Ekspertlər isə hesab edir ki, bu layihə həddən artıq xərc istəyir və başqa, daha böyük iqtisadi faydası olan strateji proqramlara vəsait yatırmaq daha yaxşı olar " />

Ermənistanın yeni hökuməti “Şimal-Cənub” avtomagistralının tikintisini davam etdirəcək

Ekspertlər isə hesab edir ki, bu layihə həddən artıq xərc istəyir və başqa, daha böyük iqtisadi faydası olan strateji proqramlara vəsait yatırmaq daha yaxşı olar

Ermənistanın yeni hökuməti “Şimal-Cənub” layihəsindən imtina etmək fikrində deyil.

Ölkənin şimalını cənub hissəsi ilə birləşdirməli olan yolun tikintisinə 2012-ci ildə başlanılıb, amma indiyə qədər beş sahədən yalnız biri istismara verilib. Hakimiyyət tikintini başa çatdırmaq üçün maliyyə tapmalı olacaq və çox güman ki, bu, beynəlxalq kreditorlardan pul olacaq.

«İndi kimsə yolun tikintisinin müddəti ilə bağlı bəyanat versə, bu, qeyri-ciddi olacaq. Bu haqda ancaq maliyyələşmə məsələsini tam həll edəndən sonra danışmaq olar. Həm də biz ilkin ölçü və hesablamalar barədə bütün məlumatları əldə edəndən sonra», – deyə Ermənistanın nəqliyyat, əlaqə və informasiya texnologiyaları naziri Aşot Akopyan deyib.

Nazir həm də bildirib ki, “Şimal-Cənub” yolunun bir kilometri 3,6 milyon dollara başa gələcək, çətin sahələrdə isə qiymət 12 milyon dollara qədər qalxacaq. Uzunluğu 490 kilometr olan magistral ən yaxşı halda ümumilikdə 2 milyard dollara başa gələcək.

«Layihənin ilkin qiyməti hardasa 1 milyard dollar təşkil edib, amma hamıya aydındır ki, məbləğ artacaq. Çünki biz birinci dərəcəli yolun olmasını istəyirik. Həm də bizim xüsusən də Sisian rayonunda çox sayda tunel və körpülərimiz var.

Biz tikintini başa çatdırmaq üçün əlimizdən gələni etməliyik. Onun bizim üçün böyük iqtisadi əhəmiyyəti olacaq. Magistral şimaldan bizi Gürcüstanla, cənubdan isə İranla birləşdirəcək. Ermənistan tranzit ölkə ola bilər”, – Aşot Akopyan bildirib.

«Şimal-Cənub» avtomobil magistralını Ermənistan kreditorların vəsaiti ilə tikir. Kredit vəsaitinin əsas hissəsi Asiya İnkişaf Bankının hesabındadır. 2015-ci ildən Ermənistan artıq borcu ödəməyə başlayıb.

Enerji təhlükəsizliyi və nəqliyyat üzrə mütəxəssis Vaqe Davtyan hesab edir ki, qiymətinin kəskin artması nəticəsində layihə əvvəlki cazibəsini itirib:

«Söhbət 960 milyondan gedəndə, bu layihə cəlbedici idi. İndi söhbət 2 milyard dollardan gedəndə, xüsusən də böyük xarici borc şəraitində öz üzərinə kredit öhdəliklərinin götürülməsinin nə qədər məqsədəuyğun olması ilə bağlı sual yaranır. Ermənistanda bu gün strateji, geosiyasi əhəmiyyəti olan bir sıra layihələr var. Onlar daha əhəmiyyətli iqtisadi səmərə verə bilərdi. Söhbət atom elektrik stansiyasının, Ermənistan-İran dəmir yolunun tikintisindən gedir».


More on JAMnews