Hökumət bunun siqaretlə mübarizədə növbəti tədbir olduğunu bildirir" />

Gürcüstanda qablaşdırılmamış tütünün satışını qadağan edəcəklər

Hökumət bunun siqaretlə mübarizədə növbəti tədbir olduğunu bildirir

Gürcüstanda qablaşdırılmamış tütünün, həm də elektron siqaretlər üçün mayenin satışını qadağan edəcəklər. 

Vergi Məcəlləsində müvafiq dəyişikliklər artıq 2019-cu il noyabrın 21-də qüvvəyə minəcək. 

İstənilən qablaşdırılmamış tütünün – tənbəki çubuğu, eşmə papiros və ya qəlyan üçün – satışı və çatdırılması qadağan olunur. 

Tütünü ancaq qablaşdırılmış şəkildə, xalis çəkisi 50 və ya 100 qram olan bağlamada satmaq olar.  

Tütünün aksiz markası olmalıdır, bağlamanın üzərində isə onun sağlamlıq üçün ziyanı barədə məlumat yerləşdirilməlidir.

Qanunu pozanlar üçün 2 min lari [təxminən $700] həcmində cərimə nəzərdə tutulub. Təkrar pozuntuya görə cərimə ikiqat artırılır. 

• 1 may 2018-ci il tarixindən Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək tamamilə qadağan olunub. 

• 2017-ci ilin yanvar ayından etibarən ölkədə mərhələli şəkildə tütün məmulatlarına (filtrli və filtrsiz) aksiz bahalaşandan sonra siqaretlərin qiyməti təxminən 2,5 dəfə bahalaşıb. Orta hesabla, Gürcüstanda filtrli siqaret qutusunun qiyməti dörd-altı laridir [təxminən $1,3-2]. 

• Məhz siqaretlərin xeyli bahalaşdığına görə Gürcüstanda çoxları eşmə siqaret çəkməyə başladılar. 

• Hökumət deyir ki, yüksək aksizlər vasitəsilə siqaret çəkməklə mübarizə aparır. 


More on JAMnews