Pravoslavlıq Parlamentlərarası Assambleyanın iclası etirazlar səbəbindən yarımcıq qalıb. Hökümət “protokol səhvi” ilə özünə bəraət qazandırır " />

Gürcüstan parlamentində qalmaqal: rusiyalı deputat spiker kreslosunda

Pravoslavlıq Parlamentlərarası Assambleyanın iclası etirazlar səbəbindən yarımcıq qalıb. Hökümət “protokol səhvi” ilə özünə bəraət qazandırır

Pravoslavlıq Parlamentlərarası Assambleyanın iclası Gürcüstanda, iyunun 20-də baş tutmayıb. Parlamentdəki müxalifət sessiyanı rusiyalı deputat Sergey Qavrilov tərəfindən açılmasına etiraz edəndən sonra nümayəndə heyəti parlament binasını tərk etməyə məcbur olub.  

Fasilədən sonra assambleya öz işinə davam edə bilməyib, belə ki müxalifət nümayəndələri parlament tribunasını zəbt edib və parlamentin iclas zalında rusiyalı deputatın olmasına imkan verməyəcəklərini bildiriblər. Onları hiddətə gətirən RF Dövlət Dumasının üzvünün Gürcüstan parlamenti spikerinin kreslosunda oturması olub.  

Müxalifətin etirazı

“Milli hərəkat” və “Avropa Gürcüstanı”ndan parlament tribunasını zəbt etmiş  parlament müxalifəti hakimiyyətə zaldan bütün rusiyalı deputatları çıxarmaq üçün yarım saat vaxt verib.

«Əgər bu insanlar çıxarılmasa, biz insanları səfərbər etməyə başlayacayıq, özü də parlament önündə, küçədə deyil, məhz bu zalda»,

«Əsas problem əlbəttə bu hadisənin parlamentin iclas zalında keçirilməsidir. Bizim parlamenti alçaldıblar. Parlament rəhbərinin kreslosunu cənab Qavrilov tutub, onun tərcümeyi-halında müharibə vaxtı Abxaziyada olmağı qeyd olunub və onun orda turist kimi getməməyi aydındır. Onun spiker kreslosunu tutması alçaldıcıdır, amma əsas problem əlbəttə binada deyil, bu cür insanların Gürcüstan ərazisində olmağıdır», – «Avropa Gürcüstanı»ndan olan deputat Qriqori Kandelaki deyib.

• Gürcüstanda kimin hüquqlarını qoruyurlar

Narazılıq və hakimiyyətin

Müxalifətdən sonra hakim partiyanın nümayəndələri də öz etirazlarını bildiriblər. Partiya lideri Bidzina İvanişvili yazılı bəyanatla çıxış edərək baş verənləri “protokol səhvi” adlandırıb, hansı ki, “heç bir halda lazımi reaksiya verilmədən keçməyəcək”.  

“Baş verən hadisələrlə bağlı həmvətənlərimin narazılığını tam dəstəkləyirəm. Gürcüstan parlamentində istənilən tədbirə işğalçı ölkənin nümayəndəsinin rəhbərlik etməsi yolverilməzdir”, – deyə Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, məhz onun məsləhəti iə iclas dayandırılıb.

“Hansı təşkilatçıların günahı ücbatından Qavrilov parlament sədri kreslosunu tutubsa, onlar cəzalandırılacaq”, – “Gürcü arzusu” parlament fraksiyasının sədri Mamuka Mdinaridze deyib.

“Bundan daha ağır səhnə təsəvvür etmək çətindir… rusiyalı deputatı parlament spikeri kreslosunda görmək dözülməzdir”, – hakim partiyadan parlamentin vitse-spikeri Tamar Çuqoşvili deyir.

Qeyri-hökumət sektoru və ictimai fəallar

“Bu gün Rusiya bütün Gürcüstanın işğalını uğurla başa çatdırdı! Onun nümayəndəsi parlamentdə deputatlarımızın iclasını keçirdi! Ürəyim ağrıyır! Sıravi Gürcüstan vətəndaşı kimi, özümü alçaldılmış, əzilmiş hiss edirəm! Mən hər şeyi xatırlayıram, müharibəni unutmamışam!” özünün Facebook səhifəsində “Beynəlxalq şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatının sədri Eka Qiqauri yazır.

Jurnalist də ictimai fəal Laşa Berulava vurğulayır ki, işğal xəttinə nəzarət edən “Anti-işğal hərəkatı” bu gündən etibarən “reallıqda işğal xəttinin keçdiyi” parlament binasının yanına köçəcək.

İctimai fəallar 19.00-da parlament qarşısında etiraz aksiyası keçirəcəklərini elan ediblər.

 


More on JAMnews