Müxalifət növbədənkənar parlament seçkisi tələbi ilə permanent aksiyalara başlayacağı haqda anons verib" />

Gürcüstanda müxalif fəal saxlanılıb. Müxalifət geniş miqyaslı aksiyalar haqda anons verib

Müxalifət növbədənkənar parlament seçkisi tələbi ilə permanent aksiyalara başlayacağı haqda anons verib

Noyabrın 28-də keçirilən prezident seçkilərinin nəticələrini qeyri-legitim sayan müxalifət Qurcaanidə (şərqi Gürcüstanda Kaxeti regionunun şəhəri) geniş miqyaslı etiraz aksiyası keçirir.

Bu gün Qurcaani rayon məhkəməsi dekabrın 17-də saxlanılan “Güc birlikdədir” müxalif birliyinin fəalı, Vahid Milli Hərəkat Partiyasının [Saakaşvilinin rəhbərlik etdiyi keçmiş iqtidar partiyası – JAMnews] üzvü və sabiq parlament deputatı David Kirkitadze haqda həbs qətimkan tədbiri seçib.

İnauqurasiya baş tutdu. Gürcüstanın beşinci prezidenti oldu

Müxalifətin Tbilisidəki mitinqi. Fotoreportaj

Kirkitadzeni dekabrın 16-da Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin inauqurasiyası  günü polislə qarşıdurmada iştirak etdiyi üçün saxlayıblar.

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də baş tutub. Gürcüstanın beşinci prezidenti hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili seçilib.

Müxalifət prezident seçkilərinin nəticələrini tanımır və bildirir ki, seçki ciddi pozuntularla keçirilib.

Qurcaani məhkəməsinin qarşısında müxalifətin yüzlərlə tərəfdarı toplaşıb.

Yaxın ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib – misilsiz sayda polis səfərbər edilib, məhkəmənin həyətində isə polis kordonları qurulub.

Gürcüstan DİN-i Qurcaanidəki aksiyanın təşkilatçılarını və iştirakçılarını qaquna riayət etməyə, polisin tələblərinə tabe olmağa, dövlət idarəsinə hörmət qoymağa və onların fəaliyyətinə mane olmamağa çağırıb – “Novosti-Qruziya” yazır.

Kordonun ön sıralarında mitinqçilərin qarşısına qadın polislər düzülüb. Müxalifətin mitinqində iştirak edənlər onlara gül bağışlayıblar:

 

 

Foto: Azadlıq Radiosu

Müxalifət Kirkitadzeni siyasi məhbus hesab edir və Qurcaani məhkəməsinin qərarından apellyasiya şikayəti vermək, həmçinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Müxalifət növbədənkənar parlament seçkiləri tələbi ilə permanent aksiyalar keçirəcəyini də anons edib.

Kirkitadzenın özü etiraz əlaməti olaraq aclığa başlayıb.

Hakimiyyət nümayəndələri hesab edirlər ki, məhkəmə adekvat qərar çıxarıb:

“Müxalifət tərəfindən son zamanlar polisə qarşı hörmətsizlik halları çoxalıb. Bu tendensiyaya son qoyulmalıdır”, – parlament spikeri İrakli Kobaxidze bildirib.

Müxalifətçi Kirkitadzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi ilə – vəzifə səlahiyyətlərini yerinə yetirərkən, polis və ya yol polisi əməkdaşına hücum – ittiham irəli sürülüb. Bu maddə dörd ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

David Kirkitadze

Müxalifətlə polis arasında qarşıdurma bazar günü Telavi şəhəri yaxınlığında, müxalifətin maşın kolonu Zurabişvilinin inauqurasiyasına paralel olaraq etiraz aksiyası keçirmək üçün oraya yollandığı zaman baş verib.

Amma müxalifətin kolonu həmin gün Telaviyə gedib çıxa bilməyib, çünki polis Telaviyə qədər avtokolonun bütün yollarını kəsib.

Yollara avtobuslar, yük maşınları və polis kordonları düzülüb.

Qarşıdurma nəticəsində bir neçə aksiya iştirakçısı, o cümlədən də DİN-in məlumatına görə, 10 nəfər polis əməkdaşı xəsarət alıb.

Müxalifət silahdaşlarına qarşı ittihamları əsassız hesab edir.

“Güc və birlik” hərəkatının nümayəndələri bildirirlər ki, polis özü onların konstitusiya ilə nəzərdə tutulan azad totlaşmaq hüququnu həyata keçirmələrinə mane olaraq qanunu pozub.


More on JAMnews