Gürcüstan 24-cü yerdədir" />

LGBT-ə münasibət: ən ağır vəziyyət Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadadır

Gürcüstan 24-cü yerdədir

ILGA-Europe beynəlxalq təşkilatı tərəfindən hazırlanan seksual azlıqların nümayəndələrinə qarşı nifrət reytinqində 49 Avropa və Mərəzi Asiya ölkəsi arasında Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya son dörd yeri tutub.

Ukrayna 35-ci yerdədir.

Gürcüstan isə 24-cü yerdə qərarlaşıb.

Ermənistan parlamentində transgenderin çıxışı cəmiyyətdə müzakirələrə səbəb olub

“Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”

Ən tolerant ölkələr

Cəmiyyətin və dövlətin LGBT nümayəndələrinə ən dözümlü yanaşdığı ölkələr Malta, Belçika, Lüksenburq, Finlandiya, Danimarka və Norveçdir.

Reytinq necə tərtib edilir?

Reytinqin tərtib edilməsi üçün altı meyardan istifadə olnur:

1. Bərabər hüquq və diskriminasiyanın olmaması

2. Ailə qurmaq imkanı

3. Gender müxtəlifliyinin hüquqi cəhətdən tanınması

4. Vətəndaş cəmiyyətinə cəlb olunması

5. LGBT nümayəndəsi kimi bu ölkədə sığınacaq almaq imkanı

6. Seksual azlıqlara qarşı nifrət əsaslı cinayətlər və düşmən ritorika

ILGA-Europe nədir?

ILGA-Europe Avropa və Mərkəzi Asiyanın seksual azlıqların (gey, lesbiyan, transgender, biseksual) haqlarını qorumaqla və onlara qarşı diskriminasiya ilə mübarizə aparmaqla məşğul olan 400-dən çox təşkilatını birləşdirən beynəlxalq assosiasiyadır.

Bu təşkilat tərəfindən LGBT-ə qarşı tolerant münasibət reytinqi hər il tərtib edilir.

“Hündür dabanlı ayaqqabı ilə qaçış” aksiyası gender bərabərliyi haqqının müdafiəsinə həsr olunub. Monterrey, Meksika. 12 may, 2019. REUTERS/Daniel Becerril


More on JAMnews