Cavaxetiya sakinləri Türkiyə sərhədində nəzarəti gücləndirməyi tələb edirlər və deyirlər ki, tükr dilində danışan insanlar mütəmadi olaraq inəkləri oğurlayır" />

Gürcüstanda etiraz aksiyası – Türkiyə ilə sərhəd kəndlərdən yenə inəkləri oğurlayıblar

Cavaxetiya sakinləri Türkiyə sərhədində nəzarəti gücləndirməyi tələb edirlər və deyirlər ki, tükr dilində danışan insanlar mütəmadi olaraq inəkləri oğurlayır

 Foto: Aqunik Ayvazyan

Mayın 28-də səhər saatlarından Gürcüstan-Türkiyə yolu Samtsxe-Cavaxeti dağlıq regionunda, Sulda kəndi yaxınlığında bağlanıb. 70 nəfərə yaxın yerli sakin ötən gecə 63 inək oğurlanandan sonra etiraz aksiyası keçirir.

Sakinlər danışırlar ki, gecə çobanlar yatanda dörd nəfər onlara hücum edib.  Səkkiz çobanın əllərini əldəqayırma qandalla bağlayıb, mal-qaranı aparıblar. Çobanlardan biri danışır ki, mal-qaranı oğurlayanlar türk dilində danışırmış.

Axalkalaki rayonunun sərhədyanı kəndlərinin əhalisi əsasən ermənilərdən ibarətdir. Yerli sakinlər bildirirlər ki, mal-qara oğurluğu burada tez-tez baş verir və onların sözlərinə görə, bunu Türkiyə tərəfindən gələnlər edir.

Etiraz edənlərin əsas tələbi Türkiyə ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsidir.

Sakinlər danışırlar ki, mal-qaranı çox vaxt kəndlilərin həyətindəncə gecə gizlincə oğurlayıb aparırlar.

Etirazçılarla danışmaq üçün yerli administrasiya nümayəndələri, Axalkalaki şəhərinin meri və parlamentin deputatı Yevzel Mkoyan gəlib. Onlar vəziyyəti aydınlaşdıracaqlarına söz veriblər.

Yerli əhali ilə birlikdə aksiyaya Gürcüstanın digər regionundan – Tuşetidən olan çobanlar da çıxıblar. Onlar da ziyan çəkiblər, çünki yayda öz mal-qaralarını Cavaxetiyanın zəngin otlaqlarına gətirirlər.

Facebook Comments

More on JAMnews