Səhiyyə naziri islahatlar təklif edir" />

Ermənistanda istirahət günləri poliklinikalarda növbətçi həkimlər işləyəcək

Səhiyyə naziri islahatlar təklif edir

Ermənistanın səhiyyə naziri Arsen Torosyan respublika sakinlərinə “poliklinikalarda istirahət günlərində növbətçilik tətbiq etmək lazımdırmı?” sualı ilə müraciət edib. Nazir bununla bağlı Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Poliklinikalarda bir həkim və bir tibb bacısından ibarət növbətçilik tətbiq edilsə, siz nə deyərsiz?”

Bu məsələ ilə bağlı istifadəçilərin fikirləri haçalanıb:

“Belə bir şeyə lüzum görmürəm. Əgər söhbət xroniki xəstəliklərdən gedirsə, bu, bazar ertəsinə qədər gözləyə bilər, digər hallarda isə təcili yardımlar və xəstəxanalar var”.

“Əgər növbətçi həkimin buna görə maaşı artırılacaqsa, o zaman dəyər. Əks halda bunu eləmək lazım deyil. Yoxsa belə çıxacaq ki, həkimlərin yükü artacaq, əməkhaqları isə eyni qalacaq”.

“Əlbəttə, bu yaxşı ideyadır. Amma əvvəlcə ümumilikdə poliklinikalarda xidmət səviyyəsini yüksəltmək lazımdır”.

Bu, yeni nazirin ilk təşəbbüsü deyil. Arsen Torosyan ən başından korrupsiyaya və tibb sahəsində ədalətsizliyə qarşı mübarizə elan edib:

“Ermənistanda xəstəxanalar arasında maliyyə ədalətsiz bölünüb. Əgər Sisyan Tibb Mərkəzinə dövlət büdcəsindən 2,5 milyon dram ayrılırsa (5 min dollara yaxın), Yerevan xəstəxanalarının birinə 5 milyard dram ayrılır”.

Nəticədə Ermənistanın xəstəxana və poliklinikalarında yoxlamalar başlayıb və indiyə qədər də davam edir.

Arsen Torosyan ölkə sakinləri üçün digər rezonanslı məsələdən də yan ötməyib. O, hələlik əvvəlki hökumətin dərmanları reseptlə satmaqla bağlı qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Amma onun sözlərinə görə, nazirlik qanunun müddəaları üzərində işləməyi nəzərdə tutur. Nəticədə bəzi dərmanların reseptlə satışı bir illik təxirə salınıb.


More on JAMnews