Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili səs verməyə gəlib " />

Gürcüstanda prezident seçkiləridir. Siyasətçilər seçki məntəqələrindədir. Foto və video

Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili səs verməyə gəlib

Gün ərzində məqaləyə yeni fotolar və videolar əlavə olunacaq

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləridir. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, günortaya qədər seçki məntəqələrində dinc şərait hökm sürüb.

Səhər saat 10.00-da seçici fəallığı 6 faiz təşkil edib. Bu, 2012-ci il parlament seçkiləri ilə müqayisədə 4 faiz azdır. O zaman elektoratın rekord fəallığı qeydə alınmışdı.

Səlahiyyətlərinin son günlərini həyata  keçirən hazırkı prezident Giorgi Marqvelaşvili artıq öz seçimini edib. Marqvelaşvili bildirib ki, seçki bülletenində “bütün Gürcüstan sakinləri üçün prezident olacaq namizədi” qeyd edib.

Marqvelaşvili 5 il müddətində Gürcüstan prezidenti vəzifəsində çalışıb. O, Gürcüstan tarixində könüllü olaraq ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməyib.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili seçki məntəqəsində. Müəllif: David Pipia

Keçmiş baş nazir səs verməyə həyat yoldaşı ilə birlikdə gəlib. Bidzina İvanişvili bəyan edib ki, ikinci tur ehtimalı mövcud olsa da, minimaldır.

Video: Bidzina İvanişvili seçki məntəqəsində. Müəllif: Tornike Mandaria

Bidzina İvanişvili həyat yoldaşı ilə. Foto: Tornike Mandaria/JAMnews

Gürcüstanın baş naziri Mamuka Baxtadze də artıq seçkilərdə iradəsini ifadə edib.

 

Gürcüstanın baş naziri Mamuka Baxtadze. REUTERS/İrakli Qedenidze

Hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili səs verəndən sonra bəyan edib ki, öz səsini “dinc, birləşmiş, demokratik, qanunun ali olduğu Gürcüstana” verib.

Salome Zarabişvili. REUTERS/David Mdzinarişvili

Griqol Vaşadze “Birləşmiş müxalifətin” namizədi, hakimiyyətyönlü Salome Zurabişvilinin əsas rəqibidir. (“Birləşmiş müxalifəqin” əsas gücünü eks-prezident Mixail Saakaşvilinin “Milli Hərəkatıı” təşkil edir).

Vaşadze seçki məntəqəsində jurnalistlərə bildirib ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdırmağa hazırlaşır:

Foto: Interpressnews

Digər prezidentliyə namizəd – “Avropa Gürcüstanı” siyasi qüvvəsinin irəli sürdüyü David Bakradze həyat yoldaşı ilə. Bakradze ən reytinqli namizədlərin ilk üçlüyünə daxildir:

David Bakradze. REUTERS/David Mdzinarişvili

Seçki məntəqəsinə prima-balerina Nino Ananiaşvili gəlib. O, seçkidə iştirak edən namizədlərdən birinin – Qriqol Vaşadzenin həyat yoldaşıdır.

Nino Ananiaşvili ölkə əhalisinə müraciət edərək deyib: “Bacılar və qardaşlar, tənbəllik etməyin, gedin, səs verin”.


More on JAMnews