Güzəşt hazırda ölkədə tələbatın yüksək olduğu ixtisaslar üzrə təhsil alan magistratura, aspirantura və ordinatura tələbələrinə aid ediləcək" />

Ermənistanda işləyən tələbələrin gəlir vergisi onların təhsil haqqına sərf olunacaq

Güzəşt hazırda ölkədə tələbatın yüksək olduğu ixtisaslar üzrə təhsil alan magistratura, aspirantura və ordinatura tələbələrinə aid ediləcək

Ermənistanda dövlət işləyən tələbələrin təhsil xərcini kompensasiya edəcək – elə onların əməkhaqlarından tutulan gəlir vergisi hesabına. Bu qanun layihəsi yanvarın 15-də Milli Məclisin İqtisadi Məsələlər üzrə Komissiyası tərəfindən təsdiqlənib.

Hələlik layihə yalnız ölkənin iqtisadiyyatının inkişafı üçün mühüm hesab olunan ixtisaslar üzrə təhsil alan magistratura, aspirantura və ordinatura tələbələrinə aid ediləcək. Əsasən söhbət gələcəkdə informasiya texnologiyaları, kənd təsərrüfatı, inşaat sahələrində işləyəcək mütəxəssislərdən gedir.

Bütün təfərrüatlar – yenii üstünlüklərdən kim yararlana biləcək və hökumət niyə bu güzəştlərə qarşıdır?

Eyni sinifdə – adi və xüsusi uşaqlar. Ermənistanda bunu həyata keçirmək istəyirlər

Layihə nəyə hesablanıb?

Layihənin həmmüəllifi, parlamentin “Mənim addımım” iqtidar fraksiyasının rəhbəri Lilt Makuntsqanun layihəsinin ümumi fəlsəfəsini belə izah edib:

“Bizdə çox vaxt tələbənin təhsil haqqını ailə üzvləri, valideynləri ödəyir. Amma tələbələrə, xüsusən də magistraturada oxuyanlara özlərinin qazanması üçün kömək etmək lazımdır. Bu, onlarda təhsilə və işə yeni münasibət də formalaşdıracaq”.

Layihənin həmmüəllifi, “Mənim addımım” iqtidar partiyasından olan deputat Sisak Qabrielyan bildirib:

“Ən başdan layihə bakalavriat tələbələrinə də aid edilməli idi, amma hələ “Təhsil haqda” qanun qəbul edilmədiyi üçün, hazırkı mərhələdəbiz bu nizamlamanı magistrlara, aspirantlara və ordinaturada təhsil alanlara tətbiq etməyi planlaşdırırıq”.

Deputat onu da izah edib ki, “təklif olunan güzəşt hökumət tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə işləyəcək” və ilkin mərhələ dəyalnız müəyyən ixtisaslara aid ediləcək. Söhbət hökumət tərəfindən ölkənin iqtisadi inkişafı üçün prioritet elan olunmuş ixtisaslardan gedir.

Əgər qanun layihəsi tam qəbul olunarsa, o zaman o, 2020-ci ilin sentyabrından qüvvəyə minəcək.

 Kim əleyhinədir?

Hökumət üzvü, maliyyə nazirinin müavini Arman Poqosyan layihəyə qarşı çıxıb. Onun sözlərinə görə, bu qanun layihəsi dövlət üçün əlavə yük olacaq.

Nazir müavini izah edib ki, təhsil sahəsindən ƏDV tutulmur, büdcə bununla xeyli vəsait itirir. Poqosyanın sözlərinə görə, məsələn, 2020-ci il üçün onlar 26,9 milyard dram [56 milyon dollara yaxın] itki hesabayıblar.

“Büdcənin bu yeni güzəştə də gücünün çatacağı fakt deyil”, – Poqosyan bəyan edib.

Parlamentin İqtisadi Məsələlər üzrə Komissiyasının sədri Babken Tunyan vurğulayıb ki, bu məsələnin Təhsil Məsələləri üzrə Komissiyada müzakirə edilməsi daha məqsədəuyğun olardı. Axı iqtisadçılar üçün layihənin iqtisadi səmərəlilik nöqteyi-nəzərindən dəyərləndirilməsi vacibdir, halbuki təhsil başqa bir yanaşma tələb edən sahədir:

“Buna baxmayaraq, [yaxın perspektivdə qanun layihəsinin iqtisadi səmərəli olması gözlənilmir] mən “lehinə” səs verəcəm və komissiya üzvlərini də bu cür addım atmağa çağırıram”.

Nəticədə layihə İqtisadi Komissiyası tərəfindən dəstəklənib və parlamentin yaxın sessiyasında müzakirə olunacaq.

Sosial şəbəkələrdə nə yazırlar?

Facebbok sosial şəbəkəsinin Ermənistan seqmentində yeni qanun layihəsi müsbət qarşılanıb. Bəzi şərhləri təqdim edirik:

“Ümumiyyətlə belə olmalıdır ki, tələbə təhsil zamanı işləməsin və bütün zamanını təhsilə sərf eləsin”.

 “Qoy qanunu mümkün qədər tez qəbul etsinlər!”

 “Qanunun qəbul olunmasını gözləyirik!”

 “Bəs bakalavriat tələbələrinə bu güzəşt niyə tətbiq olunmur? Çoxlarımız artlq birinci-ikinci kursdan işləməyə başlayırıq!”


More on JAMnews