Müxtəlif hərbi münaqişələr nəticəsində 2300 nəfərdən çox insan indiyə qədər itkin hesab edilir" />

Gürcüstan hökuməti münaqişələr zamanı itkin düşənlərin axtarılması üçün komissiya yaradır

Müxtəlif hərbi münaqişələr nəticəsində 2300 nəfərdən çox insan indiyə qədər itkin hesab edilir

მთავრობის სხდომა

Gürcüstan hökumətiölkə arasında baş vermiş hərbi münaqişələr zamanı itkin düşənlərin axtarılması üçün xüsusi qurumlararası komissiya yaradıb. Komissiyanın funksiyalarına lazım olduğu təqdirdə həlak olanların nəşlərinin yenidən basdırılması da daxildir.

Fotoarxiv – 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı gürcü ailələr Abxaziyanı tərk edir

Çeçenistan və İnquşetiyada itkin düşənlərin ailələrinə 1,6 milyon avro – Avropa Məhkəməsinin qərarı

Barışıq və vətəndaş bərabərliyi ezrə dövlət naziri Ketevan Tsixelaşvilinin sözlərinə görə, komissiyanın əsas vəzifəsi Gürcüstan ərazisində baş vermiş hərbi münaqişələr nəticəsində itkin düşmüş hesab edilən 2300 nəfərin və ya onların məzarlarının yerini müəyyən etməkdir. O bildirib ki, komissiyaya müxtəlif qurumların 10 nümayəndəsi daxil olacaq, “intensiv və koordinasiyalı işləyəcəklər”. Müvafiq qərar oktyabrın 24-də hökumətin iclasında qəbul edilib. Xüsusi qətnamə artıq ictimaiyyətə açıqlanıb.

Gürcüstanın 1990-cı ildən bəri ən yeni tarixinə üç kəskin hərbi münaqişə daxildir: Cənubi Osetiyada (1990-1992), abxaz müharibəsi (1992-1993), Rusiya-Gürcüstan arasında avqust müharibəsi (2008-ci il). Rəsmi məlumata əsasən, ümumilikdə bu günə qədər 2300 nəfər itkin düşmüş hesab edilir. Onların axtarışı artıq 9 ildir ki, Qırmızı Xaçın vasitəçiliyi ilə aparırlır. 

2010-cu ildə yenə də Qırmızı Xaçın vasitəçiliyi ilə axtraış üzrə iki mexanizm yaradılmışdı: ikitərəfli Gürcüstan-Abxaziya və üçtərəfli Gürcüstan-Rusiya-Osetiya. Məhz bu formatda danışıqlar nəticəsində Babuşerada (Abxaziya) qardaş məəzarlarını açaraq nəşlərin ekshumasiyasını həyata keçirmək mümkün olub.

2010-cu ildən indiyə qədər itkin düşmüş hesab edilən 325 nəfərin nəşi tapılıb və 178 nəfərin şəxsiyyəti müəyyən edilib. Onların nəşləri ailələrinə təhvil verilib. Digərlərinin şəxsiyyətlətlərinin müəyyən edilməsi prosesi davam edir.

Qırmızı Xaçın bu layihəsinin birinci fazası 2021-ci ildə başa çatır və bundan sonra vəziyyətin necə olacağı hələ aydın deyil. Tsixelaşvili deyir ki, Gürcüstan hökuməti bu mərhələdən maksimum səmərəli istifadə etməlidir:

“Biz çox intensiz və maksimum koordinasiyalı proses təşkil etməliyik, nəzərə alaq ki, Qırmızı Xaç fazası 2021-ci ilə qədər davam edəcək. Belə nüfuzlu təşkilatın iştirakına baxmayaraq, 2300 nəfər hələ də itkin düşmüş hesab edilir. Bu həddən artıq çoxdur. Buna görə də səmərəli işləməyəborcludurlar, əlbəttə ki, bu prosesdə böyük rolu olan Qırmızı Xaçla birlikdə”, – Tsixelaşvili bildirib.

Dövlət naziri vurğulayıb ki, “itkin düşmüş hesab edilən insanların taleyini müəyyən etmək üçün yalnız humanitar proses” gedir.

“Hərbi münaqişələr zamanı itkin düşmüş insanlarla bağlı istənilən informasiyaya sahib olan və bu bəlanın toxunduğu hər kəsi komissiyaya müraciət etməyə çağırıram”, – dövlət naziri bildirib.

 

 


More on JAMnews