Tbilisidə sərginin bağlanışında İsveçrə parlamentinin sədri iştirak edib" />

“Münaqişə dəhlizlərində – Abxaziya 1989-1995”. Sərgi Tbilisidən Gürcüstanın başqa şəhərlərinə köçəcək

Tbilisidə sərginin bağlanışında İsveçrə parlamentinin sədri iştirak edib

Tbilisidə Ədəbiyyat Muzeyində üç həftə boyunca keçirilən “Münaqişə dəhlizlərində – Abxaziya 1989-1995” adlı sərgi oktyabrın 29-da rəsmən bağlanıb.

Sərgi Gürcüstanın ən yeni tarixinin ən vacib səhifələrindən birinə – Abxaziya münaqişəsinə həsr olunub. Ziyarətçilər faciəvi günləri əks etdirən fotolarla və videomateriallarla, arxiv sənədləri, Abxaziya müharibəsindən keçmiş insanların müsahibələri ilə tanış ola biliblər. Bütün bu materiallar beş il ərzində təmin dövrün gürcü və abxaz tədqiqatçıları tərəfiindən toplanıb. 

Conciliation Resources və Swisspeace beynəlxalq təşkilatlarının köməyi ilə onlar paralel olaraq ümumi arxiv, kollektiv xatirə yaradıblar. Məhz sözügedən sərgi yaradılan kollektiv anım arxivinin ictimaiyyətə açıqlandığı ilk nümayiş olub.


Tədqiqat qruplarının nümayəndələri jurnalistlərə bildiriblər ki, arxivin yaradılması tamamlanmayıb, proses davam edir və onların məqsədi silahlı münaqişə fazasına qədər, münaqişə vaxtı, hərbi əməliyyatlarda bilavasitə sonra və növbəti mərhələdə tarixi hadisələrin detallı bərpa olunmasıdır.

Fotoarxiv – 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı gürcü ailələri Abxaziyanı tərk edir

Digər qonaqların sırasında sərginin bağlanış mərasimində İsveçrənin Gürcüstandakı səfiri və İsveçrə parlamentinin sədri Marina Korobio Quşetti də iştirak edib. İsveçrə məhz sərginin təşkilinə xüsusi töhfə vermiş ölkədir.

“Mən əminəm ki, bu istiqamətdə işlər dinc cəmiyyətin formalaşmasında mühüm rol oynayacaq və barışıq üçün əsas yaradacaq”, – Marina Karobio Quşetti öz çıxışında bildirib.

Bağlanış günündə sərgini 1990-cı illər faciəvi hadisələrin bilavasitə iştirakçıları ziyarət edirb.

“Hətta mən həmin dövr haqda öz yaşadıqlarım sayəsində bilsəm də sərgidə çoxlu yeni şeylər öyrəndim… Yenə də düşüncələrə daldım, əgər o vaxt indiki kimi bütün bunları sıralaması ilə görə bilsəydim, yəqin ki, başqa cür hərəkət edərdim, başqa qərarlar verərdim. Müharibə hər iki tərəfi məhv edir”, – sərginin bağlanışında Vaxtanq Kolbaia deyib. Faciəvi müharibə illərində o, Abxaziya Ali Şurası sədrinin birinci müavini olub.

Sərgi üç otaqdan ibarət olub və Gürcüstanın taleyini onilliklər öncədən müəyyən etmiş hadisələri xronoloji şəkildə əks etdirir.

Ekspozisiyanın birinci hissəsi müharibədən əvvəlki dövrə, ikinci hissəsi müharibəyə, üçüncü hissə isə müharibədən sonrakı illərə həsr olunub.

Üç həftə ərzində sərgi çərçivəsində mütəmadi diskussiyalar və müxtəlif tədbirlər keçirilib. Bütün bu tədbirlərdə ürəyi istəyən hər kəsin iştirak etmək imkanı olub.

Bu üç həftə ərzində çox sayda insan müharibı illəri ilə bağlı öz hekayəsini bölüşmək arzusunu bildirib.

Sərginin təşkilatçıları bildirirlər ki, böyük ehtimalla sərgi Gürcüstanın digər şəhərlərinə, o cümlədən də Zuqdidi, Kutaisi və Batumiyə yollanacaq.

Sərgi İsveçrənin Xarici İşlər Federal Departamentinin, Böyük Britaniyanın Münaqişə, Stabillik və Təhlükəsizlik Fondunun və Sigrid Rausing Trust təşkilatının maliyyə dəstəyilə təşkil olunub. Məhz onların səyləri sayəsində kollektiv anim arxivinin yaradılması və inkişaf etdirilməsi mümkün olub.

Sərginin təşkil olunmasında bir neçə təşkilat müştərək çalışıb: GoGroupMedia, CIPDD, Studio Re, Conciliation Resources, swisspeace

Sərgi və onun necə işıqlandırılması haqda əlavə məlumatı buradan tapmaq mümkündür:

Facebook (gürcü dilində): The Corridors of Conflict. Abkhazia, 1989-1995

Twitter (ingilis dilində): @Memory__Project


More on JAMnews