“Tbilisi prayd”ın keçirilməsi məsələsi təhdidlər fonunda həll olunur " />

Gürcüstanda kimin hüquqlarını qoruyurlar

“Tbilisi prayd”ın keçirilməsi məsələsi təhdidlər fonunda həll olunur

Məqalə artıq dərc olunmuşdu ki, “Tbilisi prayd”ın təşkilatçılarının mövcud risklərə baxmayaraq, “Ləyaqət marşı” da daxil olmaqla tədbirlərini tam miqyasda keçirmək qərarında olduqları məlum oldu.

“Tbilisi prayd”ın keçirilməsi haqqında qərar təhdid və gərginlik fonunda qəbul olunub. Dövlət qurumları LGBT fəallarına xəbərdarlıq ediblər ki, onların təhlükəsizliyini təmin edə bilməyəcəklər, radikal qruplaşmalar isə prayd təşkilatçıları və tərəfdarlarını təhdid ediblər.

Hüquq müdafiəçiləri və bir sıra müxalifət nümayəndələrinin sözlərinə görə, prayd ətrafında ajiotaj növbəti dəfə patriarxiya və populist qrupların hakimiyyətə yüksək səviyyədə təsirini, həm də Gürcüstanda insanların Konstitusiya ilə zəmanət verilmiş hüquqlardan istifadə etmək imkanlarının olmadığını nümayiş etdirir.  

JAMnews son günlərdə “Tbilisi prayd” ətrafında baş verən hadisələrin icmasını təklif edir.

“Tbilisi prayd”ın keçirilməsinin təşkilatçıları və tərəfdarları dəftərxana yanında: “Tbilisi prayd”ın Facebook səhifəsindən

Prayd ətrafında gərginlik və “əsl kişilər”in təhdidləri

18-23 iyun tarixlərində “Tbilisi prayd”ın keçiriləcəyini təşkilatçı qrup hələ fevralda anons edib. Məqsəd dinc tədbirlərlə cəmiyyəti seks azlıqların gündəlik həyatda qarşılaşdıqları problemlərlə tanış etməkdir.

“Biz lesbiyan, gey, biseksual, transgender, kvirik. Biz ailələrdə, məktəblərdə, küçələrdə, işdə zorakılıqla üzləşirik. Bizim evlərimizə soxulurlar, ailələrdən qovurlar. Bizi öldürürlər!” — onlar bildirib və vurğulayıblar ki, “dözülməz həyata görə gizlənməyə hazırlaşmırlar”.  

“Tbilisi prayd”ın həftəlik proqramı bir neçə tədbirdən ibarət olacaq, onların böyük hissəsi küçədə keçməməlidir və ancaq birinin – yürüşün keçirilməsi küçədə planlaşdırılıb.

Anonsdan dərhal sonra patriarxiya bəyanatla çıxış edib də hakimiyyətdən praydın keçirilməsini qadağan etməyi tələb edib. Məhz bundan sonra DİN bəyanatla çıxış edib və bildirib ki, praydın təhlükəsizliyini təmin edə bilməz.

İyunun 14-də vəziyyət bir az da gərginləşdi, bu zaman pravoslav fəallar dövlət dəftərxanası yanında əks-aksiya keçirdilər, burada praydın təşkilatçıları və tərəfdarları toplaşmışdı.   

Tbilisidə LGBT tərəfdarları və əleyhdarları toqquşub

“Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”

Özünü ifadə, dinc tədbirlər və yığıncaqlar hüququ Konstitusiya ilə təmin olunur, buna görə də DİN-in bəyanatını siyasətçilər və vətəndaş cəmiyyətinin bir hissəsi kilsənin dövlət işinə müdaxiləsinin nəticəsi kimi qiymətləndirib, bu da dövlətin öz funksiyalarını yerinə yetirməkdən sapmasına gətirib çıxarıb.

Levan Vasadze və “kişi yığıncağı”

Kremlin ideoloqu Aleksandr Duqinə yaxın olan, Gürcüstanda Rusiya maraqlarının bələdçisi sayılan, çoxdandır ki, homofob və şovinist fikirləri ilə məşhur olan gürcü iş adamı Levan Vasadze LGBT praydla bağlı məsələnin həlli üçün “ancaq kişilərin” xüsusi görüşünü təşkil edib.

“Əsl kişilər”in görüşü iyunun 16-da baş tutub. Bu zaman Vasadze xüsusi birləşmələrin yaradıldığını elan edib və bildirib ki, bu birləşmələr Tbilisi küçələri və məhəllələrinə nəzarət edəcək və “şübhəli şəxsləri” saxlayacaq.

DİN Cinayət Məcəlləsinin birləşmələrin yaradılmasının və orada iştirakın yolverilməzliyini nəzərdə tutan 223-cü maddəsi üzrə iş açıb. Amma Vasadzenin özü hələ də dindirməyə çağırılmayıb.

Eyni zamanda Daxili İşlər Nazirliyi praydın təşkilatçılarına özlərinin təhlükəsizliyi üçün tədbir keçirməkdən imtina etməyə çağırıb. Levan Vasadze bunu şəxsi uğuru kimi qiymətləndirib və verdiyi bəyanatda paytaxt məhəllələrini patrul etmək ideyasından imtina edib. Amma artıq iyunun 18-də o, yeni təhdidlər səsləndirib və videomüraciət yayaraq bildirib ki, prayd istənilən halda keçirilsə, “əsl kişil

Foto: Facebook

“Tbilisi prayd” keçiriləcəkmi?  

DİN nümayəndələrinin görüşündən sonra “Tbilisi prayd”ın təşkilatçıları bildirib ki, sonrakı addımları barədə əlavə məsləhətləşmələrdən sonra məlumat verəcəklər.

“DİN-də görüşümüz zamanı bizə deyilənlərin hamısına reaksiya vermək üçün fiziki olaraq vaxtımız olmayıb”, – “Tbilisi prayd”ın təşkilatçısı Giorgi Tabaqari deyib.

Praydın təşkilatçıları deyir ki, məsləhətləşmələrdən sonra xüsusi şərhlə çıxış edəcək.

Qiymətlər və Konstutisiya hüquqlarının qorunmaması

“Tbilisi prayd”ın təşkilatçılarından biri Nino Bolkvadzenin sözlərinə görə, hakimiyyət və Levan Vasadzenin maraqlarının üst-üstə düşməsi göz qabağındadır.  

“Bağlı qapılar arxasında hüquqi demokratik dövlətdə təsəvvür edilməyən proseslər gedir. Cinayətlər adama ona görə bağışlanır ki, hakim komandaya siyasi problem yaratmır və onunla birgə mövcud olmaq daha rahatdır”.

“Görünür, maraqlar [Vasadze və hakimiyyətin] üst-üstə düşüb. Hakimiyyətin marağındadır ki, “Tbilisi prayd” həftəsi baş tutmasın. Bu, Vasadzenin də marağındadır – tədbiri dağıtdığına görə xal toplamaq”.

Müxalifət də öz növbəsində, ona diqqət çəkir ki, hakimiyyət öz vəzifələrini yerinə yetirmir və Levan Vasadzenin fəaliyyətinə tam ciddiliyi ilə hüquqi qiymət verməyi tələb edir.

“Hansısa insan qruplarından xoşu gəlməmək haqda bəyanatlar artıq hüquq pozuntusudur; xoşuna gəlməyənlərə divan tutmaq üçün hansısa qruplaşmaların yaradılması, onun kim olması və dəstələrinin polisə müqavimət göstərməsi haqda bəyanatlar birbaşa Cinayət Məcəlləsinin pozuntusudur və buna dəqiq reaksiya vermək lazımdır, təkcə iş açmaq yox”, – “Avropa Gürcüstanı”nın liderlərindən biri Sergi Kapanadze deyib.

“Mili hərəkat”ın üzvü Roman Qotsiridzenin sözlərinə görə, radikal homofob qruplaşmalar gürcü hakimiyyətinin tərkib hissəsi olub.

“Uzun illər boyu hüquq pozan bu adamlar hökumətin müttəfiqləridir. Onlar faktiki olaraq, həmişə hökumətə lazımdır, o, onları etrazlarla çıxış edən müxalifətə qarşı istifadə edib. Bu adamlar hakimiyyətin tərkib hissəsi, onun qaranlıq tərəfi olub”.

Hakimiyyət isə öz tərəfindən bildirir ki, əhalinin təhlükəsizliyini qoruyur, ajiotaj isə süni xarakter daşıyır.

“Gürcüstanda bütün vətəndaşların hüquqları, o cümlədən özünüifadə hüququ qorunur. Bu, Konstitusiya, qanunvericiliklə qorunur. Eyni zamanda bizim istənilən vətəndaşın təhlükəsizliyi ilə bağlı öhdəliyimiz var. Polislərə xüsusi təşəkkür etmək istəyirəm, çünki onlar bu mühüm balansı təmin edə biliblər”, – jurnalistlərlə söhbətində Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

“Amma buradaca sıravi bir vətəndaş kimi öz təəssüratlarımı bölüşə bilərəm: düşünürəm ki, bu məsələ [prayd] süni şəkildə gürcü cəmiyyətinə sırınıb və Gürcüstanda aqressiv siyasi gündəmin yaradılmasına istiqamətlənib. Düşünmürəm ki, bu məsələ bu gün Gürcüstanda problematikdir”.  

Ombudsmen: bu gün LGBT cəmiyyəti azadlıq hüququndan məhrumdur

Gürcüstanın ombudsmeni Nino Lomdjariya bildirir ki, LGBT cəmiyyətinin bu gün sərbəst toplaşmaq hüququ yoxdur və “bu, faktdır”.

“DİN-də görüş zamanı [prayd təşkilatçıları ilə görüş] deyilib ki, prayd iştirakçılarının təhlükəsizliyi sual altında olduğundan praydı keçirməyə dəyməz, çünki bu, ciddi risklərlə bağlıdır”.

Lomdjariya deyir ki, LGBT fəallar Levan Vasadzenin bəyanat və təhdidlərini tam ciddiyəti ilə araşdırmaqla bağlı DİN-in vədini alıb.


More on JAMnews