Gürcüstanda “Mimino”nun davamını çəkirlər" />

“Mimino” – uçuş davam edir

Gürcüstanda “Mimino”nun davamını çəkirlər

Gürcü iş adamı, “Fortuna media holdinqinin sahibi Zurab Çiqoqidze Rusiyanın “Mosfilmindən “Mimino kinofilminin növbəti seriyasını çəkmək hüququnu alıb. Bu haqda məlumatı Rusiyanın RNS agentliyi yayıb.

“Mimino – uçuş davam edir – filmin davamı belə adlanır, onun yaradılmasına icazəni artıq almışıq. Çəkilişə yaxın zamanlarda başlamağı planlaşdırırıq, – Çiqoqidze deyir.

Agentliyin müxbiri ilə söhbətində biznesmen bildirib ki, hazırki mərhələdə rejissor axtarışı gedir. Ekranlara film yəqin ki, gələn il çıxacaq. Layihənin digər detalları barədə heç nə məlum deyil.

“Miminoda baş rolun ifaçısı olan aktyor Vaxtanq Kikabidzenin yeni filmdə iştirak edib-etməyəcəyi barədə də heç bir məlumat yoxdur.

Çiqoqidzenin sözlərinə görə, filmin çəkiliş hüququnu “Miminonun müəlliflərinin hər birindən – Giorgi Daneliya (rejissor), Revaz Qabriadze, Viktoriya Tokareva (ssenari müəllifləri) və Giya Kançelidən – ayrı-ayrılıqda alıblar.

Sovet kino komediyası “Mimino ekranlara 1977-ci ildə çıxdı. Filmdə baş rolları gürcü artisti Vaxtanq Kikabidze (Valiko) və erməni artisti Frunzik Mkrtçyan (Rubik) oynadılar.

“Mimino sovet dövrünün ən məşhur filmlərindən biri oldu.

İndiyədək də dialoqlar və qəhrəmanların ayrı-ayrı ifadələri dillər əzbəri olub, özləri isə Tbilisidə:  

Dilijanda (Rubikin vətənində):

Və Yerevanda:

Q

oyulan heykəllərdə əbədiləşdiriliblər.

Maraqlıdır ki, həm də erməniylə gürcü arasında dostluq motivlərinə toxunulan filmdə daha bir Cənubi Qafqaz respublikasının – Azərbaycanın nümayəndəsi böyük rol oynayıb. Əvvəlcə süjetdə şer yazan və trubada məharətlə ifa edən pilota aşiq olan kənd qızından bəhs olunurdu. Hər şey çəkilişə hazır idi, bu zaman rejissor Daneliyanın evinə dostu, azərbaycanlı yazıçı Maqsud İbrahimbəyov gəlir. O da Georgi Daneliyaya əvvəllər Rezo Qabriadzedən– reysdən qayıdandan sonra vertolyotunu kəndirlə ağaca bağlayan pilot, kəndli oğlan barədə eşitdiyi əhvalatı xatırladır. Bu əhvalat filmin ssenarisini alt-üst edir. 

Yeri gəlmişkən, gürcü-erməni dostluğu məsələsi də filmdə təsadüfən yaranıb. Əvvəlcə ssenariyə görə, baş qəhrəman Valiko (V. Kikabidze) Modkvaya gəlib, mehmanxanada bir adamlıq otaqda qalır. Qonşu ilə bağlı ideya sonradan yaranır. Valikonun dostu roluna iki variant nəzərdən keçirilirdi – rus artisti Yevgeni Leonov və Frunzik Mkrtçyan. Sonda püşk atdılar və rolu Mkrtçyan aldı.

Dərc olunub 2.06.2016


More on JAMnews