İnsanlar söz azadlığının məhdudlaşdırılması və narkotiklərə qarşı çox sərt olan siyasiyə etiraz edib " />

Minlərlə insan Tbilisidə həbs olunan reperlərə dəstək aksiyasında iştirak edib. Fotoreportaj

İnsanlar söz azadlığının məhdudlaşdırılması və narkotiklərə qarşı çox sərt olan siyasiyə etiraz edib

Tbilisidə parlament  binası yaxınlığında həbs olunmuş “Birja mafiya” rep-duetinə dəstək məqsədilə iri miqyaslı aksiya keçirilib.

21 yaşlı Qiorqiy Keburiya və 28 yaşlı Mişka Mqaloblişvili 6 iyun tarixində böyük həcmdə psixotrop narkotiklərin saxlanılması ittihamı ilə həbs olunublar. Onlar isə öz növbəsində üstlərində narkotiklərin olmadığını bildirir və iddia edirlər ki, həbslərinin əsl səbəbi polisin şarjı əks olunan videoklipdir –  polis müvafiq uniformada, boynunda xalta, ağzında sümüklə  it pozasında durub.

Saat 19:00-da Rustaveli metro stansiyası yaxınlığında “Daha nələr baş verməlidir?” adı altında həbs olunanlara həmrəylik aksiyası keçirildi. Aksiya iştirakçıları parlamentə doğru yürüş etdi.  Onlar söz azadlığının məhdudlaşdırılmasına və antihumanist narkosiyasətə qarşı etiraz ediblər.

“Xalqla müharibəni dayandırın”

“Zorakılığa yol verən polis – qudurmuş  it”

 “DİN-in özbaşınalığına son qoyulsun”

“Biz müharibəni udacağıq”

“Musiqi cinayət deyil”

Aksiya iştirakçıları bu şüarlarla çıxış etdilər.

Aksiyada minlərlə insan, əsasən də gənclər iştirak edib. Aksiya çoxsaylı olduğuna görə, polis Rustaveli prospektində avtomobil hərəkatını dayandırmalı olub.

Aksiya iştirakçılarını nə üstlərinə tökülən leysan və dolu, nə də düşən qaranlıq qorxutdu – niyəsə dünən şəhər təsərrüfatı işçiləri Tbilisinin mərkəzində küçə işıqlarını yandırmadılar. Etirazçılar zil qaranlıqda ətrafı  azca da olsun işıqlandırmaq üçün  öz mobil telefonlarını yandırıb, başlarının üstündə tutmalı oldular. Yandırılmış mobil telefonlarla çəkilən  fotolar çox effektli alındı.   


More on JAMnews