Foto-arxiv – 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı gürcü ailələr Abxaziyanı tərk edir
Bu fotolar 1992-1993-cü illərdə gürcü-abxaz münaqişəsi zamanı Abxaziyada çəkilib, indi isə Gürcüstan Milli Kitabxanasının arxivində saxlanılır. Fotolarda Abxaziyadakı evlərini tərk edən gürcü ailələr əks olunub.
Bu foto-hekayəni biz bu günlərdə hər iki tərəfin qeyd etdiyi, amma tam əks münasibət göstərdiyi gürcü-abxaz müharibəsinin bitməsinin 28 illiyinə həsr edirik.
Bu günə qədər münasqişənin həlli tapılmayıb, o nizamlanmayıb və tərəflərin mövqeləri dəyişməyib:
Gürcüstan ərazi bütövlüyündə, Abxaziya isə öz müstəqilliyində israr edir.
Müstəqil Abxaziya Respublikası statusunu bu günə qədər ancaq Rusiya və daha beş ölkə tanıyıb. Bütün qərb ölkələri və qalan beynəlxalq aləm Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəkləyir.
Abxaziyada silahlı münaqişə 1992-ci il avqustun 14-də başlayıb və 1993-cü il sentyabrın 27-də Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatıb.
Dəqiqləşdirilməmiş məlumata əsasən, hər iki tərəfdən münaqişə zamanı 13 mindən çox insan həyatını itirib. Mindən çox adam itkin düşüb. Onlardan çoxunun harada dəfn olunduğunu yaxınları indiyə qədər bilmir.
Çoxu etnik gürcülərdən ibarət olan 300 minə qədər adam Abxaziyadan qaçqın düşüb. Bu foto-hekayə onlar haqdadır.