“Bu, 1991-ci ildən bu günə qədər Gürcüstan vətəndaşlarına qarşı işğal olunmuş ərazilərdə müxtəlif cinayətlər törədən insanlardır”" />

Gürcüstan “Otzoxoriya-Tatunaşvili” siyahısını açıqlayıb. Siyahıda 33 nəfər var

“Bu, 1991-ci ildən bu günə qədər Gürcüstan vətəndaşlarına qarşı işğal olunmuş ərazilərdə müxtəlif cinayətlər törədən insanlardır”

Gürcüstan hökumətinin “Otzoxoriya-Tatunaşvili siyahısı”na otuz üç nəfərin adı düşüb. Bu gün bu haqda Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze bildirib.  

Bu, 1991-ci ildən bu günə qədər Gürcüstan vətəndaşlarına qarşı işğal olunmuş ərazilərdə müxtəlif cinayətlər törədən insanlardır.

“Bu, tam siyahı deyil, çünki hüquq-mühafizə orqanları istintaqı davam etdirir və siyahı genişlənə bilər”, – baş nazir Mamuka Baxtadze hökumət administrasiyasında brifinq zamanı bildirib. Amma Baxtadze siyahıya düşən adları açıqlamayıb.

“Otzoxoriya-Tatunaşvili siyahısı” nə deməkdir və o, hansı sanksiyaları nəzərdə tutur?  

Gürcüstan parlamenti martda məşhur “Maqnitski siyahısı”na bənzər sənədin yaradılması haqqında qərar qəbul edib.  

Əsas məqsəd Gürcüstan vətəndaşlarının işğal olunmuş ərazilərdə qorunmasıdır. Gürcüstan hakimiyyətinin işğal olunmuş ərazilərdə öz vətəndaşlarının qorunması üçün heç bir rıçaqı olmadığı üçün ideya müəllifləri hesab edir ki, bu cür “qara siyahı”nın qəbulu bu vəziyyətdən çıxış yolu ola bilər.

Siyahı simvolik olaraq Gürcüstan vətəndaşları, Cənubi Osetiya və Abxaziyadakı NBM-də qətlə yetirilmiş Arçil Tatunaşvili və Qiqi Otzoxoriyanın şərəfinə adlandırılıb. Siyahıya ancaq Tatunaşvili və Otzoxoriyanın güman edilən qatilləri daxil edilməyib. Gürcüstan parlamenti tərəfindən qəbul edilən qətnamədə deyilir ki, siyahıya Gürcüstan vətəndaşlarına qarşı işğal olunmuş ərazilərdə qətllər, insan oğurluğu, işgəncələrin təşkili, qeyri-humanist münasibətdə şübhəli bilinən və onları ört-basdır edən bütün şəxslər daxil edilməlidir.   

Mamuka Baxtadzenin sözlərinə görə, hökumət artıq siyahıya daxil edilən şəxslərə qarşı beynəlxalq miqyasda istifadə ediləcək bütün rıçaqları nəzərdən keçirib.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews