Yeni kanalı Gürcüstanın məşhur müxalif teleşirkəti “Rustavi - 2” hakimiyyətin əlinə keçəndən sonra oranı tərk edən redaktorlar və jurnalistlər komandası yaradıb" />

Gürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıb

Yeni kanalı Gürcüstanın məşhur müxalif teleşirkəti “Rustavi - 2” hakimiyyətin əlinə keçəndən sonra oranı tərk edən redaktorlar və jurnalistlər komandası yaradıb

gfdxfx hgfghcgnc fghd

Sentyabrın 9-da 21:00-da Gürcüstanda yeni “Mtavari arxi” (“Əsas kanal”) telekanalı yayıma başlayıb. Kanalın əsasını müxalif “Rustavi – 2” teleşirkətinin keçmiş baş direktoru Nika Qvamariya və etiraz əlaməti olaraq “Rustavi – 2”-ni tərk edən jurnalistlər qoyub.

“Mtavari arxi” avqustun 20-də “Rustavi – 2” kanalının sahibi Kibar Xalvaşi kadr təmizliyinə başlayaraq, bir neçə aparıcı jurnalist və prodüseri işdən azad edəndən 19 gün sonra yaradılıb. Bundan sonra etiraz əlaməti olaraq informasiya xidmətinin demək olar ki, bütün jurnalistləri və əməkdaşları “Rustavi – 2”-ni tərk edib.

Məhz onlar bu gün yeni “Mtavari arxi” kanalında çalışırlar.

Telekanala ofisi biznesmen Zaza Okuaşvili təqdim edib. “Rustavi – 2” teleşirkətinin yerləşdiyi 6 min kvadratmetrlik məkan və nəhəng binanın əvəzinə jurnalistlər bu gün kiçik studiyaları və kabiinetləri olan çox dar məkanda çalışırlar.

Kanalın əsas iddiası Gürcüstan hakimiyyətinə ciddi narahatlıq yaradacaq ölkənin əsas tənqidçi telekanalına çevrilməkdir.

Avqustun 22-də Facebookda yaradılan “Mtavari arxi” səhifəsi hələlik heç bir xəbər paylaşmasa da bir həftədən az bir zamanda 170 min nəfər izləyici toplayıb.

“Mtavari arxi” kanalının yayıma başlaması sosial şəbəkələrin Gürcüstan seqmentində əsas müzakirə mövzusuna çevrilib:

“Oğruların oğurladığı axsaq “Rustavi – 2”-yə, sonra da səs, görüntü və başqa problemləri olan “Mtavari arxi”yə  baxıram. Düşünürəm, bu necə nadir haldır ki, gürcülər biabır olmadan, sona qədər prinsiplərə sadiq qala bildi”.

“Bəlkə “Mtavari arxi” sizi inandırar ki, yalnız idealistlər qurmağı bacarır, xəyalpərəstlər yox”.

“Hələ efirdə olmayan “Mtavari arxi” telekanalının baxışları “Rustavi – 2” və “İmedi”dən daha çoxdur”.

______________________________

Gürcüstanın əsas müxalif telekanalı “Rustavi – 2”-də vəziyyət Avropa İnsan Haqları Məhkəməsi 18 iyulda teleşirkətin sahibkarlıq haqqının Gürcüstan hakimiyyətinə yaxın olan biznesmen Kibar Xalvaşiyə ötürülməsi haqda verdiyi qərardan sonra dəyişib.

Elə ilk gün Xalvaşi baş direktor Nika Qvamariyanı işdən azad edib.

Bir aydan sonra isə jurnalistləri işdən azad etməyəcəyinə və kanalın redaksiya siyasətini dəyişməyəcəyinə dair verdiyi sözə rəğmən teleşirkətin yeni sahibi kanalda kadr təmizləməsinə başlayıb və bir neçə aparıcı jurnalist və prodüseri işdən azad edib. 

Bundan sonra etiraz əlaməti olaraq informasiya xidmətinin demək olar ki, bütün jurnalistləri və əməkdaşları “Rustavi – 2” teleşirkətini tərk edib.

“Rustavi – 2” hazırkı Gürcüstan hakimiyyətinin, iqtidarda olan “Gürcü arzusu” partiyasının və onun lideri, Gürcüstanı qeyri-rəsmi idarə edən milyarder Bisdzina İvanişvilinin qatı tənqidçisi idi. İvanişvili müxtəlif müsahibələrində “Rustavi – 2”-ni dəfələrlə “yalan maşını” və “millətçilərin partiya televiziyası” [“Milli Hərəkat” – hazırkı hakimiyyətin cinayət təqibinə məruz qoyduğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin partiyası  — JAMnews] adlandırıb.

Bidzina İvanişvili deyib ki, “Rustavi – 2” cəmiyyətin bir hissəsini girov saxlayır, onları aldadır, amma yaxın zamanda buna son qoyulacaq.

Avqustun 20-də jurnalistlər kanalı tərk edəndən sonra “Rustavi – 2”-nin yayımı dayanıb. Xəbərlərin əvəzinə kanalda film və seriallar nümayiş olunur.

“Rustavi – 2” teleşirkətinin yeni menecmenti yeni əməkdaşlar toplayır və sentyabrın 15-dən xəbər proqramları ilə efirə çıxacağını vəd edib. Media ekspertləri yeni əməkdaşların hakimiyyətə loyallıq meyarı ilə seçiləcəyi və “Rustavi – 2”-nin artıq tənqidi kanal olmayacağı fikrində uzlaşırlar.


More on JAMnews