2019-cu ildə Ermənistan büdcəsinə daha çox vergi daxil olub, bununla əlaqədar olaraq müəllimlərin və hərbçilərin maaşlarının artırılması nəzərdə tutulub " />

Ermənistanda kölgə iqtisadiyyatı ilə mübarizənin ilk nəticələri

2019-cu ildə Ermənistan büdcəsinə daha çox vergi daxil olub, bununla əlaqədar olaraq müəllimlərin və hərbçilərin maaşlarının artırılması nəzərdə tutulub

2019-cu ilin üç ayı ərzində Erməmnistanda vergi daxilolmaları 2018-ci ilin eyni dövrü ilə müqayisədə 57 milyard dram (117 milyon dollar) artıb. Üstəlik bu göstərici əvvəldən planlaşdırıldığından da 4 faiz çoxdur.

Ermənistanda hökumət yanında kölgə iqtisadiyyaının miqyasını dəyərləndirəcək işçi qrup yaradılacaq

Ermənistan sakinlərinin hər onundan üçü yoxsuldur – hakimiyyət günahkar axtarmamağa çağırır

 Nəyin hesabına?

2019-cu ilin ilk üç ayı ərzində Dövlət Gəlirləri Komitəsi 296 milyard dram (610 milyon dollar) həcmində vergi toplamağa nail olub. Bu, əvvəlcədən hökumətin proqramına daxil edilən hədəfdən 11 milyard 400 milyon dram (təxminən 24 milyon dollar) çoxdur.

Cəmi bir il ərzində komitə 1 trilyon 401 milyard dram (2 milyard dollardan çox) vergi toplamağı planlaşdırır.

Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan hesab edir ki, belə nəticəyə iqtisadi yüksəlişlə yox, kölgə iqtisadiyyatı ilə səmərəli mübarizə nəticəsində nail olmaq mümkün olub:

“Bu il üçün plan ümumilikdə kölgə iqtisadiyyatı hesabına yerinə yetiriləcək və hətta plandan artıq nəticə əldə olunacaq. Əgər iqtisadiyyatın yüksəlişi buna kömək olarsa, biz çox şad olarıq. Növbəti illərdə ümid edirik ki, iqtisadi yüksəliş amili dominant olacaq”.

Bununla yanaşı hökumət əmindir ki, hazırkı uğur kölgə iqtisadiyyatı ilə mübarizənin başa çatması demək deyil. Dövlət Gəlirləri Komitəsi vergi sahəsindən kənarda qalan iqtisadiyyatın miqyasını dəyrləndirməyi davam etdirir. Bunun üçün əcnəbi həmkarların keçirəcəyi xüsusi tədqiqatlar da sifariş olunub.

İlkin dəyərləndirməyə görə, Ermənistanda kölgə iqtisadiyyatının payı 30 faizə çatır. İnkişafda olan ölkələrdə bu göstərici 20 faiz, inkişaf etmiş ölkələrdə isə 10-15 faiz civarında olur.

Daha çox çek – büdcədə daha çox pul

Dövlət Gəlirləri Komitəsi mütəmadi olaraq ölkə sakinlərini mal alarkən kassa-nəzarət aparatlarından çek tələb etməyə çağırır. İnsanlara izah olunur ki, bu, dövlətə biznesi kölgəddən çıxarmağa və büdcəni zənginləşdirməyə imkan verəcək.

Çek tələb eləmək çağırışı ilə Ermənnistan sakinlərinə hətta baş nazir özü də müraciət edib. Martın sonunda Nikol Paşinyan artıq nəticələr haqda danışıb. İlin əvvəlindən üç ay ərzində 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20 milyon daha çox çek verilib. Yalnız mart ayında çap olunmuş çeklərin sayı 34 faiz çoxalıb.

Birincü rübün yekununa əsasən, 2019-cu il üzrə dövlət büdcəsinin gəlir hissəsi nəzərdə tutulmuş planı 40 milyard dram (təxminən 90 milyon dollar) həcmində aşacaq. Ermənistan baş naziri də bununla əlaqədar olaraq aşağıdakıları bəyan edib:

“Vurğulamaq istəyirəm ki, bu, son 9 ildə misilsiz haldır. Biz 2019-cu il iyulun 1-dən Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının maaşlarını 19 faiz, 2019-cu il sentyabrın 1-dən isə Ermənistanın ümumtəhsil məktəblərində çalışan müəllimlərin maaşlarını eyni qədər artırmaq niyyətindəyik.

Söhbət təxminən 38 min nəfər müəllimdən gedir. Bundan başqa bu il biz 303 kilometrlik yolu təmir etməyi planlaşdırırıq ki, bunlar da son 9 ildə misilsiz göstəricilərdir”.


More on JAMnews