Mher Yenokyan deyib ki, uşaqlıqdan hüquqşünas olmağı arzulayıb" />

Ermənistanda ilk dəfə ömürlük məhbus ali təhsil alıb

Mher Yenokyan deyib ki, uşaqlıqdan hüquqşünas olmağı arzulayıb

Photo: hetq.am

22 ildir məhbəs həyatı yaşayan ömürlük həbsə məhkum edilmiş Mher Yenokyan həbsdəykən Rusiya-Ermənistan (Slavyan) Universitetini bitirərək hüqüqşünas ixtisasına yiyələnib. O, hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Bu, Ermənistanda və keçmiş postsovet ölkələrində ilk belə haldır.

“42 yaşımda uşaqlıq arzum yerinə yetdi. Mən hüquqşünas oldum. Deyəsən, mənim məhbus ikən hüquqşünas olmağım da, taleyin bir ironiyasıdır”, – Mher Yenokyan deyib.

20 yaşındaykən Mher Yenokyan barəsində ölüm hökmü çıxarılıb. O, kurs yoldaşının qətlində ittiham olunub. İndiyəcən ailəsi onun günahsızlığını sübut etmək üçün  mübarizə aparır. Mher Yenokyan özü təsdiq edir ki, günahsızdır. 2003-cü ildə Ermənistan Avropa Şurası qarşısında öhdəlik götürdükdən sonra  ölüm hökmü ömürlük həbslə əvəzlənib. Mher Yenokyanın diplom işi onu narahat edən problemə həsr olunub: “Qüvvəyə minən hökmlərə yenidən baxış: nəzəri və praktiki problemlər”.

O, 1996-cı ildən işinə yenidən baxılmasına cəhd edir. Sonuncu dəfə onun apellyasiya şikayəti bu il 3 ay bundan əvvəl rədd edilib.

“Ermənistanda haqqında ölüm hökmü çıxarılmış şəxslərin işinə yenidən baxılması və ya cəzanın dəyişdirilməsi presendenti yoxdur. Bu o deməkdirmi ki, Ermənistan hakimləri heç vaxt ölüm hökmü çıxarmayıblar? Amma ABŞ-da, Avropada haqlarında ölüm hökmü çıxarılanlar var ki, 20-30 ildən sonra belə bəraət ala bilərlər”, – deyə Mher Yenokyan diplom müdafiəsi zamanı jurnalistlərə bildirib.

Facebook Comments

More on JAMnews