Rəsmi izah – terrorla mübarizə " />

Hasarlanmış vağzallar, girişi bağlı dəniz – Krım turist mövsümünə necə hazırlaşır?

Rəsmi izah – terrorla mübarizə

Yerli sakinlər Krım yarımadasını Rusiya ilə birləşdirən Kerçen boğazı üzərindəki yeni istifadəyə verilmiş körpünün fonunda balıq tutur. Foto: REUTERS / Pavel Rebrov

“Novaya qzeta”nın materialları əsasında

Krımda hamı fəal şəkildə bu il, nəhayət, uğurlu turist sezonunun olacağı haqda danışır və yazır. Yerli məmurlar altı milyona qədər turistin gələcəyini proqnozlaşdırırlar. Ötən il yarımadanı ziyarət edənlərin sayı rəsmi statistikaya əsasən, 5,2 milyon nəfər olub.

Krım yarımadasının böyük hissəsi Ukrayna və Rusiya arasında ərazi mübahisəsi obyektidir. Krım 2014-cü ilin martında birtərəfli qaydada referendum keçirərək Ukraynanı tərk edib və Rusiyanın tərkibinə daxil olub. Nəinki Ukrayna, BMT-ə üzv ölkələrin əksəriyyəti Krımı yenə də Ukraynanın bir hissəsi hesab edir.

Bu altı milyon turist yalnız Qara dənizdə üzüb, Krım dağlarını və məşhur sarayları gəzməyəcəklər. Onlar yerli hakimiyyətin addımbaşı ucaltdığı heyrətamiz dərəcədə çox sayda hasarlarla da qarşılaşacaqlar.

Terrora qarşı 15 hasar

Yalta avtovağzalında iki sıra hasar inşa edilib. Birinci sıra stansiyanın astanasında, ikinci isə düz perronun qarşısında. Avtobusdan düçən və ya avtobusa minmək istəyən sərnişinlər bir-bir dar cığırla boz qapıdan keçməli olur.

Krım məmurları avtovağzallarda hasarların quraşdırılmasına çox ciddi yanaşırlar. “Yevpatoriya” avtostansiyasının direktoru Viktor Popov şəhər televiziyası ilə çıxış edərək hasarların niyə quraşdırıldığını izah edib:

“Dövlətimiz terrora qarşı durmaq məcburiyyətindədir. Bu tədbirlərdən biri də kütləvi toplandıqları yerlərdə sərnişinlərin keçidini nizamlamaqdır. Sadə dillə desək, bu, avtobus qarşısında adi nəzarətdir”.

Ümumilikdə Krımda turist sezonunun başlanğıcına qədər 15 avtostansiyada hasar quraşdırılıb.

“Çimərliyi zəbt ediblər”

Hasarları yalnız avtovağzallarda yox, çimərlikdə də inşa edirlər. Simeiz qəsəbəsinin sakinlərinin istifadə etdiyi bələdiyyə çimərliyi hasara alınıb.

“İlk dəfə buranı 2015-ci ilin yazında bağladılar”, – yerli sakin İrina Naçayeva deyir.

Çimərliyi yerli sanatoriya zəbt edib. Sakinlər hakimiyyətə müraciət edib və onların çimərliyə çıxışını açıblar. Sonra yenə bağlayıblar. Onlar yenə müraciət edib, yenə açılıb. Və beləcə bir neçə dəfə təkrarlanıb.

İrina Neçayeva və Simeizdəki hasar. Foto: İvan Jilin / “Novaya qazeta”

İndi  narın çınqıllı abadlaşdırılmış çimərliyə Simeiz sakinlərinin və qonaqlarının keçidi yenə yoxdur. Düz sahildə hündür hasar inşa edilib, onun arxa tərəfində isə sal daşlar var.

K

rımda hasarlar problemi yeni deyil. Bu problem yarımada Ukrayna hakimiyyətinin nəzarətində olduğu zaman da aktual idi. Yarımada Rusiyaya keçəndən sonra isə problem daha da dərinləşib.

Aleksandr Talipov 2014-2015-ci illərdən “Təmiz sahil. Krım” ictimai hərəkatının üzvüdür və qanunsuz hasarlama ilə mübarizə aparır. Qanunsuz ona görə ki, qanunvericilik vətəndaşların dəniz sahilinə çıxış haqqına zəmanət verir.

Əvvəllər yalnız “şəxsi çimərlik” adlanan yerlər qapalı olurdu. Onları   bələdiyyələrə verirdilər və orada kommersiya fəaliyyəti həyata keçirilirdi. Eyni zamanda açıq olan çoxlu sanatoriya çimərlikləri, pansionat çimərlikləri də vardı. İndi “şəxsi çimərliklərdən” hasarları götürmək mümkün olub, pansionatların çimərliklərində isə əksinə, hasarlar meydana gəlib”, – Aleksandr deyir.

Hakimiyyət bunu “anti-terror tədbirləri” kimi təqdim edir, amma təcrübədə bunun “anti-turist tədbirləri” olduğu anlaşılır.

Dənizsiz dənizkənarı qəsəbə

Yaltadan Sevastopola gedənlər yarı yolda dəniz mənzərəsini tamam bağlayan hündürlüyü dörd metrədən az olmayan, qəhvəyi dəmir hasarla qa

Hasarın yaxınlığında yerləşən Oliva qəsəbəsinin sakinləri faktiki olaraq artıq üç ildir ki, dənizi görmürlər

“2015-ci ilin dekabrında balıq tutmağa getmək istəyirdim”, – yerli sakin Valeri Şah danışır. – “Komuflyajlı adam isə məni geri qaytardı ki, bura, qapalı ərazidir”.

Oliva qəsəbəsində sovet vaxtlarından hökumət bağları yerləşir və onlar dəniz sahilindəki ilk sıranı tutur. Buna görə də yerli sakinlər dənizə yalnız vaxtilə Ukraynalı oliqarx Kolomoyskiyə məxsus olan “Tavriya” sanatoriyasının həyətindən keçib gedə bilirdilər.

“Rusiya gələndən sonra “Tavriya”nı FTX-ya təhkim etdilər, xüsusi xidmət orqanı isə bura hərbi hissə statusu verdi”, – Oliva sakini Boris Sulimov danışır. – “Bu da rejimli obyekt deməkdir, kənar şəxslərə giriş qadağandır”.rşılaşacaqlar.

Boris Sulimov Olivadakı hökumət bağlarından birinin hasarının yanında. Foto: İvan Jivin / “Novaya qazeta”

Qəsəbə sakinlərinin dənizi görmək üçün yeganə yolu qonşu Foros və Parkovoye qəsəbələrinə getməkdir. Artıq üç ildir ki,  kim nəylə bacarırdısa elə gedir bu qəsəbələrə – ictimai və şəxsi nəqliyyatla. Yalta administrasiyası bu yay qəsəbə sakinlərini gündə dörd dəfə dənizə aparıb-gətirəcək avtobusla təmin etməyə söz verib.


More on JAMnews