İstefalar baş nazirin obyektiv ola bilməyən və tutduğu vəzifəyə uyğun olmadığını dərk edənlərin öz mövqelərini tərk etmələri ilə bağlı tələbindən sonra başlayıb" />

Ermənistanın məhkəmə sistemində köhnə kadrların istefa bumu yaşanır

İstefalar baş nazirin obyektiv ola bilməyən və tutduğu vəzifəyə uyğun olmadığını dərk edənlərin öz mövqelərini tərk etmələri ilə bağlı tələbindən sonra başlayıb

Ermənistanda məhkəmə sistemində istefa bumu başlayıb. İyunun 14-də Ali Məhkəmə Şurasının iki üzvü – Serger Meqryan və Armen Brktaşyan istefa verib. Ali Məhkəmə Şurası on üzvdən ibarətdir ki, onların altısı artıq öz kürsülərindən imtina ediblər.

Məhkəmə sisteminin digər nümayəndələri də istefaya gedir. İyunun 7-də şəxsən ədliyyə naziri Artak Zeynalyan da istefa verib.

Ömürlük məhkum ali təhsil alıb hüquqşünas olub – Ermənistanda ilk dəfə

Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən azad edilib

İstefaların səbəbi nədir?

İstefa silsiləsi Ermənistanın baş naziri məhkəmə sistemində islahatların labüd olduğunu bəyan edəndən sonra başlayıb.

“Xalq məhkəmə hakimiyyətini insanlara qarşı qəsdlərin hazırlanıb, həyata keçirildiyi keçmiş korrupsiyalaşmış sistemin qalığı kimi qəbul edir… Aydındır ki, cəmiyyət məhkəmə qərarlarına qətiyyən etibar etmir. Və mən bunu sadəcə baş nazir kimi yox, erməni xalqının adından danışmaq haqqı olan bir nümayəndəsi kimi deyirəm…”

Baş nazir bildirib ki, hökumət məhkəmə sisteminin sağlamlaşdırılması üçün əməli addımlar atacaq. Əgər bunun üçün konstitusiyaya dəyişiklik etmək lazım gələcəksə, bu dəyişikliklər ediləcək. Əgər bunun üçün referendum keçirmək lazım olacaqsa, referendum da keçiriləcək.

Paşinyan “marionet” yox, real olaraq müstəqil məhkəmə sisteminin bərqərar olmasına imkan verəcək addımları müddəalarla sadalayıb:

  • Bütün hakimlər istisnasız olaraq vettinqdən, yəni etibarlılıq yoxlamasında keçiriləcək;
  • Qəbul etdiyi qərarları Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozuntulu elan olunan bütün hakimlər istefaya getməli və ya vəzifədən azad edilməlidir;
  • Obyektiv ola bilmədiyini dərk edən hakimlər də həmçinin.

Bundan (24 may) cəmi bir həftə sonra Ali Məhkəmə Şurasının rəhbəri Qaqik Harutyunyan istefa verib. O, bu vəzifəni 2018-ci il martın 5-dən tuturdu, daha əvvəl – 1996-cı ildən Ermənistanın Konstitusiya Məhkəməsinin sədri olub.

Qaqik Harutyunyanın istefasından sonra Ali Məhkəmə Şurasının sədr vəzifəsini yerinə yetirən Gevorq Danielyan səlahiyyətlərindən imtina edib. Onun ardınca isə Ali Məhkəmə Şurasının üzvü Armen Xaçatryan da eyni addımı atıb.

Ən son istefalara isə Sergey Meqryan və Armen Bektaşyan imza atıb.

Niyə məhz Şura üzvləri istefaya gedir?

Məsələ burasındadır ki, Ali Məhkəmə Şurası məhkəmələrin və hakimlərin müstəqilliyinin qarantı olan dövlət orqanıdır. Aydındır ki, Şura üzvlərinin istefası hökumət və başçısı tərəfindən ümumilikdə məhkəmə sisteminə və onun nümayəndələrinə qarğı ifadə olunmuş etimadsızlığa cavabdır.

Avropa ekspertlərinin fikirləri

Məhkəmə-hüquq islahatları üzrə mütəxəssis, Avropa siyasətinin “Açıq Cəmiyyət” Fondunun əməkdaşı İskra Kirova bildirib:

“Ermənistan həqiqətən köklü dəyişikliklərə ehtiyac duyur. Daha əvvəlki hakimiyyət məhkəmə tərkiblərini tam nəzarətdə saxlayırdı. Bədnam məhkəmə sistemi hakimiyyətin öz hakimiyyətini qorumaqla bağlı maraqlarına xidmət edirdi.

Ermənistanın baş naziri və onun hökuməti beynəlxalq tərəfdaşlarına və öz xalqına aydın göstərməlidir ki, məhkəmə-hüquq dəyişiklikləri apamaq məsələsində niyyətləri ciddidir və doğru istiqamətdə islahat aparmaq üçün qətiyyətlidirlər”.

Avropa mütəxəssisləri məhkəmə sistemində islahatlar aparmaq üçün Ermənistana yardım etməyə hazır olduqlarını bildiriblər. Baş nazir bu təklifin cavabında sadəcə yardım etməyi yox, prosesdə bilavasitə iştirak etməyi təklif edib.


More on JAMnews