8 ölü, 11 yaralı" />

Nyu Yorkda terror aktı

8 ölü, 11 yaralı

 

Photo: REUTERS/Andrew Kelly

Çərşənbə axşamı, oktyabrın 31-də Nyu Yorkda Manxettendə yük maşınının sürücüsü velosiped yoluna çıxıb və bir neçə kvartalı velosipedçiləri əzərək gedib, məktəb avtobusuna çırpılıb, yaralanıb və polis tərəfindən saxlanılıb. Nəticədə 8 nəfər həlak olub, 11 nəfər yaralanıb. Cinayətkarın üzərində pnevmatik silah və peyntbol oyunu üçün avtomat olub.

Polisdəki yüksək vəzifəli mənbənin CNN-ə verdiyi xəbərə görə, şübhəli şəxsin maşınında ingilis dilində məktub tapılıb, həmin məktubda onun bu əməli İŞİD adına törətdiyi yazılıb.

FKB baş verən hadisəni terror aktı kimi dəyərləndirir. Nyu York meri Bill de Blazio bildirib ki, bu dəyərləndirmə ilə razıdır. ABŞ prezidenti Donald Tramp öz növbəsində Twitter-də bunları yazıb: “Bu, xəstə, psixi problemli insanın növbəti hücumu kimi görünür”.

Polis artıq şübhəlinin şəxsiyyətini müəyyən edib. Onun adı Saifullo Saipovdur, 29 yaşı var, Özbəkistan əsillidir, 2010-cu ildən Amerikada yaşayır.

Dünən Nyu-Yorkda baş verənlər bu il baş verən, icraçısı Özbəkistan əsilli şəxs olan artıq ikinci terror aktıdır. Apreldə Stokholmun mərkəzində yük maşını insan kütləsinin üzərinə dalmışdı, nəticədə beş adam həyatını itirmişdi. Hadisə terror aktı kimi qiymətləndirilmişdi. Yük maşınının sükanı arxasındakı şəxs Özbəkistan əsilli Rahman Akilov idi.


More on JAMnews