Bundan əvvəl Krasnodar vilayətində şəhər Dumasının deputatı Ermənistanın milli qəhrəmanı Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya tökmüş və onun sökülməsini tələb etmişdi" />

Ermənistanda Qriboyedovun abidəsinə boya töküblər və bunu Rusiyada törədilən vandallığa cavab adlandırıblar

Bundan əvvəl Krasnodar vilayətində şəhər Dumasının deputatı Ermənistanın milli qəhrəmanı Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya tökmüş və onun sökülməsini tələb etmişdi

Qaregin Njde, Aleksandr Qrriboyedov, vandallıq, abidə, milliyyətçi, Şagen Harutunyan, Şant Harutunyanın oğlu, milliyyətçi hərəkat, tseğakron

Yerevanda Rusiya şairi, dramaturqu və diplomatı Aleksandr Qriboyedovun abidəsi üzərinə boya töküblər. Bu haqda dekabrın 2-də ilk olaraq vandallığı törədən Şaqen Harutunyanın özü  Facebook sosial şəbəkəsində yazıb. O, radikal milliyətçi “Tseğakron” partiyasının sədri Şant Harutunyanın oğludur.

Cavan oğlan yazıb ki, bu yolla o, Armavirdə deputat Aleksey Vinoqradovun Ermənistanın milli qəhrəmanı Qaregin Njdenin abidəsini boyayaraq təhqir etməsinə cavab verib. Daha sonra isə abidə sökülüb.

Dekabrın 3-ü səhər Qriboyedovun heykəli artıq təmizlənib. Amma fəalın hərəkəti Facebook-un Ermənistan seqmentində bir çox istifadəçilər tərəfindən vandallıq kimi qiymətləndiriblər. Harutunyanın özü isə bu addımını “adekvat” hesab edir. Bu arada polis abidənin təhqir olunması ilə bağlı materialları hazırlayır.

İnsidentlə bağlı Ermənistanın baş nazirinin mətbuat katibi rəsmi mövqe bildirib. Vladimir Karapetyan bildirib:

“Ermənistan cəmiyyətində vandallıq olmamalıdır… Biz baş verənləri qınayırıq”.

Hadisənin təfərrüatları

Əvvəl Şaqen Harutunyan təhqir etdiyi abidənin şəklini sosial şəbəkədə paylaşaraq, bunları yazıb:

“Diqqət! Mən indicə Qaregin Njdenin memorial lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazışı Qriboyedovun abidəsi üzərinə boya tökdüm. Təfərrüatlar sonra canlı yayında”.

Bir qədər sonra canlı yayın zamanı o öz addımını “dişə diş” prinsipi ilə izah edib. Üstəlik bildirib ki, öz hərəkətini vandallıq aktı hesab etmir, o öz əməlini “düşünülmüş aksiya” və “adekvat” reaksiya adlandırıb. Bundan başqa, Şaqen Harutunyan atdığı addıma onu hakimiyyətin susqunluğunun təhrik etdiyini də deyib.

O öz çıxışında həmçinin “aksiyanı” niyə məhz bu gün keçirdiyinə də aydınlıq gətirib:

“Mən bunu dekabrın 2-də – Ermənistanın bolşevikləşdirilməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri günündə elədim”.

Yeri gəlmişkən, Şaqen Harutunyan bu yaxılarda “Mənim addımım” iqtidar fraksiyasının deputatı Yercanik Hakopyanın köməkçisi vəzifəsindən azad edilib.

Həe şey nədən başlayıb?

Noyabrın 13-də Ermənistan və Rusiya mediasında Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni kilsəsinin ərazisinə daxil olaraq Ermənistanın milli qəhrəmanı Qaregin Njdenin xatirə lövhəsini qara boya ilə boyadığı haqda məlumat yayılıb.

Deputat öz addımını yerli hakimiyyətin, o cümlədən də Rusiya Erməniləri İttifaqının yerli şöbəsinin Njdenin xatirə lövhəsinin iki həftəyə söküləcəyinə dair verdiyi vədə əsasən müddətin noyabrın 11-də bitdiyi ilə izah edib.

Daha sonra Ermənistanın Rusiyadakı səfirliyi bu hadisəni şərh edib və bununla bağlı hiddətini ifadə edib.

“Armavir (Krasnodar vilayəti) şəhər Dumasının deputatı A.Vinoqradovun əməli bizim tərəfimizdən Ermənistan Apostol Kilsəsinin (EAK) ərazisində törədilmiş vandallıq aktı və özbaşınalıq ifadəsi kimi dəyərləndirilir ki, bu da qanunla nəzərdə tutulmuş intizama ziddir”, – səfirliyin Facebook-da yaydığı məlumatda deyilir.

Noyabrın 30-da lövhə sökülüb.

Rusiyada xatirə lövhəsinin sökülməsi haqda rəylər

Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi hadisəsini Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “qəribə” adlandırıb:

“Yerli icmanın demontajın bərpa üçün edildiyinə dair şərhi vardı. Bizim daha tam həcmli informasiyaya ehtiyacımız var və indi biz həmkarlarımızla bu istiqamətdə çalışırıq”.

Nazir hadisənin kilsə ərazisində baş verməsi faktına da diqqət çəkib:

“Mən öz şərhlərimdə ehtiyatlı olmalıyam və əlbəttə ki, bu məsələnin dini azlıqların hüquqları müstəvisinə keçməsini istəməzdim. Bu səbəbdən bizim əlavə məlumata ehtiyacımız var və biz vəziyyəti izləyəcəyik”.

Garegin Njde kimdir?

Qaregin Ter-Harutunyan daha çox Njde (“səfil” kimi tərcümə olunur) Ermənistan hərbçisi və dövlət xadimidir, 20-ci əsrin əvvəllərində milli-azadlıq hərəkatında iştirak edib.

O, erməni milli ideologiyası konsepsiyasının banisi hesab olunur. Müəllif ermənicə “soy” və “din” sözlərini birləşdirərək onu  tsexakronizm adlandırıb.

Njde “soy vətənpərvərliyini” təbliğ edir, bunu “soyun mövcudluğunu təhdid edən yad mühitə qarşı təbii və məntiqi reaksiya” hesab edirdi.

İkinci Dünya Müharibəsi zamanı Türkiyənin Sovet Ermənistanına hücum ehtimalı yarandığı zaman Njde nasist Almaniyası ilə əlaqə qurub. O, reyxministr, işğal olunmuş şərq əraziləri nazirliyinin rəhbəri Alfred Rozenberqlə görüşüb və Vermaxtın tərkibində erməni hissəsinin yaradılmasında öz iştirakını təklif edib.

Nəticədə Njde İosif Stalinə yazdığı məktubda almanlarla əməkdaşlığının iki səbəbini izah edir. O, öz Türkiyə əleyhinə mövqeyi və erməniləri yəhudilərin taleyindən xilas etmək istəyi haqda, Sovet Ermənistanının ərazisinə hücuma və “Türkiyə tərəfindən ermənilərin qalan hissəsinə qarşı soyqırıma” imkan vermək istəmədiyi haqda yazır.

Njdenin bioqrafiyasındakı məhz bu fakt Rusiyada hələ müzakirə olunur və qınanır.

Sovet İttifaqı dağılandan sonra Ermənistanda ideologiyaları tsexakronizm konsepsiyasına əsaslanan partiyalar yaradılıb. Ermənistanın keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyası da bu konsepsiyanı dəstəkləyir.

Harutunyan ailəsinin siyasi baxışları

Şant Harutunyanın əsasını qoyduğu “Tsexakron” partiyası Qaregin Njdenin ideologiyasının adını daşıyır.

Şant Harutunyan həmişə radikal baxışlara sahib olub və Ermənistanın bütün əvvəlki hakimiyyətlərinə qarşı müxalifətdə olub.

2013-cü ildə o, öz həmfikirləri ilə birlikdə Yerevanda Azadlıq Meydanında “anonimlər paradı” təşkil edib. Onlar bir növ “Dəyərlər inqilabı” eləmək istəyiblər, nəticədə yürüş iştirakçıları və polis arasında toqquşmalar baş verib.

Harutunyan və onun həmfikirləri həbs edilib və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Bu iş üzrə 14 nəfər mühakimə olunub. 2018-ci ilin noyabrında Harutunyan amnistiya ilə azad edilib.

Onun oğlu, Qriboyedovun heykəlini boyayan Şaqen Harutunyan da siyasi fəaldır. İk dəfə 2013-cü ildə 14 yaşında ikən həbs olunub.

Üstəlik oğul Harutunyan 1966-cı ildə Sovet İttifaqında gizli Milli Birləşmiş Partiyanı yaradan babasının adını daşıyır. O, anti-sovet  fəaliyyətinə görə iki dəfə həbsdə olub, daha sonra isə deportasiya edilib.

Sosial şəbəkələrdə nə yazırlar?

Abidənin təhqir olunması ilə bağlı hadisə Facebook və Telegram sosial şəbəkələrinin Ermənistan seqmentinin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Bəzi şərhləri təqdim edirik:

“Fəalın əməlləri Rusiya mediasında növbəti anti-erməni materialların yayılmasına səbəb olacaq. Azərbaycanlı jurnalist bu haqda Zaxarovaya sual verəcək, o da deyəcək ki, bu “vandallıq aktıdır”. Rusiyanın anti-erməni ekspertləri isə Ermənistana və yeni hakimiyyətə qarşı kampaiyaya başlayacaq. Və bütün bunlar ona görədir ki, parlamentdəki işindən məhrum olan Şaqen Harutunyan informasiya gündəminə düşmək istəyib”.

“Bütün bu hadisədə bircə müsbət məqam var – cəmiyyətin, hətta Rusiyaya, onun siyasətinə qarşı çox da pozitiv mövqedə olmayan şəxslərin də bu axmaq vandallıq aksiyasına neqativ reaksiyası. Njde məsələsi üzrə isə Rusiya mediası və hakimiyyəti ilə kompleks şəkildə işləmək lazımdır”.

“Bütün bu hekayədə müsbət məqam onda olacaq ki, bu alçağa qarşı cinayət işi açılacaq və onu müvafiq maddə üzrə mühakimə edəcəklər”.

“Biabırçılıq! Cəmiyyətimizdə bircə vandallıq çatmırdı!”

“Şaqenin bütün tənqidçilərinə. Əgər Rusiya diasporası “əsas erməni” ilə bağlı heç nə eləmirsə, əgər bütün ermənilər Feodisiyada qəbirstanlığın dağıdılması ilə bağlı heç nə eləbirsə, əgər yaşlı əmilər və xalalar susurlarsa, əgər ruslar susurlarsa, o zaman gənclər hərəkət edir. İlk növbədə özünüzü günahlandırın, qanında sizin qovub saldığınız çarəsizliyin qaynadığı gənnci yox”.

“Bu gün Şaqen Harutunyanı vvandal və ya başqa cür adlandıran bütün ermənilərə müraciət edriəm. Qriboyedovun bu sözlərini necə dəyərləndirirsiz? – “Bu ermənilər nə alçaq məxluqlardır!””

“Qriboyedov işlədiyi regiona və sakinlrinə qarşı müştəbehliyi və nifrət dolu münasibəti ilə məşhurdur. Elə buna görə də cavab verməli olub. Hədsizlikdir, əlbəttə. Şallaqlamaq bəs edərdi”.

“Solovyov Ermənistanda erməni banderaçıların Qriboyedovu çarmmıxa çəkdikləri haqda təcili xəbər buraxılışı hazırlamağa başlayıb”.

“Qriboyedovu sevməyən bir oğlandan qapazaltı düzəltmək mənasızdır. Njde ilə bağlı hadisədən sonra ehtimal olunan əməldir. Qriboyedov sadəcə digər rəmzlər arasında “əl altında” olub”.


More on JAMnews