Gürcüstanda hesab edirlər ki, uşaqlara seksual maarifləndirmə gərək deyil" />

Gürcüstanda seksual maarifləndirmə ilə bağlı video-çarxların müəllifini təcavüzlə təhdid edirlər

Gürcüstanda hesab edirlər ki, uşaqlara seksual maarifləndirmə gərək deyil

Gender məsələləri üzrə ekspert Xatiya Axaliya bildirir ki, artıq bir neçə gündür evdən çıxmağa qorxur.

Əmək və Maarif Assosiasiyasının banilərindən biri olan Axaliya sosial şəbəkələrdə aqressiyaya məruz qalıb. Ona qarşı kampaniya internetdə seksual maarifləndirməyə dair video-çarxlar yerləşdirəndən sonra başlayıb.

“Gəl, bədənimizin ayaqlarımızın arasındakı hissəsi haqda danışaq”, – uşaqlar üçün nəzərdə tutulan video-dərslərdən biri belə başlayır.

Seksual maarifləndirmə – niyə bu fənn məktəblərdə tədris edilmir?

“İstəyirəm ki, anam mənim dostum olsun”. UNICEF-in Gürcüstanda valideynlərlə yeniyetmələrin münasibətlərinə dair araşdırması

Gürcüstanda uşaqlara qarşı laqeyd münasibətin 6 əlaməti

Xatiya Axaliya deyir ki, məktəblərdə tez-tez rastlaşdığı bullinq hallarından sonra onda video-çarxlar hazırlamaq ideyası yaranıb. Müəllif bildirir ki, video-dərslərdə UNESCO-nun seksual maarifləndirmə standartlarına və beynəlxalq dərslliklərə əsaslanıb, uşaqların öz bədənləri haqda daha məlumatlı olmalarına çalışıb.

Onun sözlərinə görə, seksə maraqları artdıqca uşaqların və yeniyetmələrin səriştəli məlumatlar ala bilməsi çox vacibdir:

“Çox sayda suallar yaranan zaman yeniyetmələr cavabları internetdə axtararaq, çox zaman porno-saytlara gedib çıxırlar və oradan yanlış informasiya və təhrif olunmuş məlumatlar əldə edirlər. Bütün bunlar yeniyetmə psixikasına mənfi təsir göstərir”, – Xatiya Axaliya deyir.

Axaliya onu da bildirir ki, hər gün təhqir və təhdid mesajları alır, onu təcavüzlə hədələyirlər. Ərini, hətta uşaqlarını də təhdid edirlər. Məzmun təxminən belədir:

“Nəvəmin dörd yaşı var, qoy hər kimsə cəsarət edib onunla bu mövzuda danışmağa cəhd eləsin”;

“Bu layihəni dəstəkləyənlərin evlərini yandırmaq lazımdır”;

“Bütün bunlarla ciddi mübarizə aparmaq lazımdır və hətta qarşılarını almaq üçün qanını da əsirgəmək olmaz”;

“Bu qadını döyüb öldürmək lazımdır. Kişilər yoxa çıxıb?”

Axalaya bu təhdidlərin arxasında mütəşəkkil radikal qruplaşmaların dayandığını istisna etmir. Fevralın 15-də o, prokurorluğa müraciət edib.

Ombudsmen Xatiya Axalayanı öz himayəsi altına alıb, o da maarifçinin işini araşdırır.

________________

•  Gürcüstan seksual maariflənmənin məktəblərin tədris proqramına daxil olduğu ölkələr sırasında deyil. Gürcüstan məktəblərində təhlükəsiz seks, kontroseptiv, seksuallıq haqda heç kim yeniyetmələrlə  maarifləndirici söhbətlər aparmır.

•  Gürcüstan əhalisinin əksəriyyəti hesab edir ki, anatomiya, cinsi yolla ötürülən xəstəliklər, reproduktiv sağlamlıq haqda biliklər uşağa yalnız ziyan vura, onu çaşdıraraq erkən seksual həyata sürükləyə bilər.

•  Məktəb proqramına bu cür mövzuların öyrənilməsi ilə bağlı paraqrafların daxil edilməsi cəhdləri xüsusən kilsə tərəfindən həmişə mənfi qarşılanıb.

•  BMT seksual maariflənməni beş yaşından başlamağı tövsiyyə edir. Təşkilat bunun üçün xüsusi standart hazırlayıb.


More on JAMnews