“Stəkan yarıyacan doludur, amma ağzınacan doldurulmayıb”, - Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO) baş katibi vəziyyəti belə dəyərləndirib" />

GRECO: Ermənistanda korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləyiş qeydə alınıb

“Stəkan yarıyacan doludur, amma ağzınacan doldurulmayıb”, - Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO) baş katibi vəziyyəti belə dəyərləndirib

Foto: Gevorq Kazaryan, JAMnews

Ermənistan hökuməti məhkəmə sistemində korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləyiş əldə edib. Yerevanda verilən təlimatların realizə prosesinin monitorinqini aparan Şurasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlər Qrupu (GRECO) vəziyyətə belə qiymət verib.

İki il əvvəl bu təşkilat Ermənistanda parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiya risklərini öyrənərək, hökumətə 18 təlimat vermişdi.

GRECO-nun baş katibi Ermənistanda digər ölkələrdən fərqli olaraq əsas diqqətin məhkəmə sisteminə yönəldilməsi faktını alqışlayıb, çünki islahatların ilk növbədə bu sahədə aparılması vacibdir.

“Hazırda atılan addımlar doğru istiqamətdə irəliləyir. Məhkəmə sistemində həyata keçirilmiş dəyişikliklər çox vacibdir. Cəmiyyətin istənilən növ təzyiqdən azad olan belə bir sistemin mövcud olduğunu bilməsi mühümdür. Stəkan yarıyacan doludur, amma ağzınacan doldurulmayıb”, – GRECO baş katibi Janluka Espozito bildirib.

Məhkəmə sistemində korrupsiyanın azaldılması üçün Espozito təşkilatın iki təlimatının vacibliyini vurğulayıb: ali məhkəmə orqanının və rəsmi şəxslərin mülkiyyətinə nəzarət üzrə komissiyanın yaradılması.

Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski qeyd edib ki, GRECO-nun təlimatlarının yerinə yetirilməsi üçün Ermənistana maliyyə yardımı ayrılıb.

“Biz hesab edirik ki, GRECO lokal layihələrimiz nöqteyi-nəzərindən də Ermənistanda çox vacib iş görür. Son aylarda Ermənistanda korrupsiya ilə mübarizədə institusional və qanunverici təməllərin möhkəmləndirilməsi üçün bir sıra vacib addımlar atılıb, yeni korrupsiyaya qarşı orqanın yaradılması haqda qanun hazırlanıb ki, bu da məlumat mənbələrini qoruyur və deklarasiya təqdim edən şəxslərin siyahısını genişləndirir.

Avropa İttifaqı bu dəyişiklikləri alqışlayır, amma sizin də bildiyiniz kimi ən əsası bu yanaşmanı həyata keçirməkdir. Korrupsiyaya qarşı orqan yaxın zamanda fəaliyyətə başlayacaq və  qanunvericilikdə edilmiş dəyişikliklər təcrübədə sınaqdan çıxacaq. Ümid edirik ki, Ermənistan vətəndaşları  dəyişiklikləri hiss edəcək”, – Aİ səfiri bildirib.

Bununla belə Ermənistanın ədliyyə naziri David Harutunyan hesab edir ki, GRECO-nun təlimatları ilə bağlı əldə edilmiş  nəticələrin bir hissəsi hələlik hiss edilə bilməz – zamana ehtiyac var.

“Məsələn, rəsmi şəxslərin deklarasiya təqdimatı və ya bu ildən onların nağd hesablaşmalarına məhdudiyyətin qoyulması. Üstəlik məsuliyyətə cəlb olunmaqla bağlı çox ciddi vəsaitlər nəzərdə tutmuşuq. Bu illər ərzində biz qanundan yan keçməyə imkan verən bu ciddi aləti bağlaya bilmişik”, – Harutunyan bildirib.

Ədliyyə nazirinin sözlərinə görə, yeni məhkəmə məcəlləsi sistemdə mövcud olan problemləri həll edəcək, apreldən etibarən isə Korrupsiya ilə Mübarizə Komissiyası da fəaliyyətə başlayacaq.


More on JAMnews