Türkiyənin Suriyadakı kürd qruplaşmalarına qarşı keçirdiyi əməliyyat tarixi hadisələr silsiləsində yalnız bir bənddir" />

Kürdlər kimdir və nəyə görə zərbə altındadırlar

Türkiyənin Suriyadakı kürd qruplaşmalarına qarşı keçirdiyi əməliyyat tarixi hadisələr silsiləsində yalnız bir bənddir

20 oktyabr – yenilənmə:

Oktyabrın 17-də kürd dəstələrinə qarşı hərbi əməliyyat aparan Türkiyənin elan etdiyi Suriyanın şimalında atəşkəs aldadıcı hərəkət imiş. Kürd tərəfinin nümayəndələri bildiriblər ki, türk qoşunları onlara qarşı artilleriyadan və aviasiyadan istifadə etməkdə davam edirlər.

Ekspertlərin və jurnalistlərin əksəriyyəti belə hesab edirlər ki, Suriya və kürd qruplaşmaları üçün həlledici hadisə Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin oktyabrın 22-də Soçidə keçirilməli olan görüşü olacaq.

_________________________________

CNN kürd xalqının tarixini nəql edir və onun nəyə görə zərbə altında olmasını izah edir.

Kürdlər kimdir

Birinci dünya müharibəsinə qədər kürdlər köçəri həyat tərzi sürüblər. Türk Osmanlı imperiyasının dağılmasından sonra kürd xalqı bir neçə yeni yaranmış dövlətin ərazisində yerləşmiş oldu.

Hazırda kürdlərin ümumilikdə 25-30 milyon nəfər olduğu bildirilir. Onlar Türkiyədə, Suriyada, İraqda, İranda və Ermənistanda yaşayırlar.

Yeddi ailəlik kənd. Yalnız yezidlərin yaşadığı Ermənistan kəndi haqda

Türkiyədə iqtisadi böhran – polis çörəyin qiymətini tənzimləyir

Azərbaycandan Türkiyəyə beyin axını – niyə gənclər vətəndə oxumaq istəmir?

Yalnız İraqda kürdlər öz əraziləri üçün muxtariyyət statusuna nail ola biliblər.

Ən iri etnik azlıq (əhalinin 20 faizinə yaxın) olduqları Türkiyədə kürdlər izlənməyə məruz qalırlar: onları çox vaxt “dağ türkləri” adlandırır, ana dilinin öyrənilməsini və ənənəvi geyimlərin geyilməsini qadağan edirlər.

İraqın kürd əyalətində Palanqan kəndinə mənzərə, Tehranda 660 km aralıda. 2011. REUTERS/Morteza Nikoubazl

Kürdlər harada yaşayır

Bugünkü hipotetik Kürdüstan beş müxtəlif regionun ərazisində yerləşir: cənub-şərqi Türkiyə, şimal-şərqi Suriya, şimali İraq, şimal-qərbi İran və cənub-qərbi Ermənistan.

20-ci əsrin əvvəllərində kürdlər Kürdüstan adlandırılan vətənlərinin yaradılmasına başladılar. Nəticədə, 1920-ci ildə Sevr müqaviləsi imzalandı ki, bu sənəd Birinci dünya müharibəsində məğlub olduqdan sonra mərkəzi dövlətlərin imzaladıqları müqavilələrdən biri idi.

Elə o vaxt ümumi cizgilərdə Osmanlı imperiyasının dağılması qeydə alınmışdı. Sevr müqaviləsi isə muxtar Kürdüstanın yaradılmasına çağırırdı.

Lakin müharibənin başa çatmasından üç il sonra qərb mütəffiqləri müstəqil kürd dövlətinin yaradılması tələbindən imtina etdilər. Və kürd regionu bir neçə ölkə arasında bölündü.

Beş ölkənin ərazisindəki hissələr şəklində hipotetik Kürdüstan bu cür görünür. Xəritə CNN tərəfindən hazırlanıb

Türkiyənin sərt mövqeyi

Prezident Ərdoğan kürd məsələsində hər zaman kifayət qədər sərt mövqedə olub. O, açıq şəkildə bildirirdi ki, məqsədi Kürd fəhlə partiyasının – kürdlərin əsas siyasi və hərbi gücünün – məhv edilməsidir.

2016-cı ildə ölkədə bütün kürd mediası bağlandı, 11 000 kürd müəllim işdən çıxarıldı, 24 kürd mer isə hökumətin təyin etdiyi şəxslərlə əvəz edildi.

Hazırda Türkiyənin kürd qruplaşmalarının nəzarəti altında olan həmsərhəd Suriya rayonlarında apardığı hərbi əməliyyatın iki məqsədi var. Birincisi, Türkiyə ilə kürd əraziləri arasında “təhlükəsizlik zonası”nın yaradılması. İkincisi isə, bu zonaya vətəndaş müharibəsi nəticəsində Suriyadan Türkiyəyə qaçmış 2 milyona yaxın insanın köçürülməsi.

ABŞ-ın mövqeyi: satqınlıq ittihamları

Kürd qruplaşmaları ABŞ-ın yaratdığı koalisiyanın terrorçu İslam dövləti ilə mübarizəsində həlledici rol oynayıblar. İndi, İslam dövləti üzərində qələbədən sonra, ABŞ Türkiyə tərəfindən zərbə altında qalmış kürdlərə fəal dəstəkdən imtina edir.

Bir çox Amerika media qurumları və siyasətçiləri baş verənləri satqınlıq adlandırır və yaxın keçmişdə baş vermiş oxşar epizodu xatırladırlar.

O zaman prezident Buş İraq əhalisini Səddam Hüseynin diktatura rejimini devirməyə çağırmış və bu çağırışa ilk olaraq kürdlər cavab vermişdilər. Lakin onlar hökumət qoşunlarının zərbəsi altında qaldıqları zaman (qurbanların sayı minlərlə ölçülürdü) ABŞ-dan dəstək almadılar.

İslam dövlətinin bərpası təhlükəsi

İslam dövlətinin darmadağın edilməsindən sonra bu terrorçu qruplaşmanın minlərlə döyüşçüsü saxlanılmış və kürd dəstələrinin nəzarəti altında həbs edilmişdilər.

Türkiyənin hərbi əməliyyatının davam etdirilməsi o deməkdir ki, kürd qruplaşmaları ona müqavimət göstərmək üçün lazım ola bilərlər və İslam dövlətinin döyüşçülərinin saxlanıldığı düşərgələr mühafizəsiz qalacaq.

Kürdlərin İraqdakı Süleymaniyyədə türk hərbçilərinin Suriyada hücumuna qarşı etirazı. 10 oktyabr 2019. REUTERS/Ako Rasheed


More on JAMnews