Vətəndaş Sazişi Partiyasının nümayəndələri bəyan edirlər ki, bu yolla hakimiyyətin inhisarına yol verməməyə çalışırlar " />

Ermənistanda iqtidar partiyası regionların idraetmə orqanlarına öz namizədlərini irəli sürməyib

Vətəndaş Sazişi Partiyasının nümayəndələri bəyan edirlər ki, bu yolla hakimiyyətin inhisarına yol verməməyə çalışırlar

Ermənistanda 24 icmada yerli özünüidarə orqanlarına seçki keçirilib. İqtidarda olan Vətəndaş Sazişi Partiyası bu seçkilərdə iştirak üçün öz sıralarından heç kimin namizədliyini irəli sürməyib.

Ermənistanda seçkilər – böhrandan mümkün çıxış yolu

Ermənistan üçün 2018-ci ilin yeddi əsas hadisəsi

Bütün namizədlər özləri öz namizədliklərini irəli sürənlərdir

Vətəndaş Sazişi Partiyasının üzvləri yenə də seçkilərdə iştirak ediblər, amma namizədliklərini fərdi şəkildə irəli sürüblər. Əvvəlcədən partiya seçkilərdə təmsil olunmamaq qərarı alıb. Ermənistan Milli Məclisinin vitse-spikeri Lena Nazaryan bunu bütün namizədlər üçün bərabər şəraitin təmin olunması səyi ilə izah edib:

“Biz siyasət meydanını inhisara almaq istəmirik. Bütün arzu edənlər öz namizədliklərini özləri irəli sürüblər ki, məhz icma qərar versin”.

Seçkilərin yekun nəticələri hələ açıqlanmayıb. İlkin göstəricilərə görə, bəzi icmalarda Vətəndaş Sazişi Partiyasının üzvləri qalib gəlib, bəzilərində isə məğlub olub. İqtidar partiyasında hesab edirlər ki, bu, ölkədə demokratiyanın səviyyəsindən xəbər verir.

“Düşünürəm ki, cəmiyyət iqtidar partiyası üzvlərinin yerli özünüidarə orqanlarına seçkilərdə uduza biləcəyi faktından bir qədər təəccüblənib. Bu o deməkdir ki, önəmli dəyişikliklər baş verib və hakimiyyət hər şeyi öz əlində cəmləməyə çalışmır. Bu demokratiyanın mühüm əlamətidir”, – parlamentdə çoxluq təşkil edən “Mənim addımım” fraksyasının deputatı Hayk Koncoryan deyib.

Seçki necə keçib?

Ermənistanda inqilabdan sonra növbəti seçki sakit şəraitdə baş tutub. Yerlərdə müşahidəçilər və etibarlı nümayəndələr fəaliyyət göstərib. Ciddi pozuntularla bağlı hər hansı məlumat qeydə alınmayıb.

Buna baxmayaraq, icmalardan birində etiraz aksiyası baş verib. Seçkilərin nəticələrinə görə, Urtsadzor kəndində bir neçə ay əvvəl etiraz aksiyaları üzündən istefa verməli olan keçmiş icma rəhbəri Rafiq Andreasyan yenidən qələbə qazanıb.

Hazırda aksiya iştirakçıları bəyan edirlər ki, seçkinin nəticələrinə inanmırlar. Onların fikrincə, sakinlər bir neçə ay əvvəl istefa verməyə məcbur etdikləri namizədi yenidən seçə bilməzdi.


More on JAMnews