İsveçrə şirkəti hesabat təqdim edib. Görüşlər davam etdiriləcək" />

Gürcüstan və Rusiya birlikdə Abxaziya və Cənubi Osetiya vasitəsilə daşınan yüklərin monitorinqinə başlayacaq. Cenevrədə ilk görüş

İsveçrə şirkəti hesabat təqdim edib. Görüşlər davam etdiriləcək

Rusiya və Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya vasitəsilə daşınan yüklərin monitorinqi haqda razılaşmanın yerinə yetirilməsinə nəzarət üzrə müştərək komitə ilk dəfə fevralın 6-da Cenevrədə toplaşıb.

İki ölkənin müxtəlif qurumlarının nümayəndə heyətləri İsveçrənin vasitəçiliyi ilə artıq formal olaraq 2011-ci il noyabrın 11-də imzalanan “Gömrük idarəçiliyi mexanizminin əsas prinsipləri və mal ticarətinin monitorinqi haqda” razılaşmanın həyata keçirilməsinə başlayıb.

•Moskva-Suxum/i-Tbilisi-Yerevan

•Gürcüstan – Şimali Osetiya: görünməyən əlaqələr

Gürcüstanın Dövlət Gəlirləri Xidməti məlumat verir ki, ilk görüşdə İsveçrənin monitorinqi həyata keçirəcək SGS şirkəti tərəflərə öz mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti haqda ilk məruzəni təqdim edib. Razılaşmada nəzərdə tutulan məsələlərin müzakirəsi yaradılmış işçi qrup çərçivəsində davam etdiriləcək – məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi öz növbəsində bəyan edib ki, SGS-in məruzəsindən başqa, razılaşmanın həyata keçirilməsi ilə bağlı digər məslələrin də müzakirəsi baş tutub. Fikir mübadiləsini bu görüşdə yaradılmış işçi qrup çərçivəsində davam etdirmək planlaşdırılıb.

 


More on JAMnews