Ermənistanda korrupsiya ifşaları davam edir. Keçmiş prezident Serj Sarqsyanın doğmaları qalmaqalların episentrində qalıb " />

Jurnalistlər Yerevan merinin gəlirlərini araşdırıb, materialları da Milli Təhlükəsizlik Xidmətinə təqdim ediblər

Ermənistanda korrupsiya ifşaları davam edir. Keçmiş prezident Serj Sarqsyanın doğmaları qalmaqalların episentrində qalıb

Yerevan meri Taron Marqaryan jurnalistlərin apardığı korrupsiya araşdırmasının mərkəzində qalıb. Şəbəkədə yayımlanan 20 dəqiqəlik videoda Marqaryanın mülkləri, maşınları və müxtəlif əlavə gəlir mənbələri haqda ətraflı danışılır.

Araşdırma müəllifləri hesablayıblar ki, hazırkı maaşı ilə bu cür varidatı  toplamaq üçün Taron Marqaryana 210 il lazım olmalı idi. Yaxın zamanda araşdırmanın ikinci hissəsi dərc olunacaq.

Marqaryanın özü bu videonu hələlik şərh etməyib.

Bu gün meriya qarşısında azsaylı etiraz aksiyası baş tutub, iştirakçılar merin istefasını tələb ediblər.

Jurnalist araşdırmasının materialları artıq Milli Təhlükəsizlik Xidmətinə təqdim olunub.

Bununla yanaşı MTX digər korrupsiya ifşaları haqda məlumat yayıb. Keçmiş Ermənistan prezidenti Serj Sarqsyanın yaxın ətrafı da qalmaqalların episentrində qalıb.

•  Ermənistanda böyük korrupsiya ifşası – tanınmış deputatın əsgər paylarını oğurladığı ehtimal olunur

General Manvel Qriqoryanın səs-küylü həbsindən sonra MTX Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın şirkətinin vergi ödəmədiyini açıqlayıb. Bu gün isə Yerevanın mərkəzində Sarqsyanın digər qardaşı Aleksabdr Sarqsyan saxlanılıb. Hüquq-mühafizə orqanları bildirirlər ki, o, qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Politoloq Stepan Qriqoryan hesab edir ki, söhbət qanunçuluğun bərpasından gedir:

“Bütün bunlar vendettaya bənzəmir. Əgər tanınmış ictimai və siyasi xadim, döyüşçü, Qarabağda savaşan insan qanunu pozubsa və onu həbs ediblərsə, bunun nəyi vendettadır? Əsgərlərin tuşonkalarını oğurlayıb və ya Eçmiadzinin yarısını qapalı zonaya çevirib [söhbət Manvel Qriqoryandan gedir – JAMnews], əlbəttə, bu vendetta deyil. Bu, ədalətin bərqərar olmasıdır”.

Ekspert hesab edir ki, mahiyyət etibarilə inqilab fəallarının tələblərindən biri – korrupsiya ilə mübarizə həyata keçirilir:

“İnqilab oliqarxlara qarşı idi, korrupsiyaya qarşı idi, hakimiyyət və biznesin birləşməsinə qarşı idi. Buna görə də inqilabdan sonrakı mərhələdə  hamı Manvel Qriqoryanın misalında olduğu kimi bu cür ifşaları gözləyir. Hamı korrupsiyaçıların ifşasını və cəzalanmasını gözləyir”.

Stepan Qriqoryan vurğulayır ki, ifşalar davam etməlidir və ölkənin keçmiş rəhbərlərini əhatə etməlidir:

“Toxunulmaz insanlar olmamalıdır. Keçmiş prezidentlər də istintaqa cəlb oluna bilər. Mütləq deyil ki, ittiham olunan şəxs qismində. Şahid kimi də dəvət oluna bilərlər. İnqilab bu halda qazanmış olacaq”.


More on JAMnews