Ölkə müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. Və dörd gənc adam bunun onlar üçün nə demək olduğundan danışırlar" />

Ermənistanın müstəqilliyinin həmyaşıdları

Ölkə müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. Və dörd gənc adam bunun onlar üçün nə demək olduğundan danışırlar

Հայաստան, անկախություն, Անկախության օր, независимость, День нещависимости, Армения

21 sentyabr 1991-ci ildə Ermənistanda referendum keçirilib, referendumda səsvermə haqqı olan vətəndaşların 95 faizi iştirak edib, 99%-dən çoxu müstəqil, azad və suveren respublikanın elan olunmasının “lehinə səs verib.

1991-ci ildə anadan olmuş dörd gənc adam müstəqilliyin onlar üçün nə demək olması barədə JAMnews-un sualına cavab veriblər.

Ermənistan Rusiya üçün nümunədirmi?

 

Sona Melikdjanyan, sosioloq

Hər il müstəqillik günü yaxınlaşdıqca mən qürurla xatırlayıram ki, ölkəmin mənim qədər yaşı var.  Azad yaşamaqdan, mənim üçün yaxşı olan və başqa insanların hüququnu pozmayan şeyləri etməkdən xoşum gəlir. 

Müstəqil Ermənistanda doğulmağıma sevinirəm, qürur duyuram ki, azad yaşamaq, düşünmək və hərəkət etmək imkanım var. Eynşteynin dediyi kimi, “cəmiyyətin mənəvi təkamülü yalnız şəxsiyyətin müstəqilliyindən asılıdır.

Ermənilər Çində niyə ingilis dili dərsi keçir?

Ermənistanda məxməri inqilabı həyata keçirənlər haqqında beş hekayə

Mikael Malxasyan, tarixçi

Ermənistan dövlətçiliyinin bərpası bir neçə əsr ərzində xalqımızın onlarla nəslinin ülvi arzusu və məqsədi olub, çünki məhz dövlətçilik xalqın gələcək mövcudluğu və inkişafının zəmanəti kimi nəzərdən keçirilirdi. 

Mənim üçün müstəqillik anlayışı həm də stabil inkişaf imkanı verən dövlətçilik anlayışı ilə assosiasiya olunur. Müstəqillik mənə eyni zamanda həm öz xalqımın, cəmiyyətimin bir hissəsi, həm də qloballaşan dünyanın bir hissəsi hiss etmək imkanı verir.

Mariam Melkumyan, psixoloq

Mənim üçün müstəqillik azad yaşamaq, təhsil almaq və yaradıcılıqla məşğul olmaq imkanıdır, mənim üçün o doğma sərhədyanı Berd şəhərindən başlayır.

Müstəqilliyin qorunub saxlanması üçün bizim hər birimizdən vicdan, məsuliyyət və ölkəmizə, şəxsiyyətimizə qarşı sevgi tələb olunur. Öz simanın və dəyərlərinin qorunub saxlanması üçün şüurlu müstəqillik lazımdır.

Müstəqil ölkədə yaşamaqdan xoşbəxtəm. 

Armen Simonyan, geoloq

Vətənin olanda, öz müstəqil ölkəndə müstəqil yaşayanda adi bir ideya ilə hərəkət etməlisən: onu qorumaq, inkişafına kömək etmək və ona layiqli övlad olmaq sənin müqəddəs borcundur.

Mənim fikrimcə, vətənin müstəqilliyinin və inkişafının rəhni yeni nəslin bilik səviyyəsidir. Elm arxasınca getmək və onun hər bir istiqamətini vətənin maraqlarına tabe etmək lazımdır. İxtisasca geoloqam, bu da mənə ölkəmi qiymətləndirməyə, hər bir daşın və kolun sahibi hiss etməyə öyrədib.  

Hamını Müstəqillik günü münasibətiylə təbrik edir, ölkəmiz və xalqımıza sülh arzu edirəm.


More on JAMnews