Ən yeni tarixdən bir neçə misal" />

Şərh: coğrafi adlar niyə dövlətlər və millətlər arası münaqişələrə səbəb olur?

Ən yeni tarixdən bir neçə misal

Coğrafi adlar, bütün digər adlar kimi sakral məna daşıyır, bu adlar ətrafında dövlətlər arası mübahisələrin getməsinə, münaqişələrin qızışmasına, hətta müharibələrin başlamasına da təəccüblənmək lazım deyil, BBC-nin müəllifi belə düşünür. Yaxın keçmişə aid bir neçə misal da gətirir.

Son bir neçə həftə ərzində müxtəlif ölkələrdə eyni vaxtda iki küçənin adı siyasi motivlərə əsaslanaraq dəyişdirilib.

2018-ci ilin yanvar ayında Vaşinqtonun şəhər soveti Rusiya səfirliyi binasının yerləşdiyi meydanın adının dəyişdirilməsi haqda qanun layihəsini təsdiq edib. Əvvəlki Viskonsin avenyu adını saxlayan küçə əlavə olaraq Boris Nemtsov meydanı adını da alıb.

Bu, Rusiyanın müxalif siyasətçisinin ölümünün üçüncü ildönümü ərəfəsində Kolumbiya dairəsi şəhər soveti üzvlərinin təşəbbüsü ilə həyata keçirilib.

Bundan əvvəl Kiyevdə Rusiya səfirliyinin yerləşdiyi prospektin adı da dəyişdirilərək, Boris Nemtsovun xatirəsini əbədiləşdirmək üçün onun adı verilib.

Boris Nəmtsov şəxsən Vladimir Putinin və ümumilikdə indiki Rusiya hakimiyyətinin davamlı tənqidçisi olub. O, 27 fevral 2015-ci il tarixində Kremlin yüz metrliyində qətlə yetirilib.

Nemtsovun ölümündən sonra bir neçə siyasətçi, ictimai xadim və fəal Moskva hakimiyyətindən Böyük Moskvoresk körpüsünün adının dəyişdirilərək Nemtsov körpüsü adlandırılmasına nail olmağa çalışıblar. Moskva hakimiyyəti bundan imtina edir.

Küçənin adının siyasi motivlə dəyişdirilməsi ilə bağlı daha bir insident bu yaxınlarda Türkiyədə baş tutub. Ötən həftədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliyinin yerləşdiyi küçə türk generalı Fəxrəddin paşanın adını daşıyır.

Küçənin adının dəyişdirilməsi ilə bağlı qərarı Türkiyə hakimiyyəti BƏƏ-nin xarici işlər nazirinin Twitter-də bir əsrdən çox əvvəl Mədinə şəhərinin qubernatoru olan Fəxrəddin paşanın ərəblərlə amansızca davranması haqqında post yazmasından sonra verib. Nazir həmçinin generalın ərəblərə divan tutmasında Türkiyənin indiki prezidenti Rəcəb Tayib Ərdoğanın əcdadlarının da onunla əlbir olduğunu bildirib.

Ərdoğan bu ittihamlara çox sərt reaksiya verib və bildirib ki, nazir öz yerini bilməlidir. Bundan bir neçə gün sonra BƏƏ səfirliyinin Ankarada yerləşdiyi küçənin adı dəyişdirilib.

Lap bu yaxınlarda baş verən hadisə – 140 mindən çox adam Afinada nümayişə çıxıb. Onlar Makedoniya dövlətinin Yunanıstanın şimalında yerləşən regionu ilə eyni adda olmasına qarşı etiraz ediblər.

Siyasətdə təkcə küçələrin deyil, həm də bütöv dövlətlərin adları da böyük rol oynayır. Məsələn, Burkina-Faso dövlətinin adının tərcüməsi belə səslənir: “ləyaqətli insanların ölkəsi”. Dövlət bu adı 1984-cü ildən daşıyır. Əvvəlki Yuxarı Volta adı fransızlar tərəfindən Burkina-Faso onların müstəmləkəsi olan vaxt qoyulub. İndiki ad isə Burkina-Fasonun artıq müstəmləkə deyil, müstəqil dövlət olduğunu vurğulayır.

BBC-nin müxbiri Conatan Sevidjin fikrincə, insanların ərazi adlarına bu cür həssas münasibətini öz adlarına qarşı münasibətilə müqayisə etmək olar:

Sevidj siyasətçilərin yuxarıda təsvir olunan addımlarını boks tarixində ən yaxşı boksçulardan birinin hərəkəti ilə müqayisə edir. 1964-cü ildə Kassius Kley adını dəyişib, Məhəmməd  Əli qoyur və bütün dünyada bu adla tanınır. Adın dəyişdirilməsi boksçunun “İslam milləti” təşkilatına üzv olması ilə bağlı idi. Öz addımı ilə idmançı göstərmək istəyir ki, quldarların onun əcdadlarına verdiyi “qul” adından imtina edir.

 


More on JAMnews