Bu, “Kim? Harada? Nə zaman?” klubunun azərbaycanlı oyunçusu Rövşən Əsgərovun “Ermənistana sadəcə buraxmazlar” sözlərinə cavab olub " />

Ermənistan və Rusiya XİN-ləri bəyan edib: azərbaycanlılar Ermənistana gələ bilər

Bu, “Kim? Harada? Nə zaman?” klubunun azərbaycanlı oyunçusu Rövşən Əsgərovun “Ermənistana sadəcə buraxmazlar” sözlərinə cavab olub

“Kim? Harda? Nə zaman?” klubunun oyunçusu Rövşən Əsgərov müsahibələrinin birində bəyan edib ki, Azərbaycan əsilli Rusiya vətəndaşı olaraq Ermənistana səfər edə bilməz. Onun bu bəyanatını Ermənistan və Rusiya XİN-ləri şərh edib.

Moskva Azərbaycanı etnik erməni olan Rusiya vətəndaşlarına qarşı diskriminasiyada güahlandırıb

Yeddi saat əsirlikdə

Gürcüstan aeroportlarından sərnişinlər ən çox Rusiyaya uçur

 Ermənistan XİN-nin şərhi

Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan bildirib ki, Azərbaycan vətəndaşlarının və başqa ölkələrin vətəndaşları olan etnik azərbaycanlıların Ermənistana gəlişinə mane ola biləcək səbəblər sadəcə mövcud deyil.

Onun sözlərinə görə, Rövşən Əsgərovun bəyanatı təəccüb doğurur: 

“Artıq iki ildən çoxdur ki, Rusiya vətəndaşları milliyətindən asılı olmayaraq, Ermənistana daxili pasportla gələ bilir, bu da ölkəmizə gəlişi asanlaşdırır və Ermənistanı rusiyalı turistlər üçün ənənəvi olaraq ən çox tələb olunan istiqamətə çevirir”.

“İnterfaks” agentliyinin suallarına cavab verərkən XİN mətbuat katibi bildirib ki, Ermənistan həmişə ölkəyə səfər etmək istəyənlərin, o cümlədən də Rövşən Əsgərovun üzünə açıqdır:

“Ermənistanı ziyarət edənlərin coğrafiyası istisnasız bütün ölkələri əhatə edir, milli əlamətinə görə heç bir diskriminasiyaya yol verilmədən”.

Ermənistan XİN mətbuat katibi bununla əlaqədar olaraq erməni soyadlı insanların Azərbaycana səfərilə bağlı problemə də toxunub:

“Başqa ölkələrin, o cümlədən də Rusiyanın erməni soyadlı vətəndaşlarına Azərbaycana giriş qadağan olunub”.

 Rusiya XİN-in şərhi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Rövşən Əsgərovun bəyanatını şərh edib.

Onun sözlərinə görə, nə ona, nə də Rusiya XİN-ə milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşlarının Ermənistana buraxılmaması halları məlum deyil. O həmçinin əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının Yerevan aeroportundan geri qaytarılması halları haqda XİN-i məlumatlandırmağa çağırıb.

 Sosial şəbəkələrdə nə yazırlar?

Facebook sosial şəbəkəsinin ermənistanlı istifadəçiləri də Rövşən Əsgərovun bəyanatını qızğın müzakirə edib. Yazılanların böyük hissəsi bu məzmunda olub:

“Yaxşı olardı ki, Əsgərov birinci buraya gəlsin, sonra belə bəyanatlarla çıxış etsin”.

Fəal yuzerləri ən çox Ermənistan XİN mətbuat katibinin bəyanatında səslən erməni olan insanların Azərbaycana girişi ilə bağlı yaranan problemlər haqda informasiya hiddətləndirib:

“Mən ümumiyyətlə anlamıram, ermənilər Azərbaycanda nə itirib? Bizim hansı vəziyyətdə olduğumuz aydın məsələdir axı”.

“Bütün bu hekayəyə inanmıram. Hansı  erməni Azərbaycana gedə bilər ki?”

Sosial şəbəkələrdə moskvalı azərbaycanlının Yerevana gəlişi ilə bağlı səs-küylü hadisə də xatırlanıb.

Azərbaycanlı qadının Yerevana səfəri haqda

Moskvanın tanıınmış vizajistlərindən biri Gohar Avetisyan iki il əvvəl Yerevanda toy eləyib. Onu təbrik etməyə gələnlər arasında həmkarı azərbaycanlı Nazilə Mehdiyeva da olub.

Mehdiyevanın Ermənistana səfəri vətənində kəskin reaksiya doğurub, o da tənqidlərə Instagram səhifəsindən cavab verib. O vaxt Ermənistan mediası Mehdiyevanın sosial şəbəkədəki statusindan sitat gətirmişdi:

“Mən bilmirdim ki, Azərbaycan xalqı və KİV-də belə reaksiya doğuracam. Hamıya birdən cavab verim. Mən Rusiyada doğulmuşam və Rusiya vətəndaşıyam. Mən rahatca Azərbaycana da, Ermənistana da uça bilərəm… Bu statusu yazmaya bilərdim (amma həqiqətən artıq bəsdir), sadəcə ailəmə və uşaqlarıma toxunmanız yer elədi. Bəli, mən təmiz azərbaycanlıyam. Mənim Yerevana rəfiqəmin toyuna getməyimin sizə təsir etməsinə gəlincə, anlamıram, burda nə var ki?

Öz həyatınızı yaşayın! Mənim ora getməyim mənim haqqımdır! Bu, mənim rəfiqəmin toyu idi, bağışlayın, amma rəfiqələrini, dostlarını hansı millətdən olduğuna baxıb seçmək çox böyük alçaqlıqdır. Əgər yaxşı insandırsa, amma ermədirsə, onda vəssalam? Onunla ünsiyyət qurmaq, dostluq etmək olmaz?”


More on JAMnews