Keçmiş prezident Koçaryan məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini baş nazir Paşinyanın bəyanatında səslənmiş publik böhtandan müdafiə etməyi tələb etmişdi" />

Ermənistanın keçmiş prezidenti fəaliyyətdə olan baş nazirə qarşı iddia ərizəsindən imtina etdi

Keçmiş prezident Koçaryan məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini baş nazir Paşinyanın bəyanatında səslənmiş publik böhtandan müdafiə etməyi tələb etmişdi

Robert Koçaryanın Nikol Paşinyana qarşı şərəf və ləyaqətin müdafiəsi barəsində iddiası əsasında məhkəmə sülhlə başa çatıb. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın nümayəndəsi məhkəmədən tələb etmişdi ki, baş nazir Nikol Paşinyan publik şəkildə üzr istəsin. Söhbət baş nazir Paşinyanın 2018-ci ilin sentyabrında Fransaya səfəri çərçivəsində Koçaryanın ünvanına səslənmiş bəyanatdan gedirdi.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azad edilib

Ermənistanın həbs edilmiş keçmiş prezidentinin vəkilləri öz ünvanlarına hədə-qorxulardan və təhqirlərdən xəbər verirlər

Koçaryan nəyi öz ünvanına böhtan hesab edib

2018-ci ilin sentyabr ayının 17-də Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəməyə şərəf və ləyaqətinin müdafiəsi tələbi ilə müraciət etdi. O, baş nazir Nikol Paşinyanın aşağıdakı bəyanatını öz ünvanına böhtan hesab etmişdi:

«…Robert Koçaryanın azad edilməsi üçün əsasın şərhi. Deyir ki, toxunulmazlığı var. Toxunulmazlıq nə deməkdir? Yəni insanların qətlini təşkil edib “mən toxunulmazam” demək olar? Bu, harda yazılıb?»

2018-ci ilin iyulunda Robert Koçaryana 1 mart 2008-ci il hadisələri üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı elan edilmişdi. O zaman prezident seçkilərinin nəticələrini tanmayanların nümayişinin dağıdılması vaxtı döyüş silahı tətbiq edilmiş, 10 nəfər həlak olmuşdu ki, onlardan ikisi hüquq-mühafizə orqanlarının nümayəndələri idi.

İyulun 28-də keçmiş prezident bu iş üzrə birinci dəfə həbs olundu. Lakin iki gəftə sonra onu azad etdilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin onun həbsi barədə qərarını qanunsuz hesab etdi. Azad edilmə üçün əss kimi keçmiş prezident olaraq Robert Koçaryanın toxunulmazlığı haqqında konstitusiya maddəsi göstərilmişdi. Bundan güman etmək olardı ki, söhbət məhz onun barəsində gedir. 

İddiaya baxılarkən nə baş verdi

Keçmiş prezidentin maraqlarını təmsil edən vəkil Hayk Alumyan prosesin gedişində bildirib: əgər cavabdeh öz bəyanatında Robert Koçaryanı nəzərdə tutmayıbsa, onlar iddiadan imtina edəcəklər.

Cavabdehin, başqa sözlə baş nazirin nümayəndəsi, vəkil Gevorq Gezalyan bildirib: o, bildirmək üçün səlahiyyətlidir ki, müvəkkilinin bəyanatı Robert Koçaryana aid olmayıb.

Beləliklə, bütün yerli medianın marağına səbəb olmuş səs-küylü iş ən gözlənilməz şəkildə barışıqla başa çatıb.

Hakim Lilit Sarqsyan iyunun 12-də məhkəməni bir günlük təxirə salıb ki, iddiadan imtina üçün yazılı vəsatətin hazırlanmasıba vaxt versin. Bütün tərəflər öz mövqelərini təsdiq etdikləri və onları dəyişməyəcəklərini bildirdiklərinə görə bundan sonra heç nə dəyişməməlidir.

 Koçaryanın işinin təfərrüatları

2018-ci ilin avqustunda Koçaryan azad edildikdən sonra noyabrın 15-də kassasiya məhkəməsi yeni istintaqın aparılması üçün işi apellyasiya məhkəməsinə göndərdi. 2018-ci ilin dekabr ayının 7-də apellyasiya məhkəməsi eks-prezidentin təkrar həbsi barədə qərar verdi. Həmin gündən etibarən Ermənistanın ikinci prezidenti 2019-cu ilin may ayının 18-nə qədər həbsxanada qaldı. Həmin gün Koçaryanın vəkillərinin onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatətini nəzərdən keçirərək hakim onu həbsdən azad etmək qərarını çıxarıb.

Hakim David Qriqoryan Dağlıq Qarabağın fəaliyyətdə olan və keçmiş prezidentləri Bako Saakyanla Arkadi Qukasyanın zaminliyini nəzərə alıb. Onlar öz məsuliyyətləri şərtilə Koçaryan barəsində qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş etmişdilər və onun “iki erməni respublikasının təşəkkülündə, Qarabağ müharibəsində və erməni ordusunun təşəkkülündə iştirakını” nəzərə almağa çağırıblar.

Bununla birlikdə, konstitusiya quruluşunun devrilməsi Koçartan barəsində heç də yeganə ittiham deyil. 2019-cu ilin fevralından ona qarşı daha bir ittiham irəli sürülüb – 927 milyon dram (təxminən 3 milyon dollar) rüşvətin alınması. Bu ittiham 2018-ci ildə sahibkar Silva Ambartsumyanın keçmiş prezident barəsindəı səsləndirdiyi bəyanatla bağlıdır.

Hazırda Robert Koçaryan azadlıqdadır, lakin onun barəsində işlər davam etdirilir.

Facebook Comments

More on JAMnews