir. Beyin hələ sonuna qədər öyrənilməyən bir orqandır. 

Ekstrasensor bacarıqlar fiziologiya nöqteyi-nəzərindən baxsaq, sehrli bir şey deyil, sadəcə daha incə qıcıqlandırıcıları dərk etmək və sezmək bacarığıdır”.

Məsləhətçi psixoloq Ellada Qorina öz-özünə çin olan qabaqdan görmək barədə danışır, bu zaman insan öz-özünü proqramlaşdıraraq, misal üçün, falçının ona dediklərini yerinə yetirməyə çalışır.

Bəs insanlarda fövqəltəbii qüvvələrin köməyinə müraciət etmək istəyi haradandır? Psixoloqun sözlərinə görə, bu tarixi keçmişimizlə bağlıdır. Bu xalqımızın tarixinin kifayət qədər qısa olması ilə bağlıdır və nisbətən yaxın keçmişdə biz mediumlara, türkəçarəçilərə və görücülərə müraciət etmişik. “Nə qədər də oxumuş, təhsilli olsaq da, zəifləyən kimi tez və asanca fövqəltəbii qüvvələrə üzümüzü tuturuq. Və müəyyən hallarda bu işləyir.

Dövlət və hüquq

Hüquqşünas Elnur Quliyev deyir ki, ekstrasens, falçı, görücü fəaliyyəti qanunvericiliklə tənzimlənməsə də, “insanların bütün problemlərini həll etmək vədi ilə pulun alınmasını və nəticənin əldə olunmamasını yalan və dələduzluq kimi qiymətləndirmək olar. Misal üçün, hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluğun əlamətləridir.

Presedentlər nadir hallarda olsa da rast gəlinir. Misal üçün, ötən il Həzrət Sabir kimi tanınan “Cənnət Parapsixologiya Mərkəzinin” direktoru həbs edilib. Ona böyük miqdarda pul ödəyən və vəd edilən xoşbəxtlik və işdə uğur almayan müştərilər onu dələduzluqda ittiham etdilər.


More on JAMnews