Şəhərin turizm mərkəzinə çevrilməsi üçün bütün imkanlar var" />

Fotosessiya: Köhnə Qoris – mağaralar şəhəri

Şəhərin turizm mərkəzinə çevrilməsi üçün bütün imkanlar var

“Turistlər Qoris sakinlərinin XVIII əsrə qədər mağara evlərdə yaşadıqlarına təəccüblə baxırlar”, – Ayk Akopyan deyir.

O, mehmanxana kompleksində işləyir və turistlər ondan tez-tez Qorisdə maraqlı nə görə biləcəklərini soruşurlar. Ayk həvəslə cavab verir, bəzən də şəhərin qonaqlarını şəxsən müşayiət edərək, onları Qorisin tarixi və gəzməli-görməli yerləri ilə tanış edir.

Onun ən çox sevdiyi yer isə həmin bu mağara evlərdir. Bu yaşayış yerləri qayaların içində, özü də kifayət qədər sıldırım yamaclarda oyulub. Yalnız XVIII əsrdən sonra burada, mağara evlərin qarşısında daş divarlı və taxta örtüklü 1-2 mərtəbəli evlər tikməyə başlayıblar.

Fotosessiya: “Surikin gölü” – Ermənistanın cənubunda yeni görməli yer

Fotosessiya: Bambukdan hazırlanan ekoborucuqlar – plastikə alternativ

Əvvəlki yaşayış sahələri – “mağara mənzillər isə həmin vaxtdan etibarən sakinlər tərəfindən zirzəmi kimi istifadə olunmağa başlayıb.

Növbəti turist qrupuna sevdiyi yeri göstərərkən, Ayk Köhnə və Yeni Qorisi seyr etməyə imkan verən, işarələnmiş çığır salmaq fikrinə düşür.

Müvafiq işlər “One Armenia” təşkilatının dəstəyi ilə həyata keçirilir. Aykın özü də bu işlərdə iştirak edir. Tezliklə cığırın onlayn versiyası da hazır olacaq ki, bu da turistlərə bu yerlərdə sərbəst və təhlükəsiz hərəkət etmək imkanı verəcək. Bundan başqa, Ayk öz əlləri ilə mağara evlərə aparan pillələr düzəldib.

“Bununla da biz qonaqlarımızda yaxşı təəssürat yarada biləcəyik ki, onlar da şəhərimizə bir daha qayıtmaq istəsinlər, – Ayk deyir.

Köhnə Qorisdə qayalarda oyulmuş evlər və təbii mağaralardan başqa, Müqəddəs Ripsime kilsəsini görmək olar. Bu kilsə IV əsrdə tikilib və iki dəfə – XVI əsrdə və 2010-cu ildə bərpa olunub.  

XX əsrin əvvəllərinə qədər Köhnə Qorisdə həm də təbii abidə hesab edilən mağara teatrı “Amfiteatr” da işləyirdi. Teatrın səhnəsi və tamaşaçı oturacaqları indi də durur.

Daha bir neçə kiçik kilsə xarabalığı, yarımdağılmış yağ zavodu, su dəyirmanları və çox sayda mağara evlər də qalıb. Təkcə bu il kitabxana və qalereya kimi işləyəcək iki mağaranın bərpasına başlanılıb. 

Yerli Qoris administrasiyasında deyirlər ki, bu, mağaralar şəhərinin bərpasının hələ başlanğıcıdır. 

2013-cü ilin fevral ayında Ermənistan hökuməti Qoris şəhərində Turizmin İnkişaf Proqramını təsdiq edib, bu proqrama əsasən, dövlət büdcəsi və icma büdcəsi vəsaiti hesabına, həm də əlavə fondların cəlb edilməsi ilə Zəngəzur regionuna xidmət göstərən turizm mərkəzinin yaradılması ideyasının həyata keçirilməsi planlaşdırılır.

Bu istiqamətdə bəzi addımlar artıq atılıb. Məsələn, Müqəddəs Ripsime kilsəsi bərpa olunub, ətrafındakı ərazi abadlaşdırılıb, qazıntı işləri aparılır. Amma bu, proqramda nəzərdə tutulan işlərin ancaq cüzi hissəsidir. Buna görə də turizm mərkəzinin yaradılması üzrə planlar hələ də uzunmüddətli olaraq qalır. 

Şəhərsalma və Kommunal Təsərrüfat Şöbəsinin rəisi Qaregin Parsyanın sözlərinə görə, Köhnə Qorisdə  planlaşdırılan işlərin reallaşdırılması üçün azı 200 milyon dram lazımdır:

“Biz hər vasitə ilə maliyyə tapmağa və kiçik addımlarla layihəmizin son məqsədinə nail olmağa çalışırıq”.

Yerli özünüidarəetmə orqanlarının “kiçik addımları Qoris sakinlərini o qədər də sevindirmir. Ayk deyir:

“Ancaq mehmanxanaların sayı ilə turizm mərkəzinə çevrilmək mümkün deyil: şəhərimizin belə mərkəzə çevrilməsi üçün həqiqətən də bütün imkanlar var. Qalır planlarımızı həyata keçirmək üçün istək və iradəmizin kifayət etməsi”.

Dərc edilib: 26.08.2016


More on JAMnews