Bu, yalnız fermerlərə yox, həm də sahə sahiblərinə sərf edəcək – onlara icarə haqqı ödənəcək " />

Ermənistanda istifadəsiz qalan torpaqlar orada işləmək istəyən fermerlərə veriləcək

Bu, yalnız fermerlərə yox, həm də sahə sahiblərinə sərf edəcək – onlara icarə haqqı ödənəcək

Bütün Ermənistan ərazisində istifadəsiz qalan torpaqlardan öz biznesini inkişaf etdirmək və təsərrüfatını böyütmək istəyən fermerlər yararlana biləcəklər. Bu, həm kənd sakinlərinə, həm də ümumilikdə aqrobiznesin inkişafına müsbət təsir göstərəcək. Baş nazir Nikol Paşinyan belə hesab edir.

İstifadəsiz qalan torpaq sahələri məsələsi hökumətdə dəfələrlə müzakirə olunub. Amma indi onlardan necə istifadə olunacağına dair plan açıqlanıb.

Hökumət torpaqları sahiblərindən icarəyə alıb, fermerlərə verməyi təklif edir.

İqtisadiyyat Nazirliyi artıq müvafiq qanun layihəsi hazırlayıb və Nazirlər Kabineti bu layihəni dəstəkləyib.

Adi məktəbdə aqrobiliklər

Ermənistanın kartof sahələrindən qadın portretləri. Foto və video

Heç kimə lazım olmayan torpaq sahələri

Bütün Ermənistan ərazisində uzun illərdir ki, heç kimin istifadə etmədiyi torpaq sahələri var. Onların sahibləri ya Ermənistan hüdudlarından kənardadır, ya da toorpaq becərməyi sərfəli iş hesab etmir.

Ermənistanda kən təsərrüfatı sahələri 513 min hektar təşkil edir. Bunların 389 min hektarı fermer sahələridir. Bunlların isə yalnız 220 min hektarı işlənir və ən yaxşı hada yarısı becərilir.

Bununla əlaqədar olaraq baş nazir aşağıdakı  fəaliyyət planını təklif edib:

“Biz bu torpaqları sahiblərinin əlindən almayacağıq, amma icarəyə götürəcəyik və orada işləmək istəyənlərə verəcəyik. Sahibkara isə icarə haqqı ödəyəcəyik, icarəin həcmini isə vilayətlər və torpaq kateqoriyalarına görə müəyyən edəcəyik”.

Nikol Paşinyyan vurğulayıb ki, bu proses tam şəffaf həyata keçirilməlidir, müzakirələr isə bütün tərəflər üçün açıq olmalıdır:

“Fermerlərin, biznesin və dövlətin maraqlarını nəzərə alan kompromis variant tapmaq lazımdır ki, birinin hesabına digərinə kömək etmiş olmayaq. Amma burada çətin qərarlar olmadan mümkün olmayacaq”.

Ermənistanda istifadəsiz qalan qorpaqlar orada işləmək istəyən fermerlərə veriləcək


More on JAMnews