Seçkiqabağı yarışa qoşulan siyasi qüvvələr barədə hər şey. Siyasətçilər onların şanslarını necə qiymətləndirir, insanlar sosial şəbəkələrdə onlar haqqında nə yazır " />

Kim kimdir. Ermənistan seçki ərəfəsində

Seçkiqabağı yarışa qoşulan siyasi qüvvələr barədə hər şey. Siyasətçilər onların şanslarını necə qiymətləndirir, insanlar sosial şəbəkələrdə onlar haqqında nə yazır

Aprelin 2-nə Ermənistanda parlament seçkiləri təyin edilib. Bu, ölkədə konstitusion dəyişikliklərdən sonra ilk seçkilər olacaq, bunların nəticəsində Ermənistan parlament idarəçiliyi üsuluna keçir.   

İndən sonra parlament ölkə prezidentini 7 il müddətinə seçəcək, prezident də baş naziri, seçkilərdə qalib gələn partiyanın və ya blokun namizədini təyin edəcək.

Gələcək parlament proporsional sistem üzrə seçiləcək. Parlament azı 101 deputatdan ibarət olacaq. Burada stabil çoxluq olacaq, həmin çoxluq da seçkilərdə 54 (və ya daha çox) faiz toplayan siyasi qüvvə olacaq.

Əks halda səsvermənin ikinci turu keçiriləcək. Bu turda da ancaq birinci turu keçən, bloklarda birləşən siyasi qüvvələr iştirak edə bilər. Partiyalar üçün keçid baryeri 5%, bloklar üçün isə 7% təşkil edir. Dörd mandat milli azlıqlara (yezidlər, ruslar, assuriyalılar, kürdlərə) ayrılacaq.  

Seçkiqabağı kampaniya martın 5-də başlayıb.

Bu kampaniyada beş partiya iştirak edir

  • Ermənistanın Respublika Partiyası
  • “Erməni intibahı”
  • EİF “Daşnaksütun”
  • “Azad demokratlar”
  • Kommunist partiyası

dörd blok

  • “Ermənistan Milli Konqresi – Ermənistan Xalq Partiyası”
  • “Yelk”
  • “Tsarukyan”
  • “Ohanyan – Raffi – Oskanyan”.

107340 

Ermənistanın Respublika Partiyası 1990-cı ildə yaradılıb. Özünün ideoloji əsası olaraq ERP Qareqin Njdenin  [hərbi və dövlət xadimi, erməni milli ideologiyası konsepsiyasının banisi]nəzəriyyəsini götürüb. Partiya 2 aprel 1990-cı ildə yaradılıb. Həmin il Ermənistan Ali Sovetində bir nümayəndə, 1995-ci ildə seçilən birinci çağırışda parlamentdə beş nümayəndə ilə təmsil olunub. 1999-cu ildə isə ikinci çağırışdan olan parlamentdə ERP artıq ən böyük sayda nümayəndə – 30 nəfərlə təmsil olunub. Həmin vaxtdan etibarən də o, öz mövqelərini saxlayır və möhkəmləndirir. 2007-ci ildə ERP-yə parlament seçkilərində 33,9%, 2012-ci ildə isə 44,02% seçici səs verib. 2006-cı ildən başlayaraq, partiyanın rəhbəri Ermənistanın indiki prezidenti Serj Sarqsyandır. Bu seçkilərdə ERP-nin şüarı belə səslənir – “Təhlükəsizlik və tərəqqi”.

Politoloq Aleksandr Markarovun fikrincə, Ermənistanın Respublika Partiyası öz daxili ehtiyatlarından başqa, siyasi qüvvənin proporsional siyahısına daxil edilənlərin də çmüsbət imicindən istifadə edir. O cümlədən, politoloqun fikrincə, “Ermənistanın müdafiə naziri Viqen Sarkisyan həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müsbət imicə malikdir”.

ERP-nın rəqibləri, misal üçün, müxalifətçi Ermənistan Milli Konqresinin nümayəndələri də hesab edir ki, partiya özünün proporsional siyahısına daxil edilənlərin imicindən istifadə edir və bu zaman da baş nazir Karen Karapetyana işarə edir. Ermənistan daxili oliqarx qruplaşmaları ilə heç bir əlaqəsi Rusiya “Qazprom”unun keçmiş top-menecerini ERP Ermənistana 2016-cı ildə qaytarıb. Və artıq o vaxtlar aydınıydı ki, parlament seçkiləri zamanı elektoratın cəlb edilməsində əsas rol ona veriləcək.

Aleksandr Markarov hesab edir ki, ERP stabil çoxluq uğrunda mübarizə aparacaq, “amma bunu birinci turdan sonra etmək alınmasa, partiya digər siyasi qüvvələrin potensialından istifadə etməyə çalışacaq”.

'Armenian Rebirth' social-political union's inaugural meeting took place at Ani Plaza hotel

photolure.am

“Erməni intibahı” partiyası  “Orinats yerkir”in /“Qanunilik ölkəsi”/ başçılığı altında siyasi qüvvələr və ictimai təşkilatların birləşməsi nəticəsində yaranıb. Bu partiyanın əsası 1999-cu ildə qoyulub. İkinci çağırışda parlamentdə 8 nümayəndəsi varıydı. 2003-cü ildə hakim ERP ilə koalisiyaya daxil oldu və parlamentin üçüncü çağırışında 21 deputat tərəfindən təmsil olunurdu. 2006-cı ildə partiya daxili və xarici siyasət məsələlərində tərəfdaşları ilə fikir ayrılığı yaranması səbəbindən koalisiyadan çıxdı. Nəticədə partiyanın lideri Artur Baqdasaryan parlament spikeri vəzifəsindən imtina edərək bildirdi ki, partiya müxalifətə keçir. Amma 2008-ci ildə partiya yenidən ERP ilə koalisiyaya girir və 2014-cü ildə yenidən onu tərk edir. Parlament seçkilərinə “Erməni intibahı” “Dəyişiklik naminə, intibah naminə səs ver” şüarı ilə gedir və yenə də ERP ilə koalisiya yaratmağın mümkünlüyünü istisna etmir.

Politoloq Aleksandr İskandaryan hesab edir ki, “pulsuz təhsil, səhiyyə və başqa nağıllar vəd edən” Artur Baqdasaryanın elektoratı get-gedə azalır. İnsanlar nağıllara daha az inanır və daha çox apatiyaya düşürlər, bu cür insanlar isə ideologiyaya səs verməməyi üstün tutur. Bununla belə, nəzəri cəhətdən “Erməni intibahı” baryeri keçə və qalib gəlməsə də, parlamentdə öz yerini tuta bilər”.

P1180369 

EİF “Daşnaksütun”  Ermənistanın ən yaşlı siyasi partiyalarından biridir. Partiya 1890-cı ildə yaradılıb. EİFD-nın əsas tələbi bu günə qədər də 1920-ci il Serv sülh müqaviləsi ilə müəyyən olunan sərhədlərdə “Vahid Demokratik Ermənistan”ın qurulmasıdır . Partiya 1999, 2003, 2007 və 2012-ci illərdə parlament seçkilərində iştirak edib.  1999-2010-cu illərdə hakim koalisiyaya daxil olub. Oranı tərk etməsinə səbəb Ermənistan-Türkiyə  yaxınlaşması məsələsi ilə prinsipial şəkildə razı olmaması olub. 2010-cu ildə müxalifətə keçib. 2016-cı ilin fevral ayında partiya yenidən ERP ilə koalisiyaya daxil olub. EİFD-nın seçkilərdə şüarı “Yeni başlanğıc, ədalətli Ermənistan”dır.

Politoloqlar hesab edirlər ki, hakim Ermənistan Respublika Partiyası ilə EİF “Daşnaksütun” arasında koalisiyanın yaradılması seçkilərdə qalib

 

photolure.am

photolure.am

“Azad demokratlar” partiyası 2011-ci ildə yaradılıb. 2012-ci ildə parlament seçkiləri zamanı “İrs” partiyası ilə alyans yaradıb. Seçkilərin nəticəsində “Azad demokratlar” iki mandat alıb, onlardan biri də liderləri Xaçatur Kokobelyan olub. Bir qədər sonra, 2013-cü ildə Kokobelyan “İrs” fraksiyasını tərk edərək, müstəqil deputat olub.  Seçkilərə “Azad demokratlar” “Azadlıq” partiyası ilə birlikdə gedirlər, bu partiyanın lideri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyandır. Partiya “Biz bacarırıq” şüarı ilə çıxış edir. Bu, Ermənistan üçün sırf Avropa kursunu seçən yeganə partiyadır.

Siyasi elmlər doktoru, professor Qarik Keryan hesab edir ki, “Azad demokratlar” partiyasının proqramı başqalarından onunla fərqlənir ki, burada vurğu xarici siyasət məsələlərinə qoyulub. O cümlədən, partiya Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsindən danışır və NATO ilə əməkdaşlığın vacibliyini vurğulayır.

IMG_5203 

Ermənistanın Kommunist Partiyası  özünü 1920-ci ildə yaradılan və bütün sovet dönəmi boyu hakimiyyət başında olan Sovet İttifaqı Kommunist Partiyası tərkibində Ermənistanın Kommunist Partiyasının hüquqi sələfi hesab edir. Ermənistan müstəqilliyini qazanandan sonra, Kompartiya 1-ci və 2-ci çağırışda parlamentin tərkibində olub. Partiya sonrakı parlament seçkilərində də iştirak etsə də, keçid baryerini aşa bilməyib.  Partiya özü üçün “Vətən, iş, sosializm. Kommunist partiyasının qələbəsi xalqın qələbəsidir” şüarını seçib.  

Ekspert Ayk Xanumyanın fikrincə, Ermənistanın Kommunist Partiyasının parlamentə keçmək şansı yoxdur, onlar üçün hətta 1% səs belə böyük uğur olacaq. Digər postsovet respublikalarından fərqli olaraq, Ermənistanın Kommunist Partiyası 90-cı illərin axırlarından çox zəifləyib və siyasi həyatda demək olar ki, heç bir şəkildə təmsil olunmur.    

Qafqaz İnstitutunun elmi işçisi, politoloq Qrant Mikaelyan əmindir ki, kommunistlər parlamentə keçməyəcəklər. Onun fikrincə, Kommunist Partiyasının mesajı cəmiyyətə aydın deyil. Onların tanınmış simaları yoxdur, onlar gənc nəsli cəlb etməyi və rebranding etməyi bacarmadılar.

20150301_162850 (1) 

“Erməni Milli Konqresi – Ermənistanın Xalq Partiyası” seçkiqabağı blokunun siyahısında birinci yeri Ermənistanın birinci prezidenti, EMK-nin lideri Levon Ter-Petrosyan tutur. Siyahıda ikinci yerdə Xalq Partiyasının yaradıcısı, 1999-cu ildə parlamentə törədilən terror aktı zamanı qətlə yetirilən Ermənistan parlamentinin keçmiş spikeri Karen Demirçyanın oğlu Stepan Demirçyandır. Blok diqqəti Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması məsələsinə yönəldir. Özü üçün “Sülh, barış, mehriban qonşuluq” şüarını seçib.

Ekspert Ayk Xalatyan qeyd edir ki, “EMK – EXP” bloku öz seçkiqabağı kampaniyasında əsas diqqəti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə yönəldərək, bu zaman da böyük güzəştləri nəzərdə tutur. Onların nəticəsi özünəməxsus test olacaq: erməni cəmiyyətinin hansı hissəsi Qarabağ məsələsində güzəştə getməyə hazırdır. Onlara başqa yerdən kömək olmadan, 7% toplamaq çətin olacaq. Onlar uzun illər boyu ənənəvi radikal müxalifətin liderləri sayılıb, amma uğursuz mübarizələri və hakimiyyətlə müxtəlif şübhəli sövdələşmələrə getməklə, özlərini nüfuzdan salıblar”. http://www.ekhokavkaza.com/a/28365061.html

Elq-600x400

Elq-600×400

“Yelk” (Çıxış) seçkiqabağı bloku parlament seçkiləri ərəfəsində yaradılıb. Bura Nikola Paşinyanın “Vətəndaş müqaviləsi”, Edmon Marukyanın lideri olduğu “Maarifçi Ermənistan” və Ermənistanın keçmiş baş naziri, 1999-cu ildə öldürülən hökumət başçısı Vazqen Sarkisyanın kiçik qardaşı Aram Sarkisyanın  başçılıq etdiyi “Respublika” daxildir. Blok seçkilərə “Seçim, dəyişikliklər, qələbə”, “Seçim varsa çıxış da var” şüarları ilə gedir.  

Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyanın fikrincə, “Yelk” bloku Ermənistanın Respublika Partiyası və “Tsarukyan” blokundan sonra parlamentdə üçüncü yerə namizədlərdən biridir. Blok özünü Qərb yönlü partiya kimi təqdim edir, özünü nə ənənəvi müxalifət, nə də hakimiyyətə aid etməyən üçüncü qüvvə rolunu oynamağa çalışır. Onlar Yerevanın mərkəzindən olan seçicilər – savadlı, fəal, korrupsiya ilə ləkələnməyən, kifayət qədər realist olan, qiyam və vətəndaş müharibəsinə çağırmayan insanların qiymətləndirə bildiyi partiya olmağa çalışırlar. Amma seçkilərdə respublikaçıların yerini tuta bilməyəcəklər.  

Siyasət texnoloqu Armen Badalyan, öz növbəsində, hesab edir ki, “Yelk” bloku siyasi oriyentasiyası olmayan texniki bir qurumdur. Onun fikrincə, blokun özünün “vizit kartı” yoxdur, baxmayaraq ki, siyahılarında yer alan birinci üçlük siyasi meydanda kifayət qədər tanınır.

P1230027 

“Tsarukyan” blokuna “Çiçəklənən Ermənistan”, “Erməni ümummilli hərəkatı”, “Alyans” partiyaları daxildir. Blokun siyahısına “Çiçəklənən Ermənistan”ın lideri və banisi, iri sahibkar, Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan başçılıq edir. O, seçkiqabağı kampaniyalarda “vədləri” ilə məşhurdur, MSK artıq onu seçicilərə rüşvət verməməyə çağırıb. Blok seçkilərə “Dəyişmək və tikmək vaxtıdır” şüarı ilə gedir.  

Ekspert Ayk Xalatyan hesab edir ki, Qaqik Xarutyanın xeyriyyəçi imici onun xeyrinə işləyir – o, artıq uzun illərdir ki, Ermənistanda fəal xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur, buna görə də əhalinin böyük hissəsi ona simpatiya bəsləyir. Blokuna müəyyən çəkisi, maliyyə imkanları və nüfuzu olan şəxslər daxildir.   

2015-ci ildə Qaqik Tsarukyan Ermənistan prezidenti Serj Sarqsyanın kəskin tənqidindən sonra siyasəti tərk etdi. Seçki ərəfəsində Tsarukyan qayıtdığını bəyan etdi ki, bu da politoloq Sergey Minasyan üçün “gözlənilən idi”: “Çiçəklənən Ermənistan” hakimiyyət tərəfindən müəyyən olunan və ya planlaşdırılan məkanda işləməyəcək. Bilmirəm, əvvəlcədən razılaşma olub ya yox, hansı faizlərdən və miqyasdan söhbət gedib, amma aydın olan odur ki, Qaqik Tsarukyan razılıq əsasında qayıdıb və işləyə bildiyi və işləməli olduğu formatı və sərhədləri yaxşı başa düşür. Bu, ERP-nın deyil, müxalifətin meydanıdır”.   

Ceremony of signing a memorandum on the establishment of 'Ohanyan-Raffi-Oskanian' Alliance took place at DoubleTree by Hilton Hotel

photolure.am

“Ohanyan – Raffi – Oskanyan” blokuhakimiyyətdə olan keçmiş müdafiə naziri Seyran Ohanyanı, ikinci prezidentin [Robert Koçaryanın]dövründə DİN-ə başçılıq etmiş Vardan Oskanyanı və keçmiş prezidentliyə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyanı birləşdirir.  ORO müxalif qüvvələrlə birlikdə “Milli birlik hökuməti” yaratmağı təklif edir. Blokun  şüarı “Birlik, irs, qələbə”dir.  

Ekspert Ayk Xalatyan qeyd edir ki, “Ohanyan – Raffi – Oskanyan” bloku bir tərəfdən, özünü mövcud hakimiyyətə qarşı çox radikal göstərir, digər tərəfdən də onlara qarşı olan arqument ondan ibarətdir ki, liderləri – həm Seyran Ohanyan, həm də Vardan Oskanyan – uzun illər boyu hakim sistemin bir hissəsi olublar. Buna görə də insanlar buna bir qədər skeptik yanaşır: niyə insan həmişə hakimiyyəti müdafiə edib, müdafiə naziri vəzifəsindən məhrum olandan sonra isə bir il keçməmiş birdən radikal müxalifətçiyə dönərək, başqalarının haqqında əvvəllər də danışdığı problemləri görməyə başlayıb.

“Facebook” istifadəçiləri də yaxınlaşmaqda olan seçkiləri müzakirə edərkən, bunları söyləyir:

Birinci trend: xeyirxahlığın əvəzini gözləmirlər

“ERP hakimiyyət başında qalsa, hətta indiki dəhşətli vəziyyət belə bizə cənnət kimi görünəcək. Amma ERP, ÇEP, “Erməni intibahı” və EİFD və başqaları arasında bir fərq yoxdur. ERP-nın yerinə hakimiyyət başına başqa partiya gəlsə, həyat yaxşılığa doğru dəyişməyəcək, çünki onların hamısı deqradasiyaya uğrayıb. “Çox pislər”lə “çox pislər” arasında seçim etməli olacağıq”.

“Müxalifət partiyaları həqiqətən də müxalifət olsaydı, onlar bir-biriylə mübarizə apardıqları həmin o səylə birləşib, hakimiyyətə qarşı mübarizə aparardılar, onda da biz normal ölkə qura bilərdik”.

İkinci trend: siyasətçilər siyasətdən uzaqdırlar

“Qalust Saakyan parlamenti, Qaqik Tsariukyan isə seçkiqabağı kampaniyanı siyasiləşdirməməyi məsləhət görür. Qaldı partiyaları siyasiləşdirməməyə çağırmaq. Dostlar, məncə, özünüz siyasələşdirilməsəz daha yaxşı olar”.

“Bizim deputatlığa namizədlərimizə baxanda, düşünürsən ki, keçmiş parlament tezliklə gözümüzə ideal görünəcək”.

Üçüncü trend: sui-qəsd nəzəriyyəsi

“Ohanyan – Raffi – Oskanyan” blokunu heç də seçkilərdə nə qədər səs toplayacaqları narahat etmir. Blokun məqsədi seçkilərdən dərhal sonra kütləvi etirazlar, aksiyalar və iğtişaşlar təşkil etməkdir. Blok xaricdən, o cümlədən də Qərbdən dəstəklənir, ölkə daxilində isə onu Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan və “Sasna tsrer” qrupunun tərəfdarları dəstəkləyir”.

“Bu il bolşevik Rusiyasının 100 illiyi tamam olur, deyəsən, Ermənistan hakimiyyəti bu yubileyi qeyd etməyə hazırlaşır”.

Dördüncü trend: qoca təqaüdə çıxmalıdır

“Levon ter-Petrosyan Ermənistanın bütün dərdlərini müharibə ilə bağlayır. Və biz barışmalıyıq, onda da xoşbəxt olacağıq. Dərhal da sual yaranır: niyə sülh onun fikrincə mütləq kapitulyasiya olmalıdır? Gözəl səslənən “kompromis” sözü arxasında o, məhz kapitulyasiyanı nəzərdə tutur və bu, hamıya məlumdur. Əlbəttə barışmaq lazımdır, amma Vətənin, Şərəfin və Həyatın hesabına yox. Xülasə, Ter-Petrosyan artıq qocalıb, həqiqətən qocalıb…”

“Tezliklə Levon Ter-Petrosyan Birinci İctimai Kanalın efirində “torpağın necə verilməsi” ilə bağlı “orta əsr arxeoloji qazantıları” aparacaq”.

“Vazqen Sarqsyana minnətdaram, çünki məhz onun təzyiqi altında Te-Petrosyan vaxtıylə istefaya getdi”.


More on JAMnews