2019-cu il üçün nə qədər pulumuz var, onu necə xərcləyəcəyik və daha yaxşı yaşaya biləcəyikmi?" />

Gürcüstanın 2019-cu il büdcəsi necə olacaq? Qısa və aydın

2019-cu il üçün nə qədər pulumuz var, onu necə xərcləyəcəyik və daha yaxşı yaşaya biləcəyikmi?

Foto: Aqneşka Zielonka, JAMnews

Gürcüstan parlamenti 2019-cu il büdcəsini təsdiqləyib. JAMnews-da biz 2019-cu il büdcəsini oxuduq və ölkə üçün mühüm olan bu sənəd haqda qısa və aydın şəkildə danışacağıq – gələn ilin prioritetləri nədir, ötən illə müqayisədə fərqlər nədən ibarətdir?

Büdcə gəlirləri necə olacaq?

Büdcənin əsas hissəsi gəlirlərdir. Hökumətin xərclərə nə qədər pulunun olacağı büdcə gəlirlərindən asılıdır.

Büdcə gəlirləri isə öz növbəsində ölkənin iqtisadi inkişafından asılıdır.

Məsələn, Almaniya kökuməti ildə 1500 milyard dollar xərcləyir, Rusiya hökuməti isə 254 milyard dollar, baxmayaraq ki, Rusiyada Almaniya ilə müqayisədə demək olar ki, iki dəfə daha artıq insan yaşayır, Rusiya ərazisi isə Almaniya ərazisindən 48 dəfə böyükdür.

Gürxüstan sakinləri yoxsullaşıb

Gürcüstanda yaxın zamanda pensiya üçün yığıma başlayacaqlar. Bu, yaxşıdır, ya pis?

2018-ci ildə Gürcüstanın dövlət büdcəsindən 12.5 milyard lari xərclənib.

2019-cu ildə Gürcüstan hökuməti təqribən 13 milyard lari (5 milyard dollar) xərcləyəcək.

Müqayisə üçün Latbiya və Estoniya hökumətləri ildə iki dəfə çox 10 milyard dollar xərcləyir, baxmayaraq ki, hər iki ölkənin ümumilikdə əhali sayı Gürcüstan əhalisinin sayından azdır.

Yəni Gürcüstan az gəlirli ölkədir və 2019-cu ildə də az gəlirli olaraq qalır.

Gəlirlər nədən ibarətdir? İlkin proqnozlara görə, Gürcüstan iqtisadiyyatı 2019-cu ildə təxminən 45 milyard lari təşkil edəcək. 10,9 milyard lari həcmində gəliri dövlt büdcəsi ölkə iqtisadiyyatından əldə edəcək, 2.2 milyard larini isə borc götürəcək.

İqtisadiyyatdan əldə edilən gəlirləri daha detallı nəzərdən keçirmək üçün: ən böyük gəliri – 9,6 milyard larini hökumət vergilərdən qazanacaq, bu da 2018-ci il göstəricisini 155 milyon lari üstələyir.

383 milyon lari büdcəyə qrantlardan, 460 milyon lari isə digər gəlirlərdən daxil olur və dövlət müəssisələrinin gəlirlərini, cərimələri, icazələri və digər mənbələri əhatə edir.

Hökumət özəlləşdirmədən 70 milyon lari, daha əvvəl verilmiş kreditlərin geri qaytarılmasından və depozitlərin istifadəsindən isə 346 milyon lari əldə  etməyə ümidlidir.

Pullar nəyə xərclənəcək? 2019-cu il büdcəsinin əsas prioritütləri

2019-cu il dövlət büdcəsinin xərcləri 2018-ci illə müqayisədə 630 lari qədər artıq və cəmi 13.1 milyard lari xərclənəcək.

1.Ən çox – 2.5 milyard lari infrastruktur (əsaslı) layihələrinə xərclənəcək ki, bu da ötən illə müqayisədə 500 milyon lari artım deməkdir. Bunun ən çox hissəsi (1.3 milyard lari) yol infrastrukturunun yaxşılaşdırılmasına xərclənəcək, məsələn, sürətli avtomobil magistralına 813 milyard lari ayrılıb. Su infrastrukturunun bərpa-reabilitasiyasına 300 milyon lari, ictimai məktəblərin inşaat-reabilitasiya işlərinə 73 milyon lari və s. xərclənəcək.

2.İkinci yerdə ötən illə müqayisədə artan pensiya xərcləridir. 2019-cu il yanvarın 1-dən Gürcüstanda pensiya 20 lari artaraq ayda 200 lari (75 dollar) təşkil edəcək. 2019-cu ildə pensiya xərcləri ümumilikdə 2 milyard lariyə çatacaq. 2018-ci ildə pensiyalara 1,7 milyard lari xərclənib.

3.Həcminə görə üçüncü yerdə gələn xərc dövlət borcunun bağlanması üçün ayrılan vəsait gəlir – 1.6 milyard lariyə qədər. Bunun 934 milyon larisi borc məbləğinin bağlanmasına, 624 milyon larisi isə faiizlərin ödənməsinə gedir.

Amma bu o demək deyil ki, 2019-cu ildə ölkənin borcu azalacaq. Əksinə, gələn il hökumət 2.2 milyard lari həcmində yeni xarici borc götürmək niyyətindədir, çünki iqtisadiyyatdan əldə edilən gəlirlər bütün xərclərin ödənməsinə yetmir. Son nəticədə borcun əsas məbləğinin ödənməsi hesabı ilə ölkənin dövlət borcu 1 milyard 252 milyon lariyə yüksələcək.

4.Gələn il təhlisin maliyyələşdirilməsi 129 milyon lariyə yüksələcək və bu sahəyə 1.4 nilyard lari xərclənəcək. O cümlədən də, ümumi təhsilin maliyyələşdirilməsi 48 milyon lariyə, peşəkar təhsilin maliyyələşdirilməsi 6 milyon lariyə, ali təhsilin maliyyələşdirilməsi isə 20 milyonn lariyə yüksələcək. Bu, həcminə görə büdcədə dördüncü yeri tutan xərcdir.

5. 2019-cu ildə səhiyyəyə 1.1 milyard lari xərclənəcək ki, bu da 2018-ci illlə müqayisədə 60 milyon lari çoxdur. Bunun 754 milyon larisi ümumxalq səhiyyə proqramının maliyyələşdirilməsi büdcəsinə sərf olunacaq ki, bu da 50 milyon lari həcmində yüksəliş deməkdir.

Amma əgər nəzərə alsaq ki, 2018-ci ildə ümumxalq səhiyyəsinə planlaşdırıldığından 30-35 milyon lari daha çox xərclənib, deməli, o zaman növbəti il səhiyyə proqramının maliyyələşdirilməsinin reallıqda 50 yox, yalnız 15-20 milyon lari təşkil edəcək.

Ən çox vəsaiti hansı nazirlik əldə edəcək?

Ən böyük büdcə – 4 milyard lariyə qədər – işğal olunmuş ərazilərdən məcbur köçkünlərinişi üzrə, əmək, səhiyyə və sosial müdafiə nazirliyi olacaq.

Bu vəsaitlər əsasən pensiyalara və sosial yardıma xərclənəcək.

Ardınca 2 milyard lari ilə regional inkişaf və infrastruktur nazirliyi və1.5 milyard lari ilə təhsil, elm, mədəniyyət və idman nazirliyi gəlir.

Əvvəlki illərlə müqayisədə nə dəyişir? 2019-cu il büdcəsində əhəmiyyətli dəyişikliklər

Gələn il büdcə təşkilatlarında çalışanların sayı  113613 nəfərdən 112072 nəfərə qədər azalacaq, yəni 1541 nəfər işini itirəcək.

Əsas dəyişikliklərdən biri yerli idarəetmə, yəni bələdiyyə vahidlərini əhatə edir.

2019-cu ildə onların maliyyələşdirilməsi qaydası dəyişir.

Ötən illərdən fərqli olaraq, bələdiyyələr dövlət büdcəsindən bərabərləşdirici transfer almayacaq. Bərabərləşdirici transferlə bələdiyyələr dövlət büdcəsindən tələbatlarına uyğun vəsait alırdı.

Bunun əvəsində yeni qaydaya uyğun olaraq yerli büdcələr əlavə dəyər vürgisi sayəsində dolacaq. Bələdiyyələr ƏDV-nin 19 faizini alacaq ki, bu da 2019-cu il pplanına əsasən 947 milyon lari təşkil eləyir.

Köhnə qaydaya əsasən, 2019-cu ildə bələdiyyələr 901 milyon lari əldə edə bilərdilər. Belə çıxır ki, yeni qayda yeni bəələdiyyələrin maliyyələşdirilməsini 46 milyon lari həcmində artırıb.

Bundan başqa, əgər əvvəl yerli büdcələr yalnız dolaylsı ilə ölkə iqtisadiyyatının yüksəlişi ilə bağlı idilərsə, gələn ildən onlar birbaşa onunla bağlı olacaqlar, çünki iqtisadiyyatın yüksəlişi ilə birlikdə ƏDV-dən əldə olunan gəlir də yüksələcək. Bu, yerli büdcələrin mərkəzi hökumətdən asılı olmaması deməkdir.

ƏDV-dən əldə olunan 947 milyon lari bütün ölkə miqyasında bələdiyyələr arasında xüsusi formula əsasən bölüşdürülüb.

Hər bir bələdiyyənin nə qədər vəsait alacağı bir neçə amildən asılı olacaq – bələdiyyənin sahəsi, sakinlərin sayı, 6 yaşa qədər uşaqların sayı, 6 yaşdan 18 yaşa qədər uşaqların və yeniyetmələrin sayı, bu bələdiyyədə yüksək dağlı ərazilərin sakinləri satusu alan sakinlərin olub-olmamasından və s. asılı olacaq.

Bu meyarlardan asılı olaraq 947 milyon larinin demək olar ki, 50 faizini (473 milyon lari) Tbilisi, beş faizini (48 milyon lari) Batumu, 3.5 faizini (33 milyon lari) Kutaisi və s. əldə edəcək. ƏDV-nin 19 faizi bələdiyyələrə yönəldiyi üçün dövlət büdcəsinə ƏDV-ən daxilolmalar azalacaq.  

Əvəzində dövlət büdcəsinin xərcləri də 687 milyon lari azalacaq, çünki bələdiyyələri bərabərləşdirici transferlə maliyyələşdirməli olmayacaq.

Gələn ilin büdcəsinə tətbiq olunan daha bir mühüm dəyişiklik: 2019-cu ildə Gürcüstan prezidentinin maliyyələşdirilməsi 14.8 milyon laridən 6 milyon lariyə enəcək.

Bilavasitə prezident administrasiyasının maliyyələşdirilməsi 3.8 milyon lari azalacaq. Qalan 5 milyon lariyə 5 milyonluq prezident fondunun tam ləğv olunması sayəsində qənaət etmək mümkün olacaq.

Prezident administrasiyasında isə 140 nəfər əvəzinə 60 nəfər çalışacaq. Prezident administrasiyasından qənaət olunmuş vəsait pensiya islahatları çərçivəsində yaradılan yeni struktura – “Pensiya agentliyi” ictimai hüquqlu hüquqi şəxsə veriləcək.

2019-cu ildə agentliyin maliyyələşdirilməsi 3.8 milyon lari təşkil edəcək və onun apparatında 50 nəfər çallışacaq. Bununla yanaşı pensiya ödəmələrinə vəsait əlavə etmək məqsədilə büdcədən 90 milyon lari ayrılacaq. Yeniliklər sırasında gələn ildən yeni məktəblərin reabilitasiyası və inşaatı ilə Təhsil Nazirliyinin yox, Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məşğul olacağı da daxildir. Bu iş üçün gələn il 72.5 milyon lari ayrılacaq.

Facebook Comments

More on JAMnews