Yeddi il ərzində beşinci baş nazir. Gürcüstanın yeni lideri artıq iki aydan çoxdur ki, istefası tələb olunan daxili işlər naziri olub" />

Gürcüstanın əsas oliqarxı yeni baş nazirlə necə bağlıdır? – bütün təfərrüatlar

Yeddi il ərzində beşinci baş nazir. Gürcüstanın yeni lideri artıq iki aydan çoxdur ki, istefası tələb olunan daxili işlər naziri olub

Son illərin ən qızğın siyasi yayı baş nazirin istefası və Gürcüstan hökumətindəki dəyişikliklərlə sona çatdı.

Yay ərzində ölkədə bir neçə mühüm hadisə baş verdi və bir çox aspektlərdən siyasi vəziyyəti dəyişdi:

Gürcüstanın əsas oliqarxı bütün ölkə ərazisindəki əsrlik ağacları niyə və necə çıxarıb öz bağına daşıyır?

• İyunda polis Rusiyaya qarşı izdihamlı nümayişi dağıtdı. Rusiyalı kommunist deputat Sergey Qavrilovun Gürcüstan parlamentində spiker kürsüsündən çıxışı nümayişə səbəb olmuşdu. Bütün gecə davam edən və demək olar ki, Tbilisinin bütün mərkəzini əhatə edən nümayişin dağıdılması prosesi zamanı 200 nəfərdən çox insan xəsarət alıb, iki nəfər rezin gülləyə tuş gəlməsi nəticəsində gözünü itirib.

Tbilisinin mərkəzində qırğın – bu necə baş verib? Fotoreportaj

•İyulda uzun sürən məhkəmə çəkişməsindən sonra ölkənin əsas müxalif kanalı “Rustavi – 2” tamamən hakimiyyətin əlinə keçdi. Avqustda xəbər xidmətinin bütün jurnalistləri kanalı tərk etdi, indi kanalda xəbər yerinə filmlər və seriallar nümayiş etdirirlər.

Gürcüstanın əsas telekanalı “Rustavi – 2”-nin yaranışı və “süqutu” haqda

• Digər müxalif telekanal “TV Pirveli”nin sahibinin atasına qarşı cinayət işi qaldırılıb ki, bu da hakimiyyətdən asılı olmayan media qurumlarınn qorxudulması kimi dəyərləndirilir.

Gürcüstanda müxalifətə və müstəqil mediaya qarşı tammiqyaslı repressiyalar haqda danışırlar

•Gürcüstanın ən böyük bankı – TBC bankın əsasını qoyan Mamuka Xazaradzenin təqib olunması davam etdirilir. İndi o ictimai təşkilat yaradır və siyasətə qatılmaq niyyətindədir.

Xazaradzenin şirkəti ABŞ-ın dəstəyilə qərbi Gürcüstanda dərinsulu Anakliya limanını inşa edir. Bu layihə son illərdə Gürcüstanın əsas strateji layihəsi hesab olunur. Amma hakimiyyət mane olduğu üçün inşaatın davam etdirilməsi sual altındadır.

Niyə milyarder, Gürcüstanın iqtidar partiyasının rəhbəri ölkənin ən populyar bankı ilə mübarizə aparır?

•Yayda Gürcüstanın milli valyutası bütün antirekordları vurdu və görünməmiş həddə – üç lari bir dollara bərabər olduğu dəyərə qədər ucuzlaşdı.

Gürcüstan valyutası – antirekord, ekspertlər belə deyir. Sakinlər isə bunu fəlakət hesab edir

•Budur, sentyabrın 2-də dövlət başçısı – baş nazir Mamuka Baxtadze istefa verdi. Formal olaraq o, bir il iki ay ərzində ölkəni idarə edib. Real olaraq isə onu “Gürcü arzusu” partiyasının hakimiyyəti dövründə siyasi cəhətdən ən zəif baş nazir adlandırırlar.

•Gürcüstanın baş naziri istefa verib – Facebook vasitəsilə

Son hadisələr haqda nələri bilmək lazımdır?

Gürcüstanın yeni baş naziri Qaxariya kimdir?

Ölkənin növbəti baş nazirinin daxili işlər naziri Giorgi Qaxariyanın ola biləcəyi haqda xəbər cəmiyyəti Baxtadzenin istefasından daha çox çalxaladı.

Qaxariya Gürcüstan hökumətindəki ən təzadlı siyasətçilərdən biridir. Artıq üç aya yaxındır ki, Gürcüstanda onun istefasının tələbi ilə davamlı etiraz aksiyaları gedir.

Onu baş nazir təyin etməklə İvanişvli Gürcüstan cəmiyyətinin kifayət qədər böyük hissəsi ilə açıq münaqişəyə getdi.

Giorgi Qaxariya Gürcüstan siyasətinə 2013-cü ildə, İvanişvili onu biznes məsələləri üzrə ombudsmen təyin edəndən sonra qatılıb.

2016-cı ildə o, iqtisadiyyat və sabit inkişaf naziri təyin edildi. Artıq bir il sonra ona Gürcüstan XİN-ə rəhbərlik etmək həvalə olundu, baxmayaraq ki, medianın onun Rusiya vətəndaşlığı ilə bağlı sualları vardı (o, 2016-cı ildə Rusiya vətəndaşlığından imtina edib) – Qaxariya Moskvada universitet bitirib və orada kifayət qədər uzun müddət bizneslə məşğul olub.

DİN rəhbəri vəzifəsində çalışdığı zaman Qaxariya bir neçə böyük böhran yaşayıb. Onlardan ən sonuncu – 20-21 iyun mitinqinin dağıdılmasıdır. O zaman polis gözyaşardıcı qaz, dəyənək və rezin güllədən istifadə edib, 200 nəfər çox insan xəstəxanalara yerləşdirilib ki, onlardan 30 nəfərə yaxını jurnalistlərdir, iki mitinqçi rezin güllənin tuş gəlməsi nəticəsində gözünü itirib.

Parlament qarşısındakı mitinq dağıdılandan sonra onun istefası tələbi ilə hər gün etiraz aksiyaları keçirilir. Qaxariyanın özü istatla polisin davranışlarının legitim olduğunu və “dövlət çevrilişinin qarşısının alındığını” bildirir.

Gürcüstanda baş naziri oliqarx təyin edir

Yeni baş naziri ictimaiyyətə “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili təqdim edib. O deyib ki, “Qaxariya bu vəzifəyə layiqdir”.

Gürcüstanda baş nazirləri ölkənin qeyri-formal lideri, milyarder Bidzina İvanişvili təyin və azad edir. İndiyə qədər həmişə belə olmuşdu və heç kim şübhə etmirdi ki, bu dəfə də belə olacaq.

İvanişvilinin özü də yaratdığı “Gürcü arzusu” partiyası 2012-ci ildə hakimiyyətə gələndən sonra bir müddət baş nazir vəzifəsində çalışıb. İstefaya gedəndən sonra İvanişvili heç bir rəsmi dövlər vəzifəsi tutmur – oŞ sadəcə iqtidar partiyasının lideridir. Amma bununla belə, o inkar etmir ki, dövlət başçıları yalnız onun iradəsi ilə dəyişir.

Soldan sağa: Giorgi Qaxariya, Bidzina İvanişvili

İstefasından sonra mətbuat konfransında Mamuka Baxtadze deyib ki, getmık qərarını özü qəbul edib, amma İvanişvili ilə məsləhətləşdiyini təsdiqləyib.

Facebook-da istefa

Vəzifəsindən gediş tərzi artıq keçmiş baş nazirin fəaliyyətində demək olar ki, yeganə nou-haudur. Mamuka Baxtadze istefa açıqlamasını Facebook-da edən ilk baş nazirdir.

O, 3994 sözlük paylaşımında son bir ildə Gürcüstanın əldə etdiyi nailiyyətlərdən bəhs edib. Amma orada onun idarəçiliyi dövründə Gürcüstanın milli valyutası larinin rekord həddə ucuzlaşması haqda orada bir kəlmə də yazılmayıb.

Baxtadzenin istefasını şərh edən həm müxalifət nümayəndələri, həm də ekspertlər onun “Gürcü arzusu” partiyasının hakimiyyəti dövründə siyasi cəhətdən ən zəif baş nazir olduğu fikrində uzlaşıblar.

“Onun istefası heç bir şeyi dəyişməyəcək. O, Gürcüstan tarixində ilk baş nazirdir ki, insanlar onun adını belə düz-əməlli yadda saxlaya bilmədi. Onun istefasını da heç kim istəmədi, onu heç xatırlayan da yox idi, hamı bilirdi ki, o, heç nəyi həll etmir”, – keçmiş müdafiə naziri, əvvəllər İvanişvili tərəfdarı olan, amma üç il əvvəl müxalifətə keçən Tina Xidaşeli deyib.

Baş nazirin siyasi çəkisini xarakterizə edən daha bir fakt – sentyabrın 2-də gündüz, Mamuka Baxtadze vid a məramlı mətbuat konfransı keçirdiyi və baş nazir vəzifəsində gördüyü işlər haqda danışdığı zaman iqtidar partiyasının nəzarətində olan İctimai kanal basketbol oyunu nümayiş etdirib.

Digər təyinatlar 

Qaxariya bu gün parlamentə kabinetinin tərkibini təqdim edəcək – o, ölkə hökumətinin iki həlledici nazirliyinə yeni rəhbər təyin edəcək.

Artıq məlumdur ki, boş qalmış daxili işlər naziri vəzifəsini Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəhbərlik edən Vaxtanq Qomelauri tutacaq, yeni müdafiə naziri isə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili olacaq.

Nazirlər Kabinetində dəyişikliklər haqda senryabrın 3-də səhər “Gürcü arzusu” partiyasının ofisində bəyanat verilib.

Hər ikisi İvanişviliyə yaxın olan şəxslərdir. Qomelauri 2012-ci ilə qədər İvanişvilinin şəxsi mühafizəsinin rəisi olub, Qaribaşvili isə onun biznes işlərini idarə edib.

Mühüm parlament seçkilərinə hazırlıq

Ekspertlər hesab edirlər ki, 2020-ci il parlament seçkiləri ərəfəsində İvanişvili özünü sadiq kadrlarla əhatə edib, hansılar ki, əvvəlki daha yumşaq baş nazirlərdən – Kvirikaşvili və Baxtadzedən fərqli olaraq, “qırğı” hesab olunurlar.

Siyasi çəki və nüfuz toplaya bilməyən Baxtadze mühüm seçkilərə qədər “Gürcü arzusu” partiyasının qarşısında duran problemləri həll edə bilməzdi.

Gürcüstanda növbəti seçkilər 2020-ci ilin payızında keçiriləcək. İqtidar partiyası artıq Konstitusiyaya dəyişikliklər hazırlayıb. Bu dəəyişikliklər müxalifətin israrla bildirdiyi kimi parlament seçkilərinin qarışıq sistemdən proporsional sistemə keçidini nəzərdə tutub.

Gürcüstan parlament respublikasıdır, odur ki, növbəti dörd il ərzində ölkəni kimlərin idarə edəcəyi bu seçkilərdən asılıdır.

Prezident baş nazirin qəfil istefasını şərh etmir

Gürcüstan prezidenti Salome Zurabişvili sentyabrın 2-də Polşada səfərdə olub. O, öz ölkəsinin baş nazirinin istefaya getməsini şəeh etməyə lüzum görməyib.

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir?

Zurabişvili bu zaman heç yanda yazılmamış və indiyə qədər Gürcüstanda heç bir prezidentin istifadə etmədiyi qəribə qaydaya əsaslanıb:

“Daxili siyasi işlər haqda prezidentlər beynəlxalq səfərlər zamanı bəyanat vermirlər”, – Salome Zurabişvili deyib.


More on JAMnews